Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-527/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Mərdəkan” filialı ilə Rəsulov Teymur Zərbəli oğlu arasında bağlanmış BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmçinin, "xxxx" ASC-nin “Mərdəkan” filialı ilə Rəsulov Teymur Zərbəli oğlu arasında bağlanmış BPM**********753 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən,Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 Zərbəli oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzində notarius ofisi tərəfindən verilən məlumata əsasən, mərhum Rəsulov Teymur Zərbəli oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak, ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Rəsulov Teymur Zərbəli oğluna verilmiş **********18-05101-083004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ev 79, 27 saylı köşkün bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 8.8 kv/m olan qeyriyaşayış sahəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixlikredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 3285.90 manat əsas və 25.56 manat faiz borcu qalmışdır. Maliyyə arayışına əsasən, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 BPM**********38 nömrəli, xx.xx.2020ci il tarixlikredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, Banka ödənilməmiş– 4054.53 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Rəsulov Teymur Zərbəli oğlununvərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdırlar. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 7365.99 manat olduğundan, tərəfimizdən 94 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Odur ki, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 3285.90 manat əsas və 25.56 manat faiz, BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixlikredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4054.53 manat əsas borcun və ödənilmiş 94 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etdi, BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 3285.90 manat əsas və 25.56 manat faiz, BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4054.53 manat əsas borcu qəbul etdiyini bildirdi və ərizəsini məhkəmyə təqdim etdi. İş materiallarına əlavə olunmuş sənədlər -"xxxx" ASC-nin “Mərdəkan” filialı ilə Rəsulov Teymur Zərbəli oğlu arasında bağlanmış BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit limiti ayrılmışdır. -"xxxx" ASC-nin “Mərdəkan” filialı ilə Rəsulov Teymur Zərbəli oğlu arasında bağlanmış BPM**********753 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən,Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit verilmişdir. -maliyyə arayışından görünür ki, Rəsulov Teymur Zərbəli oğlunun BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 3285.90 manat əsas və 25.56 manat faiz, BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixlikredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4054.53 manat əsas borcu qalmışdır. - "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, cavabdehlər borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 3 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - qəbzdən görünür ki, iddiaçı tərəfindən 94,4 manat dövlət rüsumu ödənilmişdir. -ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Rəsulov Teymur Zərbəli oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - 5 saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş Rəsulov Teymur Zərbəli oğlunun vərəsəsi kimi tanınmış Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ondan miras qalmış Bakı şəhəri Nərimanov rayonu X2 pr-ti ev 79, 27 saylı köşkün bir hissəsi ünvanında yerləşən sahəsi 8.8 kv/m olan qeyri-yaşayış sahəsinə 1/5 hissədə pay almışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 31,04 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 31,04 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 10 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh Rəsulov Teymur Zərbəli oğlu arasında bağlanmış BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit limiti ayrılmışdır, BPM**********753 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən,Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit verilmişdir. X1 Zərbəli oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzində notarius ofisi tərəfindən verilən məlumata əsasən, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Rəsulov Teymur Zərbəli oğlunun vərəsəsi kimi tanınmışdırlar və onlar miras əmlakdan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ev 79, 27 saylı köşkün bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 8.8 kv/m olan qeyriyaşayış sahəsindən 1/5 hisədə irs almışdırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu tələb etməkdə haqlıdır. Göründüyü kimi, Rəsulov Teymur Zərbəli oğlu xx.xx.2022-ci il tarixdə ölməsi ilə ondan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ev 79, 27 saylı köşkün bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 8.8 kv/m olan qeyri-yaşayış sahəsinə dair vərəsəlik açılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Rəsulov Teymur Zərbəli oğlunun vərəsəsi Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verərək, ondan miras qalmış əmlakı qəbul etmişlər. Göründüyü kimi, cavabdehlər mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmələrinə dair hərəkətlər edərək, miras əmlakı qəbul etmişlər. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Rəsulov Teymur Zərbəli oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə olan halda iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, kredit borcu qeyd edilən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı 94,4 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 94,4 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada BPM**********753 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3285,90 manat əsas və 25,56 manat faiz, BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4054,53 manat əsas borcun və ödənilmiş 94,0 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 7460,39 manat pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada BPM**********753 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3285,90 manat əsas və 25,56 manat faiz, BPM**********38 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4054,53 manat əsas borcun və ödənilmiş 94,0 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 7460,39 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-527/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-527/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver