Məhkəmə qərarları › İş №e-2(003)-4856/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4856/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4856/2025 23.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli 339098-1-31249 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka 978.54 (doqquz yüz yetmiş səkkiz manat, əlli dörd qəpik) manat məbləğində əsas borc, 64.81 (altmış dörd manat, səksən bir qəpik) manat məbləğində faiz borcu, 8.80 (səkkiz manat, səksən qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1052.15 (min əlli iki manat, on beş qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.52 (otuz manat əlli iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh)xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi X1 şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 18 yanvar 2022ci il tarixli 339098-1-31249 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 25.90 (iyirmi beş, 90) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 3798 (üç min yeddi doxsan səkkiz) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi X1 şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 978.54 (doqquz yüz yetmiş səkkiz, 54) manat məbləğində əsas borc, 64.81 (altmış dörd, 81) manat məbləğində faiz borcu, 8.80 (səkkiz, 80) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1052.15 (min əlli iki, 15) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İş materiallarından müəyyən olunur ki, 18 yanvar 2022-ci il tarixli müştəri ərizəsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədilə illik 25.90 (iyirmi beş, 90) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 3798 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh banka xx.xx.2025-ci il tarixə Banka 978.54 manat məbləğində əsas borc, 64.81 manat məbləğində faiz borcu, 8.8 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1052.15 manat borcu vardır. İddiaçı ASC-də 339098-1-31249 nömrəli Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsindən görünür ki, Cavabdeh Yenidən maliyyələşdirilən kreditin ümumi qalıq məbləği 949.62 manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, iddia tələbində və xx.xx.2025-ci il tarixli maliyyə arayışında iddiaçının cavabdehə qarşı qoyduğu tələb məbləği 978.54 manat məbləğində əsas borc, 64.81 manat məbləğində faiz borcu, 8.8 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1052.15 manat məbləğində təşkil edir. İddiaçı ASC-də 339098-1-31249 nömrəli Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsində isə Cavabdeh Yenidən maliyyələşdirilən kreditin ümumi qalıq məbləği 949.62 manat məbləğində qeyd etmişdir. Məhkəmə işin hallarını araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı ASC qarşı tərəfə (Cavabdeh) Yenidən maliyyələşdirilən kreditin ümumi qalıq məbləğinin 949.62 manat olduğunu bildirdiyindən, Cavabdeh tutulmalı olan əsas borc məbləği iddia tələbində və maliyyə arayışında qeyd olunan məbləğ deyil, İddiaçı ASC-də 339098-1-31249 nömrəli Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsində qeyd olunmuş əsas borc üzrə 949.62 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30.52 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ümumilikdə təmin olunan 1023,23 manat məbləğinə mütənasib olaraq 30.23 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 949.62 manat məbləğində əsas borc, 64.81 manat məbləğində faiz borcu, və 8.8 manat cərimə olmaqla, cəmi 1023,23 manat pul borcu və 30.23 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar