Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-571/2023 03.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 69194,35 manat məbləğinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə iddiaçının nümayəndəsi və vəkili X2 tərəflər arasında bağlanmış barışıq sazişini, eyni zamanda iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edərək tərəflər arasında barışığın əldə edildiyini bildirdi və barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı bank ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, iş üzrə tərəflər arasında : Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun icraatında olan e- 2(003)-4215/2022 saylı mülki iş üzrə iddiaçı “X3 of Absheron Petroleum В. V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********, ünvan: AZ1010, ünvan 1qdır) və Cavabdeh İotıq oğlu (ŞV: AA*******, bundan sonra “Cavabdeh” adlandırılacaqdır) (İddiaçı və Cavabdeh bundan sonra birlikdə “Tərəflər” və ayrılıqda “Tərəf’ adlandırılacaqdır) aşağıdakı şərtlərlə razılığa gəlir və barışıq sazişi imzalayırlar: ”
1. Cavabdeh 69194.35 manat (altmış doqquz min yüz doxsan dörd manat otuz beş qəpik) manat məbləğində pul vəsaitini bu Sazişin 2-ci bəndində nəzərdə tutulmuş qaydada İddiaçıya ödəməyi öz öhdəsinə götürür.
2. Bu Sazişin 1-ci bəndində göstənlən pul məbləği aşağıdakı qaydada ödəniləcək: a. 23 000 (iyirmi üç min) manat - 3 fevral 2023-ci il tarixinə kimi; b. 2887.15 (iki min səkkiz yüz səksən yeddi manat on beş qəpik) manat - 16 ay ərzində hər aym son iş gününə kimi.
3. Bu Sazişin 2-ci bəndində göstərilən pul məbləğləri İddiaçının aşığadakı bank hesabına ödəniləcəkdir: İddiaçının hesab nömrəsi, İBAN: AZ45İBAZ******************** Məzənnə: AZN Alan Bank : Azərbaycan Beynəlxalq Bankı Landmark şöbəsi Alan Bankın SWİFT kodu: İBAZAZ2X Alan Bankın müxbir hesabı: AZ03NABZ******************** Alan Bankın kodu: 805120 Bankın V: ********** Bankın ünvanı: AZ1010 90A Nizami küç.
4. Cavabdeh bu Sazişin 1 -ci bəndində göstərilən pul məbləğini daha tez vaxtda birdəfəlik və ya hissə-hissə İddiaçıya ödəyə bilər.
5. Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.
6. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.
7. Bu barışıq sazişinin təsdiq edilməsi ilə Tərəflərin hazırkı mülki iş (mübahisəsi) üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır.
8. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər.
9. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və sazişin bir nüsxəsi məhkəmədə, qalan iki nüsxəsi tərəflərdə qalır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Odur ki, məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum olmadığından tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtina edilir və həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qəraraaldı:
İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh 69194.35 manat (altmış doqquz min yüz doxsan dörd manat otuz beş qəpik) manat məbləğində pul vəsaitini bu Sazişin 2-ci bəndində nəzərdə tutulmuş qaydada İddiaçıya ödəməyi öz öhdəsinə götürür.
2. Bu Sazişin 1-ci bəndində göstənlən pul məbləği aşağıdakı qaydada ödəniləcək: a. 23 000 (iyirmi üç min) manat - 3 fevral 2023-ci il tarixinə kimi; b. 2887.15 (iki min səkkiz yüz səksən yeddi manat on beş qəpik) manat - 16 ay ərzində hər aym son iş gününə kimi.
3. Bu Sazişin 2-ci bəndində göstərilən pul məbləğləri İddiaçının aşığadakı bank hesabına ödəniləcəkdir: İddiaçının hesab nömrəsi, İBAN: AZ45İBAZ******************** Məzənnə: AZN Alan Bank : Azərbaycan Beynəlxalq Bankı Landmark şöbəsi Alan Bankın SWİFT kodu: İBAZAZ2X Alan Bankın müxbir hesabı: AZ03NABZ******************** Alan Bankın kodu: 805120 Bankın V: ********** Bankın ünvanı: AZ1010 90A Nizami küç.
4. Cavabdeh bu Sazişin 1 -ci bəndində göstərilən pul məbləğini daha tez vaxtda birdəfəlik və ya hissə-hissə İddiaçıya ödəyə bilər.
5. Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.
6. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.
7. Bu barışıq sazişinin təsdiq edilməsi ilə Tərəflərin hazırkı mülki iş (mübahisəsi) üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır.
8. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər.
9. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və sazişin bir nüsxəsi məhkəmədə, qalan iki nüsxəsi tərəflərdə qalır.” İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Emil Məmmədli