Məhkəmə qərarları › İş №e-2(003)-778/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-778/2024

05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-778/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19510 manat məbləğin, iddia ərizəsi ilə əlaqədar məhkəməyə ödənilmiş 148,53 manat manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2022-ci ilin aprel ayı tarixində aralarında olan şifahi razılaşma əsasında, onun Xəzər rayonu Şüvəlan qəsəbəsi Mayak bağlarında yerləşən evində təmir işləri aparılması və mebel dəstləri alınması üçün instagram (artneostudio.dizayn) sosial platformasından müraciəti üzrə cavabdeh memar mütəxəssis Cavabdeh ayrı-ayrı vaxtlarda, ümumilikdə 21510 manat məbləğində pul vəsaitini vermişdir. Lakin Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozaraq, memar işini keyfiyyətsiz görməklə yanaşı, razılaşma və müvafiq ödənişlər üzrə mətbəx, qonaq otağı, yataq otağı, uşaq otağı, divan, divar mebellərini, stol-stulu, komputer stolu, şkaf, termo, dəhlizdə qarderob şkaf, TV stendi almamış, İddiaçı evində yerləşdirməmiş, aralarındakı razılaşmanı pozmuş və iddiaçıya maddi zərər vurmuş, həmin zərəri bu günədək ödəməmişdir. Razılaşmaya görə, Cavabdeh öz işçi briqadası ilə həmin işləri görməli idi. Cavabdeh, 2023-cü ilin mart ayında iddiaçıya dəyən zərərdən 2000 manat qaytarsa da, qalan19510 manat məbləği ona ödəməkdən bugünədək yayınmış, vurulmuş zərərin qalan hissəsini ödəməkdən imtina etmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda aralarında olan danışıqlarla pulun qaytarılması bildirilsə də, cavabdeh müxtəlif bəhanələr gətirməklə pulu qaytarmadığına, bundan yayındığına görə, iddiaçının haqlı narazılığına səbəb olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçı ilə razılaşmanın şərtlərini pozması iddiaçıya maddi zərər vurmuşdur. Tərəflər arasında həyata keçirilən iddia ərizəsinə əlavə edilən “Watsapp” yazışmalarında vurulmuş zərərin ödənilməsi ilə bağlı yazışmalar və aralarında cavabdeh tərəfindən müəyyən işlərin görülməsi öhdəliyini təsdiq edən şifahi razılıqla bağlı danışıqlar vardır. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün Xəzər RPİ 1-ci polis şöbəsinə ərizə ilə müraciət etmiş, bununla bağlı müvafiq materiallar toplanmış (HK-1557 saylı), araşdırma aparılmış, lakin həmin şöbənin baş təhqiqatçısı Anar İsayevin xx.xx.2023-cü il tarixli qərarı ilə, material üzrə cinayət tərkibinin olmaması, müraciətdə göstərilən xüsusatların mülki xarakterli olması əsas gətirilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda həmçinin eyni məzmunlu müraciət üzrə Xəzər RPİ İstintaq şöbəsində də müvafiq araşdırmanın aparıldığı qeyd edilmişdir. Həmçinin Bakı şəhər BPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-44-2-1/2A-43963 saylı məktubu ilə İddiaçı material üzrə Xəzər RPİ 1-ci PŞ-də araşdırma aparıldığı və CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının qəbul edildiyi bildirilmişdir. Cavabdehlə razılaşmaları şifahi formada baş vermişdir. Hazırkı mərhələdə iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsinin yeganə üsulu kimi Xəzər Rayon Məhkəməsinin qanunvericiliyin ona verdiyi səlahiyyətindən istifadə edərək ədaləti bərpa edə bilmək və vurulmuş zərərin ödənilməsini tələb etmək imkanını qəbul edir. Cavabdeh tərəfindən vurulmuş zərərdən qalan məbləğ bu vaxtadək ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdeh ona verdiyi tapşırıqları razılaşmalarına uyğun həll etməmişdir. Evin təmir-bərpa işlərini yerinə yetirib ona təhvil versə də, ona razılaşmamlarına uyğun mebel dəstlərini təhvil verməmişdir. Cavabdeh mətbəx və dəhliz aid mebellərin karkasların ona məxsus evə gətirmiş, o da razılaşdıqları mebellərin rəngində, qurluşunda və ölçüsündə uyğunsuzluqlar olduğu üçün mebelləri təhvil götürməmiş, ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Ümumilikdə cavabdehə 21510 manat pul vermişdir. Lakin cavabdeh hazırki vaxta kimi puldan 2000 manat geri qaytarsa da, qalıq pulu geri qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda izahatında göstərdi ki, cavabdehə ümumi işlərin görülməsi üçün 21510 manat pul verilmiş, həmin puldan 2000 manat qaytarılsa da, 19510 manat bu gün tarixə kimi cavabdeh tərəfindən qaytarılmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etirazla müraciət etmişdir. Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının bildirdikləri tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlməməktədir. İddiaçı tez-tez fikrini dəyişən, sabit fikirli insan olmadığına görə müəyyən işləri görüb hazır vəziyyətə gətirdikdə, yenidən dəyişiklik etmək istədiyini, gah divarın rənginin dəyişilməsini, gah hazırlanmış mebelin sökülməsi və başqa modelin yığılması kimi halları dəfələrlə təkrar etmiş, hətta razılaşdırılmamış əlavə işlərin də görülməsini istəmişdir. Görülmüş bütün təmir-tikinti işlərinin smeta layihəsi onda mövcuddur və orada hansı işlərin görüldüyü, hansı işlərə nə qədər xərc çəkildiyi qeyd olunmuşdur. Həmin layihəni də aşağıda qeyd edərək əlavə kağız formasında da məhkəməyə təqdim edir. Gördüyü işlərin siyahısı və dəyəri-Demontaj isləri (Oboy, kafel, metlax, laminat və sair) - 500 AZN, isçilik santexnika/otopleniva - 1000 AZN, malvar işçilik ümumi sahə 480.31 m2 x 10 = 4803,10 AZN, əlavə otaqlarda rəng boya dəyişini -462.62 m2x 4 = 1848 AZN, stvaska beton isçilik 43.66 m2 x 10 = 436,60 AZN, stvaska Mətanət üzləmə - 117,10 m2 x 3 = 351,30 AZN, alçipan isçilik - 9.06 m2 x 6 = 54,38 AZN, lepka isçilik – 22,66 p/m x 2,50 = 56,65 AZN, kafel metlax WC – 40,78 m2. Foye - 4,60 m2. mətbəx - 3.79 m2, cəmi: 49.17 m2 x!5 = 737,55 AZN, asma tavan – 7,30 m2 x 8 = 58,40 AZN, qapılar çatdırılma, qurasdırılma 6 əd x 400 = 2400 AZN, qapı 1 ədəd (Restavrasival) = 150 AZN, ventilyasiya qaz boru üçün verin açılması - 50 AZN, elektrik isi (Demontai+montaJ) - 600 AZN, duş kabin (Demontaj+montaj) - 200 AZN, plastik qapı pəncərələrin restovrasivası və setkaların yenilənməsi - 400 AZN, Laminat/plintus -112 m2 x 6 = 672 AZN, yekun işçilik: 14317,00 AZN, ümumi material sərfiyyatı və dəyərispaklovka: Astar - 40x5,90 = 236 AZN, Üzlük - 23x6,90 = 158,70 AZN, Binder - 4 əd (4 it) x 7 = 28 AZN, irolik - 3 ədx3,70=11,10 AZN, Valik-6 ədx3.80 = 22,80 AZN, şkurka - 23 AZN, lepka - T1 p/m x 1,80 = 48,60 AZN, isti pol (izo boru) -164 p/m x 1,80 = 295,20 AZN, Kollektor -1 əd x 67 = 67 AZN, arko kran -12 əd x 4.90 = 54 AZN, unitaz xortum -1 əd x 5,60 = 5,60 AZN, silikon/pistolet - 2 əd x3,70 = 7,40 AZN, kobra slanq - 3 əd x 2,20 = 6,60 AZN, kol pak arkolar üçün 6 əd x 0,80 = 4,80 AZN, rekor 151 ik -1 əd x 0,60 = 0,60 AZN, travnik 15 lik - 4 əd x 0,22 = 0,88 AZN, L-90° 321 ik - 5 əd x 0,56 AZN = 2,80 AZN, kran-1 ədx!3 = 13 AZN, boru 251 ik - 4 metr x 1,25 = 5 AZN, Radiator - 78 əd x 13.50 = 1053 AZN, mərmər – 2,09 x 0,10 paroq WC -100 AZN, mərmər – 0,90 x 0,10 paroq WC1 - 45 AZN, mərmər – 0,90 x 0,10 paroq WC2 - 45 AZN, kafel - 40 m2 x 31/50 = 1260 AZN, metlax - 14 m2 x31 /50 = 441 AZN, rozetka/spot - 430 AZN, kombi pusk - 70 AZN, küçə qapısı domofon təmiri - 70 AZN, navalçaların yuyulması - 100 AZN, zibil daşıma - 200 AZN, qum - 3 m3 x 20 = 60 AZN, lOtsep - 3 m3 x 25 = 75 AZN, sement -15 kisə x 7.20 = 108 AZN, mətanət - 30 əd x 7.60 = 228 AZN, aradoldurucu - 10 əd x 2.50 - 25 AZN, kant/köşə - 25 əd x 1,10 = 27,50 AZN, skoç- 15ədx2,10 = 31,50AZN, sitikon - 3 əd x 3,50 = 10,50 AZN, emulsiya 25 kq (15 İt) 5 əd x 85 = 425 AZN, primver 25 kq (15 İt) 5 əd x 80 = 400 AZN, emulsiva əlavə boyalar 6 əd x 125 = 750 AZN, alcipan 5 əd x 10,50 = 52,50 AZN, profil U - 30,40 p/m x 0.90 = 27,36 AZN, Profil C – 30,40 p/m x 1,10 = 33,44 AZN, surup/probka - 36 AZN, vanna - 5 əd x 3,20 = 16 AZN, vedrə 4 ədx 3,20= 12,80 AZN, sellofan -10 metr - 48 AZN, dupil 2 kq x 2,80 = 5,60 AZN, nəqliyyat -250 AZN, xidmət haqqı - 2000 AZN, nəzərdə tutulmayan xərclər -150 AZN, dərz band - 2 əd x 4,50 = 9 AZN, dizayn xərcləri - 1000 AZN, tikinti xərcləri: 10586 AZN, razılaşdırılmış mebel qiyməti: - 21000 AZN, ödənilib 18.500 AZN, mətbəx mebeli - 5.98 p/m x 320 AZN =1913,60 AZN, masa/4 ədəd oturacaq, yataq dolab - 2.25 p/m, yataq dolab - 2.25 p/m, TV stend - 3.97 p/m x 300 = 1191 AZN, masa/6 ədəd oturacaq, Diyan -1 ədəd, foye dolab 2.10 p/m x 300 = 630 AZN, qaytarma: - 2000 AZN, əlavə xərclər divan təmiri: razılaşdırılmış - 930 AZN, ödənilib: 700 AZN, 230 AZN borc qalıb Fəridə, həyət ləvazimat - 480 AZN, həyət kafel metlax pillə - 4200 AZN, qazon - 146 m2 x 7 = 1022 AZN, qazon - köhnə qazonun çıxarılması - 400 AZN, torf gübrə - 200 AZN, nəqliyyat -120 AZN, qazonun atılması - 100 AZN, azot - 60 AZN, həyət ləvazimatı açıqlama: (alınıb) şlanq - 30 mtx 2.80 = 84 AZN, kabel-40 mtx 1.20 = 48 AZN, su motoru - 290 AZN, lapatka calo - 1 əd x 7.60 = 7,60 AZN, lapatka stik -1 əd x 7,60 = 7,60 AZN, cəng xəzəl yığmaq üçün - 8 AZN, nəqliyyat - 40 AZN, cəmi: 485,20 AZN. Razılaşdırılmış təmir-tikinti işlərinin ümumi dəyəri 21000 manat olsa da, iddiaçı tərəfindən 17500 manat ödənilmişdir. Belə ki, siyahıda bir-bir qeyd etdiyi kimi tikinti xərclərinə toplam 10586 manat, işçilik üçün 14317 manat olmaqla, toplam 24904,28 manat xərc çıxmışdır. Həmin xərc razılaşdırılmış məbləğdən də artıq olmuşdur. Həmin xərcin artmasına da səbəb yuxarıda da qeyd etdiyi kimi iddiaçının tez-tez fikrini dəyişdirməsi olmuşdur ki, yekunda həmin materiallar və işçi xərci razılaşdırılandan da artıq məbləğdə olmuşdur. Bundan sonra iddiaçı evin mebellərinin hazırlanması sifarişini də ona vermək qərarına gəlmişdir. Burada iddiaçının iddia etdiyi tələbin məntiqsizliyi ortaya çıxmaqdadır ki, əgər o, görülmüş təmir-tikinti işlərini razılaşmaya uyğun həyata keçirməmiş, keyfiyyətsiz şəkildə görmüşdüsə, hansı məntiqli qərarla evin mebellərini də ona hazırlatmaq qərarına gəlmişdir. Bildirir ki, mebellərin ümumi razılaşdırılmış qiyməti də 21000 manat təşkil etdiyi halda iddiaçı tərəfindən ona cəmi 18500 manat ödənilmişdir. İddiaçıya mebelin rəngi və modeli göstərilmiş, kodları ilə birgə rənglərini seçdikdən sonra hazırlığa başlanmışdır. Həmin seçilmiş rənglərin də fotoşəkilləri onda mövcuddur və onları da hazırda məhkəməyə təqdim edir. İddiaçı tərəfindən sifariş verilən mətbəx mebeli hazır olunub yerinə yığılandan sonra gəlib, müxtəlif bəhanələr uyduraraq bu cür istəmədiyini bildirmiş, sonradan tamam fərqli bir model seçməsinə baxmayaraq, həmin model də hazırlanmışdır. Lakin ilk sifariş üzrə hazırlanmış mətbəx mebelinin zərəri isə onun üzərində qalmışdır. İddiaçının dəyişkən fıkirliliyindən əziyyət çəkən və maddi zərərə uğrayan əslində özü olmuşdur. İşlərini yüksək keyfiyyətdə və razılaşmalara tam uyğun həyata keçirmişdir. Bunun əksini sübut edə biləcək heç bir fakt yoxdur. İddiaçı işlərin keyfiyyətsiz görüldüyünü, mebel dəstlərinin hazırlanmadığını bildirsə də, nəyə əsasən 19.500 manat tələb etdiyini əsaslandıra bilməmişdir. İşdə hər hansı qiymətləndirmə və ya ekspert rəyinə əsaslanıldığı qeyd edilməmişdir. Aralarında razılaşdırılandan da artıq keyfiyyətdə təmir-tikinti işləri aparmış və mebel hazırlatmışdır. Dediklərini həm müvafiq məhkəmə eskpertizası, həm də bütün işi görən, usta, fəhlə, nəzarətçi və hazırda həmin evdə işləyən mühafizəçi də təsdiqləyə bilər. Dolayısı ilə iddiaçı tərəfindən iddiasını təsdiqləyən heç bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh həmçinin məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o iddiaçıdan mebellərin quraşdırılması üçün ümümilikdə 18.500,0 manat pul almış ondan 2000,0 manatını qaytarmışdır. Eyni zamanda bildirdi ki, o mebbelləri əvvəlcə başqa sexə demiş iddiaçı həmin mebbelləri bəyənmədiyi üçün başqa sexlə danışmışdı. Mətbəx mebelini və dəhliz aid olan mebeli tam hazır olmayan versiyada evə gətirsə də iddiaçı onları bəyənməmişdir. Həmin mebbellər hal-hazırda sökülmüş vəziyyətdə sexdə saxlanılır. Ərizə təqdim edərək göstərdi ki, İddiaçı Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 125 kv.metr bağ evində olan mebellər üçün hissə-hissə 18500 manat ödəmişdir. Həmin puldan 2000 manat geri qaytarmışdır. Həmçinin cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, iddiaçı hər dəfə müxtəlif fikirlərə düşdüyü üçün aralarında olan razılaşmanı özü pozmuşdur. Ona tapşırılmış mebel dəstlərini ölçülərinə uyğun yerləşdirilməsini təmin etmişdir. İddiaçı isə mebelləri bəyənməmiş, məcbur olub mebelləri çıxarıb aparmışdırlar. İddiaçının təmir işlərində ona borclu qalmışdır. Eyni zamanda mebellərin bir hissəsinin düzəldilməsi zamanı xərclərin çəkməsini hal-hazırda iddiaçıya 4000,0 manat borcunun qalmasını bildirir. Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar İsayevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin maraqlı tərəfə verilməsi, materialın saxlanması üçün 1-ci PŞ-nin arxivinə verilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan həmin material üzrə Cavabdeh izahatının surətindən görünür ki, İddiaçı ona şəxsən “İnstagram” vasitəsi ilə müraciət edərək, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında olan evinə dəvət etdi. 125 kv.metr ümumi sahəsi olan evin yenidən dizayn və təmir edilməsini ona həvalə etmiş, daha sonra o həmin evin dizayn və təmir işlərini üzərinə götürmüş və işləri onu razılığı ilə təhvil vermiş, bu işləri bitirdikdən sonra İddiaçı əlavə olaraq evin mebelinin alınmasını və quraşdırılmasını həvalə etdi. Təmir-tikinti, bərpa, yenidən qurma, mebel, demontaj və montaj işlərinə ümumilikdə 43180 manat maliyyə vəsaitlərindən hissə-hissə imtina etməyə başlamışdır. Evində quraşdırılmış mebellərin yenidən sökülməsi, dəyişdirilməsini, rəng və dizayn tələblərini dəyişdirməyə yönəlmiş tələblər irəli sürmüş və onun qərarsızlığı ucbatından işləri yarıda qalmış, 20% faiz işi başa çatdıra bilmişdir. O, evində təmir-tikinti işlərinin apardığı zaman orada işləyən usta və fəhlələrin məvaciblərini tam şəkildə ödəmişdir. Lakin ona müəyyən işlərini tamamlamaya bilmədiyi üçün hesablama aparmış və İddiaçı dəvət etmişdir. O, gəlməkdən imtina etmiş, hesablamanı aparmış, 9864 manat pulu İddiaçı qaytarmağa qərar vermişdir. Həmin məbləğdən 2000 manat İddiaçı ödəmiş, 7864 manat səhhəti ilə əlaqədar olaraq geri qaytara bilməmişdir. 7864 manat pulu 2023-cü ilin dekabr ayına qədər hissə-hissə ödəməyə söz verir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 148,53 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı bağ evinin, mebel, demontaj və montaj işlərini barədə vəkalət alan cavabdehə tapşırıq vermişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, cavabdehə mebellərin yığılması üçün verilmiş 21510,0 manat pulun müqabilində cavabdeh tərəfində heç bir iş görülməmiş, həmin puldan onun kartına 2000,0 manat pul qaytarılmışdır. Cavabdeh isə iddiaya etiraz edərək, ondan 18.500,0 manat pul aldığını, həmin məbləğdən 2000 manatını qaytardığını, həmçinin iddiaçının təmir işlərində ona borclu qaldığını, eyni zamanda mebellərin bir hissəinin düzəldilməsi zamanı xərclərin çəkməsini,hazırda borcunun 4000 manat təşkil etdiyini bildirir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Qeyd edilən Məcəllənin 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Göstərilən Məcəllənin 779-cu maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan pul almaq hüququna malik olduğu kimi, eyni zamanda tapşırığın icrası nəticəsində əldə olunanların hamısını iddiaçıya verməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan qızıl əşyalarını almasına dair hüquqlarından istifadə etmiş, tapşırığın icrası nəticəsində əldə olunan pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı satmaq üçün verdiyi qızılların dəyərini tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının verdiyi tapşırığı yerinə yetirmədiyindən, habelə, iddiaçıya zərər dəydiyindən, iddiaçı iddia tələbində haqlıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddiaçı cavabdehə 21510,0 manat pul verdiyini bundan 2000,0 manatının qaytarıldığını və hal-hazırda iddiaçının ona 19510 manat borcunun qaldığını bildirir. Cavabdeh isə iddiaçıdan ayrı-ayrı vaxtlarda 18500,0 manat aldığını etiraf etməklə həmin pulun 2000,0 manatını ona qaytardığını, həmçinin iddiaçının təmir işlərində ona borclu qaldığını, eyni zamanda mebellərin bir hissəsinin düzəldilməsi zamanı xərclərin çəkməsini hal-hazırda iddiaçıya 4000,0 manat borcunun qalmasını bildirir. Məhkəmə ilk növbədə, cavabdeh tərəfindən iddiaçıya 18500,0 manat pulun verilməsi və həmin puldan 2000,0 pulun qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının 18500,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi və həmin puldan 2000,0 manat qaytarması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, cavabdeh 18500,0 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, həmin məbləğdən 2000,0 manatı qaytarıldığından iddiaçı iddia tələbinin, 16500,0 manat olan hissəsində yəni cavabdehin ona 16500 manat borcu olmasını sübut etmək yükündən azad olunmuşdur. İşin mübahisəli halı ilə bağlı yəni iddiaçının cavabdehə 21510,0 (21510,0 manatın 18500,0 cavabdeh tərəfindən etiraf olunur) manat pul verməsi ilə bağlı qeyd edir ki, həmin halın sübut edilməsi iddiaçının üzərinə düşür ki, məhkəmə iclasında bu hal iddiaçı tərəfindən sübuta yetirilmədi. Eyni zamanda məhkəmə cavabdehin əlavə olaraq qeyd olunan evdə təmir işlərinin görülməsinə əlavə vəsaitin xərclənməsinə, həmçinin mebellərin bir qisminin tam olmasa da hazırlanmasına xərclərin çəkilməsi və hazırda onun 4000,0 manat borcunun qalması barədə dəlillərinə tənqiqdi yanaşır. Belə ki, məhkəmə cavabdehin etiraz ərizəsində təmir-tikinti ilə bağlı əlavə xərclərin çəkilməsi ilə əlaqədar etirazına münasibətdə qeyd edir ki, qeyd olunan evdə cavabdeh tərfindən həqiqətən təmir-tikinti işləri aparılmış, ev iddiaçıya təhvil verilmişdir. Hazırki iddia tələbi təmirlə bağlı məsələ olmayıb evin mebellərin yığılması üçün cavabdehlə iddiaçı arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən ona verilmiş pul məbləğidir. Həmçinin mebellərin bir qisminin yığılması ilə bağlı çəkilmiş xərclərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh mətbəx və dəhlizə aid mebelləri (tam hazır olmayan) mebelləri idiaçının evində quraşdırmaq istəyərkən iddiaçı mebellərin onun evinə yığılmasında imtina etmiş, həmin mebelləri qəbul etməyərək, mebellərin quraşdırılmış hissələrinin yerindən çıxarılaraq aparılmasını tələb etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh bununla bağlı dəllilləri əsassızdır. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının verdiyi tapşırığı yerinə yetirmədiyindən, habelə, iddiaçıya zərər dəydiyindən, iddiaçı verdiyi vəsaiti tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qismən təmin edilərək, 16500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə həmçinin iddianın 148,53 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, ddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 124,53 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun 24,0 manatı isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iddiaya məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16500 manat pul və 124,53 manat dövlət rüsumunun əvəzi, cəmi 16624,53 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun 24,0 manatı iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 16500 manat pul və 124,53 manat dövlət rüsumunun əvəzi, cəmi 16624,53 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş rüsumun 24,0 manatı iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar