Məhkəmə qərarları › İş №e-2(003)-738/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-738/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-738/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərkən müəyyən olundu ki, ipotekanın dövlət qeydiyyatına alınmasına dair sübut işə əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X2 ipoteka müqaviləsi bağlanarkən ipotekanın dövlət qeydiyyatına alınmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini yalnız borcun ödənilməsi hissəsində qəbul etdiyini, digər hissədə isə qəbul etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka müqaviləsi bağlanarkən ipotekanın dövlət qeydiyyatı aparılmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 11-ci maddəsində qeyd olunur ki, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən işə müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanını itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar