Məhkəmə qərarları › İş №e-2(003)-4907/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4907/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4907/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı cavabdeh Xəzər rayon İcra Hakimiyyətinə qarşı maraqlı şəxs qismində Xəzər rayon Bələdiyyəsi və AR Elm və Təhsil Nazirliyinin 123 nömrəli tam orta məktəb cəlb edilməklə “pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Xəzər rayon İcra Hakimiyyətinə qarşı maraqlı şəxs qismində Xəzər rayon Bələdiyyəsi və AR Elm və Təhsil Nazirliyinin 123 nömrəli tam orta məktəb cəlb edilməklə “pul” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək şəxsi istifadəsində olan Ravon markalı **-TT-*** dövlət qeydiyyat nömrəliavtomobilinə dəymiş maddi zərərə görə 8.893 manat məbləğində pulun, mənəvi zərərə görə 1.000 manat məbləğində pulun və ödədiyi 118,93 manat məbləğində dövlət rüsumunun cavabdeh Xəzər rayon İcra Hakimiyyətindən, maraqlı şəxs Xəzər rayon Bələdiyyəsi və AR Elm və Təhsil Nazirliyinin 123 nömrəli tam orta məktəbdən tutularaq ona ödənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən “xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır”. Qnunvericiliyin normasından göründüyü kimi maraqlı şəxslər iddia icraatında deyil, xüsusi icraat işlərində iştirak edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Xəzər rayon İcra Hakimiyyətinə qarşı maraqlı şəxs qismində Xəzər rayon Bələdiyyəsi və AR Elm və Təhsil Nazirliyinin 123 nömrəli tam orta məktəb cəlb edilməklə “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar