Məhkəmə qərarları › İş №e-2(003)-622/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-622/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-622/2025 10.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Dadaşova Aynurə Eldar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sökmenci Seyfettinin nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sökmenci Seyfettinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sökmenci Seyfettinə qarşı “borcun etirafı haqqında müqavilənin, ipoteka haqqında müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəməninin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sökmenci Seyfettinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, №3M-340 saylı “Borcun etirafı haqqında” müqaviləyə əsasən 300.000 (üç yüz min) manat, pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsinə əsasən (illik 7.25%-dən hesablanmaqla) 43.500 (qırx üç min beş yüz) manat, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfindən ödənilən 51 AZN (əlli bir) manat, eləcə də dövlət rüsumuna görə ödənilmiş 634 (altı yüz otuz dört) manat olmaqla cəmi 344.185,00 (üç yüz qırx dört min yüz səksən beş) manat pul vəsaitinin Cavabdeh tutularaq Seyfettin Sökmenciyə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsi, 35 saylı fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına Seyfettin Sökmenciyə olan borcun ödənilməsi; xx.xx.2017-ci il tarixli, №3M-340 saylı “Borcun etirafı haqqında”müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən (borcalan – X1) tutularaq Seyfettin Sökmenciyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sökmenci Seyfettin (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, №3M-340 saylı “Borcun etirafı haqqında” müqaviləyə əsasən X5 Səfərova illik faiz dərəcəsi 0% olmaqla, xx.xx.2022-ci il tarixinədək alınan borcu ödəməklə 300.000.00 AZN (üç yüz min manat sıfır qəpik) məbləğində borc vermişdir. Cavabdeh (borcalan) Cavabdeh xx.xx.2017-ci il tarixli, №3M-340 saylı müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək müqavilə tələbini ciddi şəkildə pozmuşdur. “Borcun etirafı haqqında” müqavilənin təminatı olaraq xx.xx.2017-ci il tarixli, №3M-341 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus (AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********74-10301,Qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, FeyzullaQasımzadə küçəsi, 35 saylı fərdi yaşayış evi borcverən qarşısında ipoteka ilə yüklü edilmişdir. Bununla əlaqədar cavabdehə müvafiq xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. İddiaçı tərəfindən cavabdehə “İpoteka ilə yüklü edilmiş əmlaka tələbin yönəldilməsinə” dair bildiriş göndərilmiş və həmin bildirişdə də öhdəliyinin icra edilməməsinin nəticəsi aşağıdakı məzunda çatdırılmışdır. “Qeyd olunanlarla əlaqədar sizdən (“Borcun etirafı haqqında” müqavilə üzrə Sökmenci Seyfettinə olan 300.000.00 AZN (üç yüz min) manat məbləğində) borc məbləğinin 5 (beş) gün ərzində Seyfettin Sökmenciyə (və ya onun nümayəndəsinə) ödəməyiniz tələb olunur. Əks halda Seyfettin Sökmenci tərəfindən müqavilə üzrə borc sizə məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsi, 35 saylı fərdi yaşayış evinə yönəldilərəkhəmin əmlak hesabına borcun Seyfettin Sökmenciyə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəkdir”. Cavabdeh müqavilə üzrə 300.000 (üç yüz) min manat məbləğində borc öhdəliyini icra etməmiş və bu gün də iddiaçıya borcludur. Odur ki, borc məbləği və onun gecikdirilməsinə görə məbləğ cavabdehdən tutulmalı və borc ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməlidir. Tərəflər arasında bağlanmış borc müqaviləsindən də göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixədək icra etməli idi. Lakin o, müqavilədə göstərilən günədək öhdəliyini heç bir əsas gətirmədən qanunsuz şəkildə icra etməmişdir. Hazırda müqavilənin sonuncu icra edilməli olan tarixindən etibarən pul vəsaitinin qanunsuz saxlanılması üçün cavabdehdən müvafiq faiz tutulmalıdır. Göründüyü kimi cari ilin 04 oktyabr 2024-cü il tarixdə artıq 2 il olmuşdur ki, cavabdeh öhdəliyini yerinə yetirmir. İş üzrə təqdim etdiyimiz sənədlərdən də göründüyü kimi iddia verildiyi günə bank uçot faiz dərəcəsi 7.25% təşkil edir. Odur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırdığına görə cavabdehdən hər il üçün 7.25% olmaqla iki il üçün (7.25+7.25=14.5%) əsas məbləğin 14.5% həcmində olmaqla ümumilikdə (300.000 x 14.5% :100) 43.500 (qırx üç min beş yüz manat) pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sökmenci Seyfettinə və cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofısinə qarşı “borcun etirafı haqqında müqavilənin, ipoteka haqqında müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 oktyabr 2017-ci il tarixdə Sökmenci Seyfettin ilə Cavabdeh arasında Bakı şəhəri 27 saylı notariat kontorunda bağlanmış, reyestrdə 3M-340 nömrəsi ilə qeyd edilmiş borcun etirafı haqqmda müqavilənin; 04 oktyabr 2017-ci il tarixdə Sökmenci Seyfettin ilə Cavabdeh arasmda ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində olan 0,0425 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 251.08 kv.m olan fərdi yaşayış evinə dair Bakı şəhəri 27 saylı notariat kontorunda bağlanmış, reyestrdə 3M-341 nömrəsi ilə qeyd edilmiş ipoteka müqaviləsinin; 05 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Seyfettin Sökmencini atası Rasim Səfərov vasitəsilə tanımışdır. Onların şüşə qab-qacaqlarm satışı üzrə birgə əməkdaşlığı olmuşdur. O da, ölkə ərazisində şüşə qab-qacaqlarm topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. 2017-ci il tarixdə atası ilə Seyfettin Sökmenci arasında danışıq olmuşdur ki, ona nisyə şəkildə mallar veriləcək və satıldıqca pullarını ödəyəcəkdir. X2 bildirdi ki, göndəriləcək mallara görə qarantı olmalıdır. Bununla bağlı yaxşı olar ki, aralarında kredit müqaviləsi bağlansın ki, guya ona 300000 manat borcu var. O əvvəl tərəddüd etsə də, atası onu arxayın etmişdir ki, S.Sökmenci ilə yaxın iş və dost münasibətləri var, narahat olmasın, hər şey formaldır. O razılaşmışdır və onlar notariat ofisinə gəlmişdilər. Orada bildirdilər ki, nəğd pul məbləği olmadığına görə, kredit müqaviləsinin bağlanması mümkün olmayacaq. Notarius onlara təklif etdi ki, ancaq hərhansı daşmmaz əmlakı ipoteka qoymaq şərtilə, aralarında borcun etirafı müqaviləsi bağlana bilər. Yəni, guya ki, onun S.Sökmenciyə hər hansı məbləğdə borcu var və həmin məbləği rəsmi şəkildə etiraf edir. O, arada olan münasibətə görə razılaşmışdır. Aralarında olan danışıqlar üstündən xeyli müddət keçsə də, S.Sökmenci tərəfindən ona heç bir mal verilməmişdir. Hüquqi savadsızlığından, bağladığı müqavilələr barədə də, heç bir tədbir görməyərək, onları ləğv etdirməmişdir. Ona yalnız dedilər ki, malın göndərilməsi alınmadı. Müqavilələrin də, əhəmiyyəti yoxdur. Göründüyü kimi notarius qanunun tələbini kobud surətdə pozaraq, aparılan notariat hərəkəti ilə bağlı Cavabdeh hüquq və vəzifələrini izah etməmiş, aparılmış notariat hərəkətinin nəticələri barədə onu xəbərdar etməmişdir. Müqavilə iradə ifadəsidir. Cavabdeh notariat kontoruna gedərkən tamamilə başqa sənədə imza çəkmək niyəti ilə getdikləri halda aldadılaraq, tamamilə başqa bir müqaviləyə və sənədə imza çəkmişdir. Ona görə də, hesab edir ki, 04 oktyabr 2017-cü il tarixdə Cavabdeh ilə, Sökmenci Seyfettin arasında bağlanmış və reyestrdə 3M-340 nömrəsi ilə qeyd olunmuş borcun etirafı haqqmda müqaviləsi, 04 oktyabr 2017-ci il tarixli, reyestrdə 3M-341 nömrəsi ilə qeyd edilmiş ipoteka müqaviləsi və 05 oktyabr 2017-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanuna zidd olduğundan etibarsız hesab edilməlidir. tərəfimizdən cavabdehlər Bakı şəhəri 27 saylı Notariat Ofisinə və Seyfettin Sökmenciyə qarşı “borcun etirafı haqqında müqavilənin, ipoteka haqqında müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdu. Binəqədi Rayon Məhkəməsinin 17.01,2025-ci il tarixli, 2(001)-1895/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə qərardadmı belə əsaslandırmışdır ki, “iş üzrə cavabdeh X3 rayonunda rəsmi qeydiyyatda olmadığından, habelə cavabdehin əmlakın olduğu yer və ya məlum olan axırıncı yaşayış yeri iddia ərizəsində cavabdehin ünvanı kimi göstərilmədiyindən və bu barədə iddia ərizəsinə rəsmi sənəd əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdeh Seyfettin Sökmencinin qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə, habelə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə qarşı isə onun əmlakın olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir” Bundan sonra tərəfindən cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “borcun etirafı haqqında müqavilənin, ipoteka haqqında müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdu. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1989/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan vermiş olduğumuz şikayət də, Bakı apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Belə olan halda məcburiyyət qarşısında hazırki qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sökmenci Seyfettinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, yenidən ekspertiza keçirilməsi prosesin uzanmasına gətirib çıxarır. İddiaçı ilə cavabdeh arasında müqavilə 2017-ci ildə bağlanmışdır, lakin cavabdeh bununla bağlı 2025-ci ildə müraciət etmişdir və müqavilənin etibarsızlığına dair iddia tələbi ilə müraciət etmək üçün 1 il müddətini ötürmüşdür. İddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddianın təmin olunmasını , iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sökmenci Seyfettin ilə Cavabdeh arasına bağlanmış Bakı şəhəri 27 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqavilədən müəyyən olunur ki, Sökmenci Seyfettin 300 000 manat 00 qəpik (üç yüz min manat sıfır qəpik) məbləğində xx.xx.2016-cı il tarixində Cavabdeh borc vermişdir. Cavabdeh borc pulu xx.xx.2022-ci il tarixindək qaytarmağı öhdəsinə götürür. Sökmenci Seyfettin ilə Cavabdeh arasına bağlanmış Bakı şəhəri 27 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, İpoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə (ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2011 tarixdə Cavabdeh-na verilmiş **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən)ona məxsus olan ünvan 2 ünvanında olan 0.0425 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 251.08 kv/m olan fərdı yaşayış evini tam mülkiyyət üzrə 340 saylı borcun etirafı müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan Sökmenci Seyfettinin xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmetinin dəyəri "ipoteka qoyan"-ın və "ipoteka saxlayan"ın razılığına əsasən 300000 (üç yüz min manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. Öhdəliyin mahiyyəti: borcun etirafı müqaviləsidir. Öhdəliyin ölçüsü (məbləği): illik 0 faiz dərəcəsi ilə verilmiş 300000 manat 00 qəpik (üç yüz min manat sıfir qəpik) Öhdəliyin icra müddəti: Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin "İpoteka qoyan"a ("Borclu"-ya) faktiki təqdim edildiyi tarixindən xx/xx/2022 tarixinədəkdir. Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsi, 35 saylı fərdi yaşayış evi Cavabdeh tərəfindən Sökmenci Seyfettinin xeyrinə yüklü edilmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdehə öhdəliyin icra edilməsi və icra edilməməsi təqdirində məhkəməyə müraciət edilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Poçt göndərişlərinin izlənməsi barədə portaldan çıxarışdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən 51.8 manat ödənilmişdir xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 634 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası «X4» MMC-nin xx.xx.2025-ci il tarixli 340 saylı qiymətləndirmə rəyindən müəyyən olunur ki, iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində 0.0526 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 251.1 kv.m-dən ibarət fərdi yaşayış evinin bazar dəyəri: 335 850 AZN (üç yüz otuz beş min səkkiz yüz əlli manat), likvid dəyəri: 319 058 AZN-dir (üç yüz on doqquz min əlli səkkiz manat). Həmin rəyə əlavə edilmiş bildirişdən müəyyən olunur ki, Aparılmış tədqiqatın dəyəri 500 manatdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizəsindən görünür ki, tərəflər arasında müqavilə 2017-ci il tarixdə bağlanılmış və 2022-ci il tarixdək qüvvədə olmuşdur. İlkin iddiaçı 2024-cu il tarixdən müqavilə üzrə tələbin realizəsinə başlamışdır. Lakin qarşılıqlı iddiaçı bu müddət ərzində bu müqavilələrin etibarsızlığın tələb etməmişdir. Nəticəda iddia müddəti ötürülmüşdür. Odur ki, iş üzrə müddət tətbiq edilməlidir. e-2(003)-622/2025 saylı iş üzrə qarşlılıqlı iddia üzrə müqavilələrin etibarsızlığı tələbinə dair iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia müddəti tətbiq etməklə qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə (iddiadam imtina edərək icraata xitam verilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1972-ci il təvəllüdlü Sokmenci Seyfettin xx.xx.2016-cı il tarixdə ölkəyə giriş etmiş, xx.xx.2016-cı il tarixdə ölkədən çıxış etmişdir. Məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 354.1--ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən sas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Sökmenci Seyfettin (borcverən) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2017-ci il tarixdə “Borcun etirafı haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən X5 Səfərova illik faiz dərəcəsi 0% olmaqla, xx.xx.2022-ci il tarixinədək alınan borcu ödəməklə 300.000.00 AZN məbləğində borc vermişdir. Həmin müqavilənin təminatı olaraq xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus (AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********74-10301,Qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsi, 35 saylı fərdi yaşayış evi borcverən qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək müqavilə tələbini ciddi şəkildə pozmuşdur. Cavabdeh pretenziya məktubu, “İpoteka ilə yüklü edilmiş əmlaka tələbin yönəldilməsinə” dair bildiriş göndərilmiş, lakin Cavabdeh öhdəliyini icra etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçının əsas borc tələbi əsaslıdır və 300.000 manat əsas borc Cavabdeh tutularaq Sökmenci Seyfettinin xeyrinə ödənilməlidir. Eyni zamanda iş materiallarında ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən ödənilən məbləğin qəbzinin olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfindən ödənilən məbləğin cavabdehdən tutulması barədə tələbi əsaslıdır və 51 manat ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən məbləğ Cavabdeh tutularaq Sökmenci Seyfettinin xeyrinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilələrdə borc illik 0% ödəmək şərtilə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının pul öhdəliyinin icra edilməməsinə görə faiz borcu tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ümumilikdə təmin olunan 300.051 manat məbləğinə mütənasib olaraq 590.05 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka ilə yüklü edilərkən razılaşma olmuş, lakin iş üzrə cavabdeh (ipoteka qoyan) həmin qiyməti mübahisələndirdiyindən ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən ekspertiza təyin olunmaqla müəyyən edilmişdir. Ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 319.058 manat məbləğində müəyyən edilməklə, qeyd edilən ipoteka predmeti olan əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Cavabdeh Sökmenci Seyfettinə olan borcu ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 300 000 manat məbləğində əsas borc, 51 manat ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən məbləğ, 590.05 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 300 641.05 manat məbləğində borc Cavabdeh Sökmenci Seyfettinin xeyrinə tutulmalı, ipoteka predmeti olan daşınmaz əmlak açıq hərrac yolu satılmalı və satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlakın satışından əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsindən sonra həmin vəsaitdən artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin iradə ifadəsi olaraq borcun etirafı haqqında müqavilə, ipoteka haqqında müqavilə 04 oktyabr 2017-ci il tarixdə bağlanmış, çıxarış isə 05 oktyabr 2017-ci il tarixdə verilmişdir. Lakin Cavabdeh “borcun etirafı haqqında müqavilənin, ipoteka haqqında müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə 2025-ci ildə məhkəməyə müraciət edərək sözügedən tələblə bağlı 1 illik müraciət müddətini ötürmüşdür. Həmçinin Cavabdeh müqavilələlərin vacib əhəmiyyətli yanılmanın təsiri, zorakılıq və ya hədə altında bağlandığı barəsində heç bir sübut təqdim etməmişdir. Həmçinin, ilkin iddia üzrə cavabdeh müqavilənin formal olaraq bağlandığını, iddiaçının heç bir borc vermədiyini hətta Azərbaycan Respublikasında olmadığını bildirsə də, Dövlət Sərhəd Xidmətinin məktubunda Sökmenci Seyfettin xx.xx.2016-cı il tarixdən, xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasında olmuş, müqavilədə isə iddiaçının cavabdehə xx.xx.2016-cı il tarixdə borc verdiyi qeyd olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sökmenci Seyfettinə və cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofısinə qarşı “borcun etirafı haqqında müqavilənin, ipoteka haqqında müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə qiymətləndirmə ekspertizasının cavabdehin vəsatəti əsasında keçirilməsini nəzərə laraq hesab edir ki, ekspertizanın keçirilməsinə xərclənmiş 500 manat məbləğində pul vəsaiti Cavabdeh “X4”-nin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Sökmenci Seyfettin (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, №3M-340 saylı “Borcun etirafı haqqında” müqaviləyə əsasən 300.000 (üç yüz min) manat borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir) manat, eləcə də dövlət rüsumuna görə ödənilmiş 590.05 manat alınaraq iddiaçı Sökmenci Seyfettinə ödənilsin. Tələb Cavabdeh məxsus olan və xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsi, 35 saylı fərdi yaşayış evinə yönəldilsin və həmin daşınmaz əmlakın ilkin satış qiyməti 319.058 manat müəyyən edilməklə açıq hərracdan satılsın, daşınmaz əmlakın dəyərindən əldə edilmiş vəsait Cavabdeh Sökmenci Seyfettinə olan borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsi, 35 saylı fərdi yaşayış evinin dəyərindən əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənildikdən sonra artıq qalan məbləğ cavabdehə qaytarılsın. Məhkəmə qiymətləndirmə ekspertizalarının keçirilməsinə xərclənmiş 500 manat məbləğində pul vəsaiti Cavabdeh “X4”-nin (Kod: 201218, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab: AZ64AİİB400900C**********208) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar