Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-926/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 355.85 manat əsas borcun, 44.58 manat faiz borcunun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 841.69 manat əsas borcun, 105.68 manat faiz borcunun, cəmi 1347.80 manat borcun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 33.48 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında Müqaviləyə (1-ci Müqavilə) və xx.xx.2021-ci il tarixli X1 Müqaviləsinə (2-ci Müqavilə) əsasən Cavabdehə 60 ay müddətinə istifadə etmək üçün İddiaçı tərəfindən plastik kartlar verilmişdir. Cavabdeh sözügedən Müqavilələr əsasında ona təqdim edilmiş plastik kart hesablarına sistemdə baş vermiş gecikmələrdən sui istifadə edərək 1-ci Müqavilə üzrə 355.85 manat məbləğində, 2-ci Müqavilə üzrə isə 843.54 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Daha sonra cavabdeh 2-ci müqavilə üzrə borcdan 1.85 manatını ödəmişdir. 1-ci Müqavilə üzrə çıxarılmış vəsaitə 44.58 manat, 2-ci Müqavilə üzrə isə 105.68 manat faiz hesablanmışdır. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş əsassız varlanmanı əks etdirən arayışlardan görünür ki, Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda **********7965703333 nömrəli hesabla 355,85 manat və 843,54 manat məxaric edilmişdir. 355,85 manat üçün 44,58 manat, 843,54 manat borc üçün 105,68 manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-ci maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 954.1-ci maddəsinə əsasən Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmədə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında Müqaviləyə və xx.xx.2021-ci il tarixli X1 Müqaviləsinə (2-ci Müqavilə) əsasən cavabdehə 60 ay müddətinə istifadə etmək üçün iddiaçı tərəfindən plastik kartlar verilmişdir. Cavabdeh sözügedən Müqavilələr əsasında ona təqdim edilmiş plastik kart hesablarına sistemdə baş vermiş gecikmələrdən sui istifadə edərək 1-ci Müqavilə üzrə 355.85 manat məbləğində, 2-ci Müqavilə üzrə isə 843.54 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Cavabdeh 2-ci müqavilə üzrə borcdan 1.85 manatını ödəmişdir. 1-ci Müqavilə üzrə çıxarılmış vəsaitə 44.58 manat, 2-ci Müqavilə üzrə isə 105.68 manat faiz hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia xx.xx.2020-ci il tarixli müqavilə üzrə 355,85 manat əsas borcun, 44,58 manat faiz borcunun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 841,69 manat əsas borcun, 105,68 manat faiz borcunun Cavabdeh tutulması hissəsində təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən rüsum iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 33,48 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia 33,48 manat məbləğində dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 355,85 manat əsas borcun, 44,58 manat faiz borcunun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 841,69 manat əsas borcun, 105,68 manat faiz borcunun, cəmi 1.347,80 (min üç yüz qırx yeddi manat səksən qəpik) manat borcun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 33,48 (otuz üç manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqı tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-926/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-926/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver