Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-654/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddiaərizəsiüzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 1164DT-saylı, xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 07 iyul 2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilir. Borcalanın kreditor qarşısındakı kredit 1164DT saylı, xx.xx.2014-cü il tarixli kredit kartı üzrə əsas borc üzrə qalğı 1192,89 (bir min bir yüz doxsan iki manat 89 qəpik) manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1192,85 (bir min bir yüz doxsan iki manat 85 qəpik) manat əsas borc, 677,50 (altı yüz yetmiş yeddi manat 50 qəpik) manat cərimə borcu təşkil edir. Borcalanın kreditor qarşındakı kredit 1164DT, xx.xx.2014-cü il tarixli kredit kartı üzrə əsas borc üzrə qalığı 1192,89 (bir min bir yüz doxsan iki manat 89 qəpik) manat qalığı kreditə çevrilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 18 (on səkkiz) faiz ödəyir.Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri, ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3185,05 (üç min bir yüz səksən beş manat 05 qəpik) manat təşkil edir. Bundan 1062,89 (bir min altmış iki manat 89 qəpik) manat əsas, 804,87 (səkkiz yüz dörd manat 87 qəpik) manat faiz, 1166,69 (bir min bir yüz altmış altı manat 69 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 150,60 (bir yüz əlli manat 60 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********643 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Ona görə də cəmi 3185,05 (üç min bir yüz səksən beş manat 05 qəpik) manat – bundan 1062,89 (bir min altmış iki manat 89 qəpik) manat əsas, 804,87 (səkkiz yüz dörd manat 87 qəpik) manat faiz, 1166,69 (bir min bir yüz altmış altı manat 69 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 150,60 (bir yüz əlli manat 60 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 51,86 (əlli bir manat 86 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək iddai tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən kredit müqaviləsi və ona əlavədən xəbəri yoxdur. O, ümumiyyətlə iddiaçı bankdankredit götürməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2014-cü il tarixli 1164DT saylı “kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə”yə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavənin, həmçinin ödəniş qrafikinin onun tərəfindən imzalanmamasının müəyyən edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli 1164DT-saylı, xx.xx.2014-cü il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 1 sayl əlavə sazişdən görünür ki, "xxxx" ASC və Cavabdeh 1164DT saylı, xx.xx.2014-cü il tarixli əsas müqaviləyə dəyişiklərin edilməsi barədə razılığa gəlmişlər. "xxxx" ASC ilə Cavabdeh arasında 1164DT saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, bağlanmış həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 30 ay müddətinə 1192,89 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixə banka xx.xx.2017-ci il tarixli, KM037T07170040S01 saylı müqavilə üzrə 1062,89 manat məbləğində əsas borc, 1166,69 manat məbləğində cərimə, 804,87 manat məbləğində faiz borcu, 150,60 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3185,05 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 01 sentyabr 2022-ci il tarixli bildirişindən görünür ki,cavabdehə yaranmış borcun qaytarılması haqqında bildiriş göndərilmiş və 3 gün ərzində borcun ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1968-ci il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda anadan olmuş Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə nömrə 5/73 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 51,96 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1164DT saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə xx.xx.2017-ci ildə 1 saylı əlavə Saziş müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 18 olmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1192,89 manat məbləğində kredit götürmüşdür. İş üzrə cavabdeh kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ümumillikdə kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun, gecikdirilmiş vaxt üçün hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməlidir. Məhkəmə əsas borcla bağlı qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/1343 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh "xxxx" ASC-ə 07 oktyabr 2022-ci il tarixə 1062,89 manat əsas borc, 07 yanvar 2020-ci il tarixə (müqavilə müddətinin sonuna) 413,00 manat faiz borcu və müqavilə müddətindən sonra, yəni 07 yanvar 2020-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixinə illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 146,15 manat təşkil edir. Məhkəmə iddianı “1062,89 manat məbləğində əsas borcun cavabdehdən tutulması hissəsində” əsaslı hesab edir və bu səbəbdən 1062,89 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən pulun tutulmasına münasibətdə iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, faiz borcuna və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/1343 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki Cavabdeh "xxxx" ASC-ə 07 yanvar 2020-ci il tarixə (müqavilə müddətinin sonuna) 413,00 manat faiz borcu və müqavilə müddətindən sonra, yəni 07 yanvar 2020-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixinə illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 146,15 manat vardır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 4/767 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 20-32-ci vərəqələrində olan xx.xx.2014-cü il tarixli 1164DT saylı “kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişin 1-6-cı və sonuncu səhifəsində “borcalan” qrafasındakı imza və 1 nömrəli əlavə sazişə ödəniş qrafikində (sənəd №037T07170040S01 i.v.33) “borcalan” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi 9/1343 saylı, xx.xx.2023-cü il saylı rəyini faiz borcu hissəsində sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 413,0 manat faiz borcu və illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanan 146,15 manat faiz borcu cavabdehdən tutulmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulu 1166,69 manat məbləğində deyil, 50,0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1062,89 manat əsas borc, 413,0 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış 146,15 manat faiz borcu, 50,0 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1702,04 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 51,86 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 51,86 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 21,86 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat, məhkəmə-xəttşünaslıq ekspertizasının dəyəri isə 126 manat təşkil edir. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən aparılmış məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın, həmçinin məhkəməxəttşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 126 manatın müvafiq olaraq 117,0 manatı Cavabdeh və 109,0 manatı isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ət etdi: İddia qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə Cavabdeh 1062,89 manat əsas borc, 413,0 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış 146,15 manat faiz borcu, 50,0 manat cərimə və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 1702,04 (bir min yeddi yüz iki manat, dörd qəpik) manat pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 117,0 manat məbləği Cavabdeh, 109,0 manat məbləği iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-654/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-654/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver