Məhkəmə qərarları › İş №e-2(003)-747/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-747/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-747/2025 27.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı «X5» MMC-nin cavabdeh X3 qarşı "pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «X5» MMC cavabdeh X3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 «X5» MMC-nin xeyrinə 284 manat borc məbləği, 28 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 342 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X5» MMC-nin direktoru X4 xx.xx.2023-cü il tarixində "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun cavabdeh X6 arasında xx.xx.2019-cu il tarixli WTCN-003891 nömrəli alqısatqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan X6 "xxxx" mağazasından ümumi nisyə dəyəri 1.284 manat olan M.TV TCL (İmei: 55P6US) markal mobil telefon almışdır.Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı X6 xx.xx.2019cu il tarixdən başlayaraq hər ayın 26-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 107 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın ümumi qalıq dəyəri 284 manatı mağazaya ödəməmişdir.Müqavilənin 7.3-cü bəndinə əsasən müqavilənin icrası ilə bağlı yaranan mübahisələr danışıqlar yolu ilə həll edilməli, bu mümkün olmaqdıqda məhkəmə qaydasında həll edilməlidir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan "xxxx" və X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli WTCN-003891 nömrəli girov müqaviləsindən görünür ki, 1.284 manat olan M.TV TCL (İmei: 55P6US) markalı mobil telefonun dəyərinin ödənilməsini təmin etmək məqsədilə girov qoyan ona təhvil verilmiş əmlakı özündə saxlamaq şərti ilə girov qoyur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək aylıq 107 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 əsas məbləğ üzrə 284 manat, cərimə üzrə 28 manat borcu yaranmışdır. İş materiallarında olan «X5» MMC tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Mülki Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli WTCN-003891 nömrəli alqı-satqı müqaviləsinə əsasən, X6 ümumi nisyə dəyəri 1.284 manat olan M.TV TCL (İmei: 55P6US) markal mobil telefon almışdır. «X5» MMC-nin direktoru X4 xx.xx.2023-cü il tarixində "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında tələb etmə hüququnu əldə etmişdir. X6 xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 26-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 107 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın ümumi qalıq dəyəri 284 manatı ödəməmişdir.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 284 manat məbləğində əsas borcun cavabdeh X1 tutulması hissəsində təmin edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmədə müəyyən olundu ki, mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə gecikdirilən müddət üçün dəbbə pulu ödəməlidir. Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə 28 manat məbləğində cərimə borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 28 manat məbləğində cərimənin cavabdeh X1 tutulması hissəsində təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatdək olduqda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı «X5» MMC-nin xeyrinə X1 284 manat borc məbləği, 28 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 342 (üç yüz qırx iki) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar