Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-852/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021 –ci il tarixli **********82 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə 2099,54 manat pulun, ödənilmiş 41 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 3020 marat məbləğində nağd kredit verilmişdir. Tərəfiə arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin darəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2022-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka odənilməmiş 2099.54 manat məbləğində borcu qalmışdır. Cavabdeh X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında o an ohdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyiri bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında 06.10 2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 2099.54 manat olduğundan, 41 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, X7 onun anasıdır. Anası vəfat etmişdir. O, mirası qəbul etmişdir. Lakin iddia tələbini etiraf etmir, iddianın rədd edilməsini xahiş etdi. İş üzrə iddiaçı tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, BPM**********82 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X7 arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə “Bank” tərəfindən kredit alana 24 ay müddətinə illik 20 % hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, “Bank” tərəfi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş 25 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə X7 vəfat etmişdir. “Elektron Notariat" X6 üzrə axtarış zamanı Bakı 7 saylı notariat öfisindən xx.xx.2022-ci il tarixli 2V-317 reyestrlə Qanun üzrə vərəsəlik şəhadətnaməsi təsdiq edilmişdir və mərhumun oğlu Cavabdeh oglu (xx.xx.1985-cı il təvəllüdlü FİN:xxxxxxx, Ş/V AA ******* xx.xx.2020 Asan 5 qeydiyyat ünvanı-BAKı şəhəri ünvan 1şkar edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 289156 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən və maliyyə arayışından görünür ki, X4 ödənilməmiş əsas borcu 2099,54 manat təşkil edir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-MƏMMƏDOVA HƏCƏRXANİM HƏZRƏTQULU QİZİNİN vərəsələri: BAKİ ŞƏHƏRİ, XƏZƏR RAYONU, ŞÜVƏLAN QƏSƏBƏSİ, MALİGİN KÜÇƏSİ, DALAN 1,EV 1 ünvanında qeydiyyatda olan oğlu MƏMƏDOV TƏRXAN ELXAN OĞLU (AA*******, xx.xx.2020 - Asan 5, FİN:xxxxxxx, xx.xx.1985) və o, miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 245 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən MƏMMƏDOVA HƏCƏRXANİM HƏZRƏTQULU QİZİNİN adına 2043 AZN ( İki min qırx üç manat ) vəsaitdən ibarətdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 2970 manat kredit müqaviləsi üzrə pul verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixli, BPM**********82 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə X7 arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Bank” tərəfindən 24 ay müddətinə illik 20 % hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. X4 ödənilməmiş əsas borcu 2099,54 manat manat təşkil edir. Həmçinin məhkəmə müəyyən etdi ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür və Cavabdeh X4 vərəsəsidir. X3 qalmış mirasa qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmçinin MƏMMƏDOVA HƏCƏRXANİM HƏZRƏTQULU QİZİNİN adına 2043 manat vəsait vardır. Cavabdeh vərəsə olduğunu etiraf etsə də, iddianı etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********82 saylı kredit müqaviləsi üzrə 2043 manat kredit borcu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 41,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 41,40 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2043 manat əsas borc və ödənilmiş 41,40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-852/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-852/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver