Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4343/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı LPO İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Hacıyeva Nazilə Həcibaba qızı arasında bağlanmış 10 aprel 2019- cu il tarixli ***-*******NK090419-01 nömrəli kredit müqaviləsinə əsasən N.Hacıyevaya 32 (otuz iki) ay müddətinə, illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh Hacıyeva Nazilə Həcibaba qızına kredit verilərkən bank ilə Cavabdeh2 arasında 10 aprel 2019-cu il tarixli ***-*******NK090419-01/ZM/1nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4cü bəndlərinə əsasən Hacıyeva Nazilə Həcibaba qızı kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına və 01 mart 2024-cü il tarixli **********816 saylı bildirişin göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də Hacıyeva Nazilə Həcibaba qızının 10 aprel 2019-cu il tarixli ***-*******NK090419-01 nömrəli kredit müqaviləsi üzrə 19 fevral 2024-cü il tarixə banka ödənilməmiş cəmi 1.815,75 (bir min səkkiz yüz on beş manat 75 qəpik) manat məbləğində borcu vardır. Bundan 1.108,92 (bir min yüz səkkiz manat 92 qəpik) manatını əsas borc, 588,48 (beş yüz səksən səkkiz manat 48 qəpik) manatını faiz borcu və 118,35 (bir yüz on səkkiz manat 35 qəpik) manatını isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan məlum olmuşdur ki, borc alan Hacıyeva Nazilə Həcibaba qızı ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri 7 saylı Notariat ofisindən təqdim edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 23 noyabr 2020-ci il tarixli Şəhadətnamədən məlum olmuşdur ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş borcalan Hacıyeva Nazilə Həcibaba qızının vərəsəsi kimi tanınmışdır. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 1108,92 manat, faiz borcu üçün 588,48 manat, AR Konstitusiya Məhkəməsinin illik 5 faizlə hesablanmış 118,35 manat və dövlət rüsumuna görə ödənilmiş 38,16 manat məbləğində pulun LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcverən LPO İddiaçı ASC ilə borcalan Hacıyeva Nazilə Həcibaba qızı arasında bağlanmış 10 aprel 2019-cu il tarixli ***-*******NK090419-01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank 32 ay müddətinə illik 25 % ödəmək şərti ilə 2000 manat krediti borcalana verməyi, borcalan isə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istfiadə etməyi və krediti qaytarmağı öhdəsinə gtürmüşdür. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borcalan xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 86,26 manat, xx.xx.2021-ci il tarixdə isə 87,16 manat ödəməyi öhdəsinə götürmüşdür. Borcverən LPO İddiaçı ASC və zamin Cavabdeh2 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli ***-*******NK090419-01/ZM/1 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin LPO İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli ***-*******NK090419-01 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 2000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsi üzrə borclunun öhdəlikləri tam icra edilənədək qüvvədədir. LPO İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Hacıyeva Nazilə Həcibaba qızının ***-*******NK090419-01 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1108,92 manat, faiz borcu üzrə 588,48 manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik beş faizlə hesablanmaqla 118,35 manat olmaqla cəmi 1815,75 manat borcu vardır. LPO İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalan və zaminə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Hacıyeva Nazilə Həcibaba qızının vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan tam pay almalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mərhum Hacıyeva Nazilə Həcibaba qızının 10 aprel 2019-cu il tarixli ***-*******NK090419- 01 saylı kredit müqaviləsi üzrə iddiaçıya 1108,92 manat əsas borcu, 588,48 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən illik beş faiz hesabı ilə 118,35 faiz borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsəsi Cavabdeh1 və zamin Cavabdeh2 öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdehlər bu tələbi icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 10 aprel 2019-cu il tarixli ***-*******NK090419-01 saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 1108,92 manat, faiz borcuna görə 588,48 manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən illik beş faiz üzrə hesablanmış 118,35 manat faiz borcu olmaqla 1815,75 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 38,16 manat məbləğində pul LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-4343/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4343/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver