Məhkəmə qərarları › İş №e-2(003)-4401/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4401/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4401/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi barədə kiçik iddiaya dair iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsinə məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra:-İddiaçı ASC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2048,32 manat əsas borcun və 40,48 manat dövlət rüsumunun, cəmi 2088,8 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İş üzrə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, məhkəmənin icraatına götürülmüş, Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə işin icraatı barədə məlumat verilməsi məqsədilə rəsmi bildiriş göndərilmişdir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı hazırda ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında işə baxılaraq qətnamə çıxarılmasına zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, bu cür iddia ərizələri daxil olduqda, ərizənin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizəsinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq norması tətbiq edilərək, iddiaçının mövcud iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cəmi 40,48 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40,48 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 266-268-ci və 284-5-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi geri qaytarılsın. xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40,48 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar