Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-628/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulması” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yol verilmiş özbaşınalığa son qoyulması, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazasının elektrik verilişinin bərpa edilməsi, aparılmış söküntü işlərinin dayandırılması və sökülməsi hissələrin bərpa edilməsi və şirkətə dəymiş olan maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən yol verilmiş özbaşınalığa son qoyulması, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazasının elektrik verilişinin bərpa edilməsi, aparılmış söküntü işlərinin dayandırılması və sökülməsi hissələrin bərpa edilməsi və şirkətə dəymiş olan 11333,04 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmaqla icarə müqaviləsində qeyd olunmayan 45 kv.m. sahəyə görə cəmi 7848,0 manat maddi ziyanın və ödədiyi 100,0 manat dövlət rüsumunun İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2016-cı il icarə müqaviləsinin və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə sazişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1;n müstəqil tələb irəli sürən üçüncü şəxs qismində “əmlakdan çıxarılma” tələbinə dair iddia ərizəsi Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 628/2023 saylı qərardadı ilə baxılmamış saxlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X4 ilkin iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edərək, eyni zamanda bildirdi ki, ilkin iddia və qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə aiddiyəti bilavasitə ümumi məhkəmənin aidiyyətidir. Bu səbəbdən də, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək göstərdi ki, adına VÖEN olmuş, lakin ondan istifadə etməmişdir. Mübahisəli daşınmaz əmlakı iddiaçının icarəsinə verən zaman, onun sahibkarlıq məqsədilə ərzaq məhsullarının satışı ilə məşğul olmasını bilmişdir. Mülki işin məhkəmə aiddiyyətinin həll edilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “digər sorğular” bölməs(lər)ində görünür ki, İddiaçı MMC kommersiya qurumlarının dövlət reyestrində qeydiyyatdadır və ********** VÖEN-dən istifadə edir. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “digər sorğular” bölməs(lər)ində görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixdən fərdi sahibkar statusuna malikdir və ********** VÖEN-dən istifadə edir. Belə ki. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Məhkəməyə daxil olmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında olan və iddia tələbinin predmetini təşkil edən mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir. Belə ki, tərəflərdən İddiaçı MMC hüquqi şəxs, Cavabdeh isə sahibkarlıq fəaliyyətinin qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş subyekti olaraq, faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. Həmçinin iddia ərizəsindən görünür ki, tərəflər arasında müqavilə münasibətləri sahibkarlıq xarakterlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2 və 24.3-cü maddələrinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən eidlməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmçinin həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Habelə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə ümumi məhkəmənin mübahisəsi hesab edilə bilməz. Hazırki işin halları isə ondan ibarətdir ki, tərəflərin həyata keçirdiyi fəaliyyətləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə tərəflər vergi ödəyicisi olmaqla, fəaliyyətləri sahibkarlıq fəaliyyətidir və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”18 sentyabr 2020-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə cavab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 25, 32, 35, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulması” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhər Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-628/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-628/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver