Məhkəmə qərarları › İş №e-2(003)-766/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-766/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-766/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə İddiaçı «İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2283 (iki min iki yüz səksən üç) manat 57 (əlli yeddi) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X19” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixliəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin – OBA Dres 1 mağazasında çalışdığızaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli“İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1398 (bir min üç yüz doxsan səkkiz) manat 11 (on bir) qəpik və xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 885 (səkkiz yüz səksən beş) manat 46 (qırx altı) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlamaları şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş və həmin inventarizasiyalarla bağlı “İltizamnamə”lərə imzasını atmaqla kəsr verən mallara razılığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 2283 (iki min iki yüz səksən üç) manat 57 (əlli yeddi) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı X10 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı X10 işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı X10 nın nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2021-ci il 528 saylı əmrdən görünür ki, Tahirov X1 vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış “X19” haqqında xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, sonuncu tam maddi məsul şəxs kimi işə qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il 412 saylı əmrdən görünür ki, Cavabdeh Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bənidinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2022-ci il tarixində 1398.11 (bir min üç yüz doxsan səkkiz manat, 11 qəpik) AZN, xx.xx.2022-ci il tarixində 885.46 (səkkiz yüz səksən beş mana, 4 qəpik)AZN çatışmazlıq müəyyən edilmişdir. Beləliklə, Cavabdeh 13 iyun 2023-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 2283.57 (iki min iki yüz səksən üç manat, 57 qəpik) AZN təşkil edir. İş materiallarında olan MSB4-2023/00207 saylı xx.xx.2023-cü il tarixli Mediasiya Prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, mübahisə edilən məsələ ilə bağlı Cavabdeh ünvanına sifarişli poçtla İMS-nın yeri və vaxtı barədə ətraflı məlumat verən, həmçinin onun hüquq və vəzifələrini izah edən “Bildiriş” göndərilmişdir. Həmin “Bildiriş”lə yanaşı, onun qoşması kimi Cavabdeh mediasiyanın tətbiqi barədə təklifin surəti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın məbləgini müəyyən edən cədvəl də poçtla göndərilmişdir. Bundan əlavə, mediator tərəfindən (***-***-**-** saylı telefonla) Cavabdeh adına olan ***-***-**-** saylı mobil telefona 29 sentyabr 2023-cü il tarixdə (saat 13.45, 13.51 və 16.47 radələrində) zənglər edilmişdir. Həmçinin ***-***-**-** saylı nömrənin “VVhatsApp” proqramı vasitəsilə səsli mesajar və Təşkilatın Bakı şəhərindəki yerinin “Məkanın sxemi” də göndərilmişdir. O, 29 sentyabr 2023-cü il tarixdə ***-***-**-** saylı telefonla (saat 18.37 radələrində) “səslimesal” göndərərək İddiaçı MMC-nin ona qarşı iddiasının əsassız və qanunsuz olmasını, əvvəllər işlədiyi maqazindən oğurluq olmasını, lakin bunların nəzərə a inmamasını, mediasiya prosesində iştirak etməyəcəyini, mübahisənin məhkəmə qaydasında həllinə tərafdar olmasını və s. göstərmişdir. Beləliklə, Cavabdeh öz hüquqlarından istifadə edərək İMS-da iştirak etməyi arzu etməmiş və mediasiya sesiyasından imtina etmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli DN-948 nömrli xəbərdarlıqdan görünür ki, cəmiyyət Cavabdeh 2377,29 manat borc barədə xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, 07 " Dekabr 2021 ci il tarixli "N-67 li əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə Direktoru: X12 : Komissiyanın sədr müavini Mühasibatlıq Departament müdiri:X5, Komissiyanın üzvləri: Daxili Nəzarət Departament müdiri: X6, Satış Departament müdiri: X8, İnventarizasiya şöbə müdiri - X2 ibarət heyətdə təyi n edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib edirik ondan ötəri ki, İddiaçı MMC -nin BAKİ ŞƏHƏRİ,XƏZƏR RAYONU,STARCUK KÜÇƏSİ ünvanında yerləşən OBA-DRES1 (192 )mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Ələddin oğlunun iştirakı ilə xx.xx.2022 -cu il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Ələddin oğlu inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1398.11 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, 14 " İyul 2022 ci il tarixli ""N-116 li əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə Direktoru v.i.e: X14, Komissiyyanın sədr müavini Maliyyə Nəzarəti üzrə şöbə müdiri:X15, Komissiyanın üzvləri Daxili Nəzarət Departament müdiri: X6 :Satış Departament müdiri: X8, İnventarizasiya şöbə müdiri - X2 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib edirik ondan ötəri ki, İddiaçı MMC - nin BAKİ ŞƏHƏRİ,XƏZƏR RAYONU,STARCUK KÜÇƏSİ ünvanında yerləşən OBA-Dres1 (192 )mmağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Ələddin oğlunun iştirakı ilə xx.xx.2022 -cu il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs X3 inventarizasiyanın aparılmasında iştirak etmiş , lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 885.47 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan İddiaçı İnventarizasiya komissiyasına iltizamnamələrdən görünür ki, Cavabdeh sayımlarda iştirak etmiş və sayımın qaydalara uyğun aparılmasına dair imza etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsin görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X19 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X19” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verərək xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin – OBA Dres 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində İddiaçı MMC-yə zərər vurmuş, xx.xx.2022-ci il tarixli“İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1398 (bir min üç yüz doxsan səkkiz) manat 11 (on bir) qəpik və xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 885 (səkkiz yüz səksən beş) manat 46 (qırx altı) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Həmçinin maliyyə arayışından məlum olmuşdur ki, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2283 (iki min iki yüz səksən üç) manat 57 (əlli yeddi) qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 2283 (iki min iki yüz səksən üç) manat 57 (əlli yeddi) qəpik pul tutularaq İddiaçı bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında görünür ki, mediasiya ilə bağlı iddiaçı tərəfindən 60 (altmış) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu cavabdedhən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 2283 (iki min iki yüz səksən üç) manat 57 (əlli yeddi) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat pul tutularaq İddiaçı bank hesabına ödənilisin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar