Məhkəmə qərarları › İş №e-2(003)-816/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-816/2021

06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-816/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3622,03 manat məbləğində vurulmuş maddi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 3652,03 manat məbləğində zərərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Tahi oğlu 20.09.2020-ci il tarixdə saat 20:05 radəbrində həyat yoldaşı Cavabdeh2 məxsus “BMW 320” minik markal, **-EU-*** dövbt qeydiyyat nişanlı avtomobili, nəqliyyat vastəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən, yol hərəkəti qaydalarını pozaraq İddiaçı ASC-nn mükiyyətində olan “LEXUS ES 250” mik markal (buraxiş ili-2019), **-AH-*** dövbt qeydiyyat nşanlı nəqiyyat vastəsi tə toqquşmuş və nəticədə maddi zərər vurmuşdur. Xəzər Rayon Məhkəməsinin 3(003)- 1352/2020 sayl 23.10.2020-ci il tarixli qərarına əsasən barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ünvanında yerləşən fərdi yaşayş evində yaşayan Cavabdeh1 Tahi oğlu Azərbaycan Respubikasınn İnzbati Xətalar Məcəbsinn 334.3-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsiri bilnib barəsində 800 (səkkiz yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edimişdir. “xxxx” MMC-nin 22.09.2020-ci i tarixli qiymətləndirmə aktına əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC-nin mükiyyətində olan “LEXUS ES 250” minik markalı **-AH-*** dövət qeydiyyat nişanlı nəqliyyat vastəsinə 10174 (on min br yüz yetmiş dörd) manat məbbğində maddi zərər dəymişdir. Qeyd olunan 10174 manat məbləğində maddi zərərin 8622.03 manat nəqlyyat vastəsinn təmir xərcləri və nəqliyyat hissələrinin dəyərini, 1551.97 manat isə ƏDV məməbləği təşkil edir. 25.11.2020-ci il tarixdə Azərbaycan Respubikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən baş vermiş yol nəqiyyat hadisəsi nəticəsində İddiaçı ASC-yə dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənşi ödənimişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsionin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD 665517 nömrəli 12.11.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “LEXUS ES 250” minik markalı **-AH-*** dövət qeydiyyat nişanlı nəqliyyat vastəsi «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarında olan AC 899916 nömrəli 06.03.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ““BMW 320” minik markal, **-EU-*** dövbt qeydiyyat nişanlı nəqliyyat vastəsi X3 mülkiyyətində olmuş və 15.03.2020-ci il tarixli etibarnamə ilə Cavabdeh2 sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin TP ******* nömrəli 20.09.2020-ci il tarixli protokol və qərarından görünür ki, Cavabdeh2 İnizbati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli 3(003)-1352/2020 nömrəli qərarından görünür ki, barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ünvanında yerləşən fərdi yaşayş evində yaşayan Cavabdeh1 Tahi oğlu Azərbaycan Respubikasınn İnzbati Xətalar Məcəbsinn 334.3-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsiri bilnib barəsində 800 (səkkiz yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edimişdir. İş materiallarında olan “xxxx” MMC-nin 22.09.2020-ci i tarixli qiymətləndirmə aktından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC-nin mükiyyətində olan “LEXUS ES 250” minik markalı **-AH-*** dövət qeydiyyat nişanlı nəqliyyat vastəsinə 8622,03 manat zərər, ƏDV 1551,97 manat olmaqla cəmi 10174 (on min br yüz yetmiş dörd) manat məbbğində maddi zərər dəymişdir. İş materiallarında olan 25.11.2020-ci il tarixli mədaxil orderindən görünür ki, tarixdə Azərbaycan Respubikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən baş vermiş yol nəqiyyat hadisəsi nəticəsində İddiaçı ASC-yə dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənimişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhəkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 20.09.2020-ci il tarixdə saat 20:05 radələrində həyat yoldaşı Cavabdeh2 məxsus “BMW 320” minik markalı, **- EU-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən, yol hərəkəti qaydalarını pozaraq X2 məxsus "Toyota Lexus” minik markalı, **-AH-*** dövlət qeydiyyat nışanlı avtomaşınla toqquşmuş və nəticədə E.Həsənova maddi zərər vurmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “LEXUS ES 250” minik markalı **-AH-*** dövət qeydiyyat nişanlı nəqliyyat vastəsi «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir, “BMW 320” minik markal, **-EU-*** dövbt qeydiyyat nişanlı nəqliyyat vastəsi X3 mülkiyyətində olmuş və 15.03.2020-ci il tarixli etibarnamə ilə Cavabdeh2 sahiblik və istifadəsinə verilmişdir. Törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri Xəzər RPİ-nin TP ******* nömrəli 20.09.2020-ci il tarixli protokol və qərarına əsasən Cavabdeh2 İnizbati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş, Cavabdeh1 Tahi oğlu isə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respubikasınn İnzbati Xətalar Məcəbsinn 334.3-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsiri bilnib barəsində 800 (səkkiz yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edimişdir. Eyni zamanda məhkəmə müəyyən etdi ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC-nin mükiyyətində olan “LEXUS ES 250” minik markalı **-AH-*** dövət qeydiyyat nişanlı nəqliyyat vastəsinə 8622,03 manat zərər, ƏDV 1551,97 manat olmaqla cəmi 10174 (on min br yüz yetmiş dörd) manat məbbğində maddi zərər dəymiş və Azərbaycan Respubikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən baş vermiş yol nəqiyyat hadisəsi nəticəsində İddiaçı ASC-yə dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənşi ödənilmişdir. Göründüyü kimi baş vermiş zərər cavabdehlərin təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş maddi zərər əvəzi olaraq 3622,03 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş 26.11.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, «İddiaçı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3622,03 manat məbləğində (hadisəsi nəticəsində dəymiş maddi zərər) pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar