Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-652/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli KM006T01170073S01 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə 12 (on iki) ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit kartı verilmişdir. xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalan Cavabdeh verdiyi kredit manata konvertasiya edilmiş, kreditin qalıq məbləği 4284.48 (dörd min iki yüz səksən dörd manat 48 qəpik) AZN, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 10774.56 (on min yeddi yüz yetmiş dörd manat, 56 qəpik) AZN təşkil edir. Bundan 2722.25 (iki min yeddi yüz iyirmi iki manat, 25 qəpik) AZN əsas, 3034.22 (üç min otuz dörd manat, 22 qəpik) AZN faiz, 4645.69 (dörd min altı yüz qırx beş manat 69 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 372.40 (üç yüz yetmiş iki manat 40 qəpik) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də Cəmi 10774.56 (on min yeddi yüz yetmiş dörd manat, 56 qəpik) AZN - bundan 2722.25 (iki min yeddi yüz iyirmi iki manat, 25 qəpik) AZN əsas, 3034.22 (üç min otuz dörd manat, 22 qəpik) AZN faiz, 4645.69 (dörd min altı yüz qırx beş manat 69 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum və iş üzrə ödənilmiş 198.03 (yüz doxsan səkkiz manat 03 qəpik) AZN faiz borcu və 122.32 (yüz iyirmi iki manat, 32 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini tam müdafiə etdiyini bildirmiş, məhkəmə iclasını iştirakı olmadan keçirməyi, iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1033 saylı kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə 27 faiz dərəcəsi ilə 3000,0 (üç min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 01 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişin surətindən görünür ki, iddiaçı LPO İddiaçı ASC və Cavabdeh 1033 saylı 26 noyabr 2014-cü il tarixli kredit xətti müqaviləsinə dəyişiklərin edilməsi barədə razılığa gəlmişlər. Dəyişiklərin məzmununa əsasən kredit şərtləri restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (1USD=1,60 AZN) konvertasiya edilməklə 4284,48 (dörd min iki yüz səksən dörd manat, qırx səkkiz qəpik) təşkil etmişdir. Borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2677,8 (iki min altı yüz yetmiş yeddi) ABŞ dolları 80 sent əsas borc, 714,10 (yeddi yüz on dörd) ABŞ dolları 10 sent faiz borcu və 1042,22 (bir min qırx iki) ABŞ dolları 22 sent cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti illik 21 faiz olmaqla xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixə banka xx.xx.2017-ci il tarixli 1033 saylı müqavilə üzrə 2722,25 manat məbləğində əsas borc, 3034,25 manat faiz borcu, 4645,69 manat məbləğində cərimə, 372,0 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 10774,56 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan LPO İddiaçı ASC-nin 01 sentyabr 2022-ci il tarixli ibildirişindən görünür ki, cavabdehə yaranmış borcun qaytarılması haqqında bildiriş göndərilmiş və 3 gün ərzində borcun ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1342 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ’’Borcalan” Cavabdeh tərəfindən "xxxx" ASCdən alınmış kredit vəsaiti üzrə ödənilməli olan borc məbləği xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 2803,38 manat, faiz borcu üzrə 2307,74 manat müəyyən edilir. 31 yanvar 2020-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5 % ilə hesablanmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 2803,38 manat faiz borcu üzrə 2684,25 manat müəyyən edilir. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 122,32 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 1033 saylı kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 27 faiz dərəcəsi ilə 3000,0 (üç min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 1033 saylı kredit müqaviləsi üzrə 01 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişin surətindən görünür ki, iddiaçı LPO İddiaçı ASC və Cavabdeh 1033 saylı 26 noyabr 2014-cü il tarixli kredit xətti müqaviləsinə dəyişiklərin edilməsi barədə razılığa gəlmişlər. Dəyişiklərin məzmununa əsasən kredit şərtləri restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (1USD=1,60 AZN) konvertasiya edilməklə 4284,48 (dörd min iki yüz səksən dörd manat, qırx səkkiz qəpik) təşkil etmişdir. Borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2677,8 (iki min altı yüz yetmiş yeddi) ABŞ dolları 80 sent əsas borc, 714,10 (yeddi yüz on dörd) ABŞ dolları 10 sent faiz borcu və 1042,22 (bir min qırx iki) ABŞ dolları 22 sent cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti illik 21 faiz olmaqla xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş üzrə cavabdeh kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit xətti müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit xətti müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1342 saylı rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-ə xx.xx.2014-cü il tarixli 1033 saylı kredit kartının verilməsi və istifadə müqaviləsi və həmin müqavilə üzr bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 2803,38 manat, faiz borcu üzrə 2307,74 manat, 07 oktyabr 2022-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu isə (5% lə) 376,51 manat təşkil edir. Göründüyü kimi iddiaçının iddia tələbində əsas borc üzrə tələb etdiyi məbləğ ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspertizanın qeyd olunan kredit müqaviləsi üzrə əsas borc hissəsində ekspert rəyi ilə razılaşmır. Beləki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi əsas borc hissəsində təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində təmin edilməli, Cavabdeh 2722,25 manat məbləğində kredit borcu və 198,03 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tutularaq LPO İddiaçı ASC-ə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən faiz borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1342 saylı rəyindən görünür ki, Cavabdeh LPO İddiaçı ASC-ə xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) faiz borcu 2307,74 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2023-cü il tarixli, 9/1342 saylı rəyini faiz borcu hissəsində sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 2307,74 manat faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulu 4645,69 manat məbləğində deyil, 130,0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin iddianın 122,32 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilərək, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 61,16 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 61,16 manat hissəsi iddiaçının özünə aid edilsin. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 150,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 75,0 manat məbləği cavabdehdən, 75,0 manat məbləği iddiaçıdan alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC xeyrinə Cavabdeh 2722,25 manat əsas, 2307,74 manat faiz, 198,03 manat gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu, 108,90 manat cərimə və ödənilmiş 122,32 manat dövlət rüsumu olmaqla, cəmi 5637,72 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə Cavabdeh 2722,25 manat əsas, 2307,74 manat faiz, 198,03 manat gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu, 130,0 manat cərimə və ödənilmiş 61,16 manat dövlət rüsumu olmaqla, cəmi 5419,18 manat pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumunun 61,16 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 75,0 manat məbləği Cavabdeh, 75,0 manat məbləği ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-652/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-652/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver