Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-834/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 iyun 2019-cu il tariхli, 106804-727203\1 nömrəli kredit müqaviləsi üzrə 505.05 manat əsas borc və 5.2 manat faiz borcu olmaqla, cəmi 510.25 manat və 11 sentyabr 2019-cu il tariхli, 106893-PC********** nömrəli kredit müqaviləsi üzrə 499.48 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 499.48 manat, iki kredit müqaviləsi üzrə ümumilikdə 1009.73 (bir min doqquz manat, yetmiş üç qəpik) manat və 30.50 (otuz manat, əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 28 iyun 2019-cu il tariхli, 106804-727203\1 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 2000 (iki min) manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC ilə X3 arasında bağlanmış 11 sentyabr 2019-cu il tariхli, 106893-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində krеdit xətti ayrılmışdır. X3 20 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrə əsasən Cavabdeh miras əmlak olan --- "xxxx" ASC-də 4091.02 AZN əmanətdən və "xxxx" ASC-də 5000 manat sığorta ödənişindən tam hissədə pay almışdır. Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 22 noyabr 2023-cü il tarixinə 28 iyun 2019-cu il tariхli, 106804-727203\1 nömrəli kredit müqaviləsi üzrə 505.05 manat əsas borc və 5.2 manat faiz borcu olmaqla,cəmi 510.25 (beş yüz on manat iyirmi beş qəpik) məbləğində kredit bоrcu yaranmışdır. 22 noyabr 2023cü il tarixinə 11 sentyabr 2019-cu il tariхli, 106893-PC********** nömrəli kredit müqaviləsi üzrə 499.48 manat əsas borc və 0 manat faiz borcu olmaqla,cəmi 499.48 (dörd yüz doxsan doqquz manat qırx səkkiz qəpik) məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır . Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 iyun 2019-cu il tarixli 106804-727203\1 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə X3 arasında 18 ay müddətinə illik 23% ödəmək şərtilə 2000 manat kreditin verilməsi barədə bağlanmışdır. İş materiallarında olan 11 sentyabr 2019-cu il tarixli 106893-PC********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə X3 arasında 36 ay müddətinə illik 0% ödəmək şərtilə 500 manat kredit xəttinin ayrılması barədə imzalanmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, X1 xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 28 iyun 2019-cu il tarixli müqavilə üzrə 505.05 manat əsas, 5.2 manat faiz borcu olmaqla cəmi 510.25 manat borcu, 11 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 499.48 manat əsas, 0 manat faiz borcu olmaqla cəmi 499.48 manat borcu mövcuddur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 20 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən görünür ki, X1 vərəsəsi kimi Cavabdeh tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC borclunun varisi Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun 5 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materialları ilə müəyyən edilir ki, kreditalanın varisi kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq, məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-cimaddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasənVərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi, qanunvericiliyə əsasən vərəsə borcunun kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28 iyun 2019cu il tarixli müqavilə üzrə 505.05 manat əsas, 5.2 manat faiz borcu olmaqla cəmi 510.25 manat borcu, 11 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 499.48 manat əsas, 0 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 1009.73 manat borcun, həmçinin ödənilmiş 30.50 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 28 iyun 2019-cu il tarixli müqavilə üzrə 505.05 manat əsas, 5.2 manat faiz borcu olmaqla cəmi 510.25 manat borcu, 11 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 499.48 manat əsas, 0 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 1009.73 ( bir min doqquz manat yetmiş üç qəpik) manat borc, həmçinin ödənilmiş 30.50 ( otuz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-834/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-834/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver