Məhkəmə qərarları › İş №e-2(003)-4774/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4774/2025

11.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(003)-4774/2025 11.03.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, Söyziyev Elşah İlham oğlunun iclas katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı İstehsalat Birliyi (bundan sonra – İddiaçı İB) cavabdeh Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz” İB-yə ##.##.2025-ci il tarixə yaranmış 994,31 (doqquz yüz doxsan dörd manat otuz bir qəpik) manat məbləğinde debitor borc məbləğinin ve iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1027,31 (bir min iyirmi yeddi manat otuz bir qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153. VOEN 9900001881. M/H AZ03NABZ01350100000000002944, SWIFT IBAZAZ2X. Azəriqaz IB. VÕEN**********, IBA AZ50ÍBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh oğlu arasında ##.##.2025-ci il tarixində **-***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısına dair” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Əməkdaşlar tərəfindən cavabdeh Cavabdeh yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilən zarnan xeyli miqdarda debitor borcun yarandığı müəyyən edilmişdir.Qeyd olunan ünvana Azəriqaz İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq *************** nömrəli abonent kodu verilmişdir.Cavabdeh ##.##.2025-ci il tarixli **-***** saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusu İstifadəçisi arasında qazın alqı-satqısı" Müqavilənin 2.3.1-ci bəndini (qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək) pozaraq "Azəriqaz” İstehsalat Birliyinə 994,31 manat debitor borcu yaranmışdır.Beləliklə, cavabdehin "Azəriqaz İstehsalat Birliyinə ümumi borcun 994,31 manat debitor borc aşağıdakı şəkildə yaranmışdır: Cavabdehin abonent saldosundan görünür ki, o, 2020-ci il ərzində 108,40 manat dəyərində təbii qazdan istifadə etmiş, həmin ildə cəmi 8,60 manat ödəniş həyata keçirmişdir. 2020-ci ilin sonuna 129,60 manat qalıq borcu qalmışdır. ##.##.2021-ci ilə 129,60 manat borcu yaranmışdır. İl ərzində 463,80 manat dəyərində təbii qazdan istifadə etmiş, həmin ildə cəmi 167,10 manat ödəniş həyata keçirmişdir. 2021ci ilin sonuna 432 manat qalıq borcu qalmışdır. ##.##.2022-ci ilə 432 manat borcu yaranmışdır. İl ərzində 555,09 manat dəyərində təbii qazdan istifadə etmiş, həmin ildə cəmi 228,60 manat ödəniş həyata keçirmişdir. 2022-ci ilin sonuna 803.35 manat qalıq borcu qalmışdır. ##.##.2023-cü ilə 803.35 manat borcu yaranmışdır. İl ərzində 428,80 manat dəyərində təbii qazdan istifadə etmiş, həmin ildə cəmi 123 manat ödəniş həyata keçirmişdir. 2023-cü ilin sonuna 1135,85 manat qalıq borcu qalmışdır. ##.##.2024-cü ilə 1135.85 manat borcu yaranmışdır. İl ərzində 461,03 manat dəyərində təbii qazdan istifadə etmiş, həmin ildə cəmi 212,81 manat ödəniş hayata keçirmişdir, 2024-cü ilin sonuna 1418.29 manat qalıq borcu qalmışdır. ##.##.2025-ci ilə 1418.29 manat borcu yaranmışdır. ##.##.2025-ci il tarixədək (11 ay ərzində) 285 manat dəyərində təbii qazdan istifadə etmiş, həmin tarixlər ərzində (11 ay ərzində) cəmi 720 manat ödəniş həyata keçirmiş ##.##.2025-ci il tarixə 994,31 manat qalıq yekun debitor borcu qalmışdır. Müqavilə öndəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması nəticəsində "Azəriqaz IB-yə yaranmış debitar borcla bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Cavabdeh oğlu ona qarşı irəli sürülən iddia ərizəsini qismən qəbul edərək, sərfiyyat borcunun olduğunu bildirmiş, lakin iddia ərizəsində qeyd olunan məbləğdən 3 ay ərzində aylıq 100 manat məbləğində ödəniş etdiyini bildirmiş, son sərfiyyat xərcləri çıxıldıqdan sonra və hal-hazırda 907 manat 38 qəpik borcu qalmışdır.

İş materialları.

5. İddiaçı İB (Paylayıcı) və Cavabdeh oğlu (İstehlakçı) arasında ##.##.2025-ci il tarixdə bağlanmış **-***** nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

6. 100309900100950 kodlu abonentin saldosundan görünür ki, abonentə 2025-ci ilin noyabr ayında “qalıq və aktlar”a əsasən 994,31 manat məbləğində borc hesablanmışdır.

7. Daha sonra iddiaçı İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş abonent saldosunda cavabdehin 2026-cı ilin mart ayı üçün 908 manat 38 qəpik qalıq borcu qaldığı qeyd olunmuşdur.

İşin faktiki halları.

8. İddiaçı İddiaçı İB (Paylayıcı) və cavabdeh İsmayıl Əsədov (İstehlakçı) arasında ##.##.2025-ci il tarixli qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Paylayıcı öz öhdəsinə götürmüşdür ki, İstehlakçını keyfiyyətli qazla təmin etsin. İstehlakçı isə öz öhdəsinə götürmüşdür ki, aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba uyğun olaraq ödəsin.

9. İddiaçı İddiaçı İB-nin əməkdaşları tərəfindən tərəfindən cavabdeh Cavabdeh yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilən zarnan xeyli miqdarda debitor borcun yarandığı müəyyən edilmişdir. Abonent saldosundan göründüyü kimi, ##.##.2025-ci il tarixədək (11 ay ərzində) 285 manat dəyərində təbii qazdan istifadə etmiş, həmin tarixlər ərzində (11 ay ərzində) cəmi 720 manat ödəniş həyata keçirmiş ##.##.2025-ci il tarixə 994,31 manat qalıq yekun debitor borcu qalmışdır. Daha sonra 3 ay ərzində davamlı olaraq 100 manat ödəniş həyata keçirən istehlakçı 211 manat sərfiyyatı olmuş və 87 manat debitor borcundan çıxılmış və 907,38 manat qalıq borcu qalmışdır.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

13. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdeh Cavabdeh yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilən zarnan xeyli miqdarda debitor borcun yarandığı müəyyən edilmişdir, istehlakçının abonent saldosundan da göründüyü kimi ##.##.2025-ci il tarixədək (11 ay ərzində) 285 manat dəyərində təbii qazdan istifadə etmiş, həmin tarixlər ərzində (11 ay ərzində) cəmi 720 manat ödəniş həyata keçirmiş ##.##.2025-ci il tarixə 994,31 manat qalıq yekun debitor borcu qalmışdır. ##.##.2026-cı il tarixində iddiaçı İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş abonent saldosunda cavabdehin 2026-cı ilin mart ayı üçün 908 manat 38 qəpik qalıq borcu qaldığı qeyd olunmuşdur.

14. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh ##.##.2025-ci il tarixli **-***** saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusu İstifadəçisi arasında qazın alqı-satqısı" Müqavilənin 2.3.1-ci bəndini (qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək) pozaraq "Azəriqaz” İstehsalat Birliyinə 907,38 manat debitor borcu yaranmışdır ki, bu da iş materiallarında olan sübutlarla əsaslı hesab olunur. İddiaçı İddiaçı İB tərəfindən cavabdeh istehlakçıya təbii qazdan istifadə qaydalarının pozulmasına dair müvafiq aktlar əsasında borc hesablanması qanuni olmuşdur.

Məhkəmə xərcləri.

15. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

17. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 907,38 (doqquz yüz yeddi manat otuz səkkiz qəpik) manat məbləğində debitor borc və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 937,38 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153. VOEN 9900001881. M/H AZ03NABZ01350100000000002944, SWIFT IBAZAZ2X. Azəriqaz IB. VÕEN**********, IBA AZ50ÍBAZ38040039449955001922) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mələk Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar