Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-803/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 9000 (doqquz min manat) manat, cərimə borcu üzrə isə 2480 (iki min dörd yüz səksən ) manat olmaqla ümumilikdə 11480 (on min dörd yüz səksən ) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 125 (bir yüz iyirmi beş ) manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 aprel 2023-cü il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 04/123-23 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı tərəfindən mebelin alınmaslı üçün 12000 (on iki min) manat məbləğində kredit ayrılmışdır. O, 12 ( on iki ) ay müddətində kreditin əsas məbləği kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. Bundan əlavə kredit müqaviəsinin 2.5 maddəsinə əsasən ödəniş qrafikində (əlavə N1) nəzərdə tutulmuş tarixlərdə ödənilmədikdə 2 (iki) gündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğin 1%-i həcmində dəbbə pulu hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit məbləğini Cavabdeh ödəmişdir. Lakin, cavabdeh kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuş və ödəniş etməkdən bilərəkdən yayınmışdır. Onun xx.xx.2023-cü il tarixə iddiaçıya əsas borc üzrə 9000 (doqquz min manat) manat, cərimə borcu üzrə isə 2480 (iki min dörd yüz səksən) manat olmaqla ümumilikdə 11480 (on min dörd yüz səksən ) manat məbləğində borcu yaranmışdır. Cavabdeh əsas borc üzrə 9000 (doqquz min manat) manat, cərimə borcu üzrə isə 2480 (iki min dörd yüz səksən ) manat olmaqla ümumilikdə 11480 (on min dörd yüz səksən ) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 125 (bir yüz iyirmi beş ) manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra "xxxx" BOKT MMC məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində ümumi məbləğ hərflərlə yazılan zaman mexaniki olaraq səhfə yol verilərək “on bir min dörd yüz səksən” manat əvəzinə “on min dörd yüz səksən ” manat kimi qeyd olunduğunu bildirmiş və həmin məbləğin “on bir min dörd yüz səksən” manat kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 04/123-23 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə "xxxx" BOKT MMC arasında 12 ay müddətinə 12000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan "xxxx" BOKT MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh ilə "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən olan "xxxx" BOKT MMC-yə 9000 manat əsas, 2480 manat cərimə borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 9000 manat əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki,xx.xx.2023-cü il tarixli, 04/123-23 nömrəli kredit müqaviləsi üzrə 9000 manat əsas borca münasibətdə cavabdehdən 2480 manat dəbbə (cərimə) pulu borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği xx.xx.2023-cü il tarixli, 04/123-23 nömrəli kredit müqaviləsi üzrə 450 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/123-23 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 9000 manat məbləğində əsas, 450 manat məbləğində cərimə borcu iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən 125 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu onun xeyrinə cavabdeh tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində əsas, 450 (dörd yüz əlli) manat məbləğində cərimə borcu və 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmi 9575 (doqquz min beş yüz yetmiş beş) manat məbləğində pul iddiaçı "xxxx" BOKT MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-803/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-803/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver