Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-83/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetlərinə yönəldilməsi və sair tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixli NFPK nömrəli kreditmüqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixdi NFPK ömrəli kredit müqaviləsi üzrə cəmi borcu 17137.59 (on yeddi min yüz otuz yeddi manat 59 qəpik) AZN təşkil dir. Bundan 16846.86 (on altı min səkkiz yüz qırx altı manat 86 qəpik) AZN əsas, 290.24 (iki yüz doxsan manat 4 qəpik) AZN faiz, 0.49 (0 manat 49 qəpik) AZN cərimə və iş üzrə ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət isumunun tutulması — tutmanın ipoteka predmeti “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili 2015,Ban-KL1CD26U9FB033) ** ZL ***dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin atışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi alda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixli NFPK nömrəli kredit müqaviləsinə əsasən “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili-2015,Ban-KL1CD26U9FB033) “avtomobilinin alınması məqsədi ilə cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 16950.00 (on min doqquz yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili-2015,Ban-KL1CD26U9FB033) ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2019-ci il tarixli, sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı kimi hevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili-2015,Ban- KL1CD26U9FB033) ** ZL *** qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi görə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2021-ci il tarixli, **********637 saylı və xx.xx.2021-а il tarixli, **********634 saylı məktublarının xx.xx.2022-ci il tarixli, **********361 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 17137.59 (on yeddi min yüz otuz yeddi manat 59 qəpik) AZN təşkil edir. Bundan 16846.86 (on altı min səkkiz yüz qırx altı manat 86 qəpik) AZN əsas, 290.24 (iki yüz doxsan manat 24 qəpik) AZN faiz, 0.49 (0 manat 49 qəpik) AZN cərimə borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək, iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. “Nərimanov” filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixli NFPK nömrəli kredit müqaviləsinə əsasən “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili-2015,Ban-KL1CD26U9FB033) “avtomobilinin alınması məqsədi ilə cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 16950.00 (on min doqquz yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili-2015,Ban-KL1CD26U9FB033) ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2019-ci il tarixli, sonrakı ipoteka müqaviləsi bağlanmışdı İş materiallarında olan xx.xx.2019-cu il tarixli NFPK saylı kredit müqaviləsibdən görünür ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə kredit alan Cavabdeh arasında Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili-2015,Ban-KL1CD26U9FB033) “avtomobilinin alınması məqsədi ilə cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 16950.00 (on min doqquz yüz əlli) manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili-2015,Ban-KL1CD26U9FB033) ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinin 3.2ci müqaviləsinə əsasən "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 30000 (otuz min) manat, likvid dəyəri isə 28000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 134407 nömrəli çıxarışın surətindən görünür ki, Chevrolet Captiva” minik markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh xüsusi mülkiyyətindədir və AtaBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, bank ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması ilə bağlı ərizə ilə müraciət etdilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh AtaBank ASC-yə 29 avqust 2019-cu il tarixli 081NFPK saylı Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 16846.86 manat əsas, 290.24 manat faiz, 0.49 manat cərimə borcu olmaqla, ümumilkdə 17137.59 manatdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 10 yanvar 2023-cü il tarixli 9/8432 saylı ekspert rəyindən görünür ki, “Chevrolet Captiva” markalı, 2015-ci il buraxılışlı avtomobilin ekspertiza tədqiqatına təqdim edilmədiyini nəzərə alaraq, baxış keçirilmədən faktiki olaraq avtomobilin istismar nəticəsində hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. İstismarda olan avtomobilin qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq müəyyən edilir. Malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nətiləsində təşəkkül tapan qiymət deməkdər. Malın (işin,xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsdiq olunarkən malın (işin,xidmətin) bazar qiymətləri və birca kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq mərumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Az turbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən qərarda göstərilən “Chevrolet Captiva” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 23000,0 manat, likvid qiyməti 22000,0 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********637 saylı və xx.xx.2021-а il tarixli, **********634 saylı məktublarının xx.xx.2022-ci il tarixli, **********361 saylı "xxxx"nın surətlərindən görünür ki, AtaBank ASC tərəfindən Cavabdeh borcunun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçının iddia tələbinin 29 avqust 2019-ci il tarixli NFPK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixdi NFPK ömrəli kredit müqaviləsi üzrə cəmi borcu 17137.59 (on yeddi min yüz otuz yeddi manat 59 qəpik) AZN təşkil dir. Bundan 16846.86 (on altı min səkkiz yüz qırx altı manat 86 qəpik) AZN əsas, 290.24 (iki yüz doxsan manat 4 qəpik) AZN faiz, 0.49 (0 manat 49 qəpik) AZN cərimə və iş üzrə ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət isumunun tutulması — tutmanın ipoteka predmeti “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili 2015,Ban-KL1CD26U9FB033) ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin atışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi alda, qalan borc məbləğinin Cavabdeh tutulması hissəsinə də münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarınada qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi–maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM–in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, məhkəm hesab edir ki, kreditor hazırkı mülki iş üzrə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə-tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin LPO İddiaçı ASC-yə ödənilməsi, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Chevrolet Captiva” minik markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-yə olan borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı- əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınar əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınar əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı (rəyi) əsasında məhkəmə tərəfindən 22000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixli NFPK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməli, Cavabdeh arasında bağlanmış 29 avqust 2019-ci il tarixdi NFPK nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 17137.59 (on yeddi min yüz otuz yeddi manat 59 qəpik) AZN təşkil dir. Bundan 16846.86 (on altı min səkkiz yüz qırx altı manat 86 qəpik) AZN əsas, 290.24 (iki yüz doxsan manat 4 qəpik) AZN faiz, 0.49 (0 manat 49 qəpik) AZN cərimə və iş üzrə ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun tutulması — tutmanın ipoteka predmeti “Chevrolet Captiva” minik markalı (Tip:cip, Buraxılış ili 2015,Ban- KL1CD26U9FB033) ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobilin açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməli və ipoteka predmetinin atışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 142 manat dövlət rüsumu Cavabdeh alınaraq LPO İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinə və xx.xx.2015-cü il tarixli 138084- CNS-13237 saylı kredit müqaviləsinin 01 razılaşmasına əsasən xx.xx.2020-ci il tarixinə Banka borclu olduğu 7153,40 manat məbləğində əsas borc, 723,52 manat məbləğində faiz borcu, 196,72 manat məbləğində xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 5% hesabı ilə faiz borcu, 24 manat məbləğində cərimə borcu, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 8157,64 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin, Tələb ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 45000 (qırx beş min) manat məbləğində müəyyən olunmaqla açıq hərracdan satılsın, həmin yaşayış sahələrinə tutma yönəldildikdə o, satıldıqdan sonra, cavabdeh X6 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılsın və həmin yaşayış sahəsi boşaldılsın, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdehnun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin, borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ Cavabdeh qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-83/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-83/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver