Məhkəmə qərarları › İş №e-2(003)-836/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-836/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-836/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 5173,10 manat dəymiş ziyanın, 819,60 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 83,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 65 manat vəkil xərcinin cavabdehdən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 03-865 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00050 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 2138,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 532,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 264,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 154,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 167,30 manat İddiaçı İB-yə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 5173,10 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Nəticədə cavabdehin təbii qazdan istifadə nəticəsində 2020-ci ilin aprel ayından (529,30 manat) 2021-ci ilin sentyabr ayı da daxil olmaqla (620,30 manat) 1149,60 manat təbii qazdan istifadə etmiş, cəmi 330 manat ödəniş etmiş, nəticədə 819,60 manat debitor borcu yaranmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 6093,10 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın 819,60 manat borca aid hissədə təmin edilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək ona məxsus **********00050 saylı abonent hesabına hesablanmış 5173,10 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB tərəfindən ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək 5173,10 manat dəymiş ziyanın, 819,60 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 83,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ilkin iddia qismən əsassızdır. Belə ki, İddiaçı İB tərəfindən tələb olunan 5173,10 manat dəymiş ziyan şişirdilmiş məbləğdir. Onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə yol verilməmişdir. İddiaçı İB tərəfindən 5 dəfə 2018-ci ildə, 12 dəfə 2019-cu ildə, yəni 2019-cu ilin hər ayında, yanvar ayından başlayaraq dekabr ayına qədər, 3 dəfə 2020-ci ilin yanvar, fevral, mart aylarında akt tərtib edilmişdir. Hər aktda da müxtəlif məbləğlərdə dəymiş ziyan hesablanmış və kənar xəttin ləğv olunduğu göstərilmişdir. İddiaçı İB tərəfindən qanunsuz olaraq 2018, 2019, 2020-ci illərdə borc hesablanmış, qanunsuz və əsassız aktlar yazılmışdır. Bundan başqa İddiaçı İB tərəfindən ünvanına verilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, 3857 manat borcu vardır. Halbuki, verilmiş iddia ərizəsində 819,60 manat debitor borcunun olduğu göstərilmişdir. Beləliklə, ona məxsus abonent hesabına əsassız olaraq şişirdilmiş borc hesablanmış və bu barədə ilkin iddia ilə məhkəməyə müraciət edilmişdir. Onun məcburi köçkün olmağı və qaçqın limitinin olduğu nəzərə alınmamışdır. Onun İddiaçı İB-yə ödənilməmiş qalan 819,60 manat borcundan başqa heç bir borcu yoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddianın təmin, ilk iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ilk iddia qismən, qarşılıqlı iddia tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli 03-865 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvan 1 ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə Cavabdeh (abonent kodu **********00050) 2018-2019-cu illər üçün aktlar əsasında 5173,10 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə aktlar üzrə 5173,10 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə 819,60 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 83,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 65 manat vəkil xərcinin cavabdehdən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ilk iddia üzrə cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına yerində baxış keçirilmədən, istehlakçının iştirakı təmin olunmadan İddiaçı İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı ilk iddia üzrə cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi halı müəyyən edilməmiş və ya həmin halların mövcudluğu barədə ilk iddia üzrə iddiaçı tərəfindən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən 5173,10 manat ziyanın hesablanmasına əsas olmuş aktlar iş materiallarında olsa da, ilk iddia üzrə iddiaçı tərəfindən tərtib edilmiş aktlar ilk iddia üzrə cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar İddiaçı İB-nin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin İddiaçı İB tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar İddiaçı İB tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Eyni zamanda məhkəmə araşdırılması zamanı ilk iddia üzrə cavabdehin abonent hesabına 2018-2020-ci illərdə hesablanmış 5173,10 manat borcun nədən ibarət olması, hansı səbəbdən iddiaçıdan tələb olunması barədə sübutlar məhkəməyə təqdim edilməməklə həmin borcun əsaslı olaraq ilk iddia üzrə cavabdehdən tələb edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı ilk iddia üzrə Cavabdeh tələb edilən 5173,10 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. İddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut edə bilmədiyindən, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə tələb edilən hesablanmış zərər də cavabdehdən tutula bilməz. Bundan başqa məhkəmə ilkin iddia tələbinin 819,60 manat debitor borc hissəsi ilə bağlı da qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə Cavabdeh ilkin iddia tələbini 819,60 manat debitor borcun tələb edilməsi hissəsində qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar ilkin iddia üzrə Cavabdeh tərəfindən etiraf edilərək, qismən qəbul edildiyindən, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsi, onun sayğaca qanunsuz qoşulması halları müəyyən edilmədiyindən İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********00050 olan) hesablanmış 5173,10 (beş min yüz yetmiş üç manat on qəpik) manat məbləğində borc silinməlidir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna və iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 65 manat xərcə münasibətdə məhkəmə hesab edir ki, iddianın əsas hissəsi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 65 manat xərc ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə təbii qazdan istifadə nəticəsində yaranmış 819,60 manat məbləğində borc pul tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********00050 olan) hesablanmış 5173,10 (beş min yüz yetmiş üç manat on qəpik) manat məbləğində borc silinsin. İddiaçı tərəfindən ödənilmiş 83,93 manat dövlət rüsumu və iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 65 manat xərc Birliyin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar