Məhkəmə qərarları › İş №e-2(003)-967/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-967/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-967/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh X2 qanununi nümayəndəsi və cavabdeh Qanuni nümayəndə iştirakı ilə, Hakim Məmmədli Emin İlham oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə) qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə) qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən "xxxx" ASC-nin хеyrinə kredit borcu üzrə banka ödənilməmiş borcu 3568.59 manat məbləğində kredit bоrcunun və ödənilmiş 55.69 manat dövlət rüsumunun habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh Məmmədov Elşən Ramiz oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********156 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 15.9% dərəcəsi ilə hesablanmaqla 6000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqvilə ilə müəyyən edilmiş müddətə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 Ramiz oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Sumqayıt şəhəri 4 saylı Notariat ofisi tərəfindən verilən məluumata əsasən Məmmədov Elşən Ramiz oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış vərəsələr Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, Məmmədov Elşən Ramiz oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu – 3568.59 manat olmaqla , cəmi 3568.59 manat borcu qalmışdır . cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması haqqında ildiriş göndərilsə də xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa hazır ki, mübahisə üzrə iddia qiyməti 3568.59 manat olduğundan. 55.69 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixli iddia tələbinin azaldılması ilə bağlı ərizəsi ilə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə) paylarına nisbətdə İddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə banka ödənilməmiş borcu-3268.59 manat əsas borcu olmaqla cəmi 3268.59 manat məbləğində kredit borcunun və ödənilmiş 55.69 manat dövlət rüsumunun habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Qanuni nümayəndə Cavabdeh2 qanuni nümayəndəsi kimi cəlb edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak etməmş və ərizə ilər müraciət edərək, məhkəmə baxış iclasının nümayəndənin iştirakı olmadan keşirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 qanununi nümayəndəsi və cavabdeh Qanuni nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbinin təmin olunmasına etiraz etmir. Qeyd olunan borcu hissə-hissə ödəyəcəkdir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə X2 qanununi nümayəndəsi və cavabdeh Qanuni nümayəndə izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC xx.xx.2023-cü il tarixli BPM**********156 saylı kredit müqaviləsi əsasında Məmmədov Elşən Ramiz oğlu 24 ay müddətinə, illik 15.9% ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Məmmədov Elşən Ramiz oğlu xx.xx.2023cü il tarixli BPM**********156 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka 3568,59 manat əsas borcu yaranmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Məmmədov Elşən Ramiz oğlu xx.xx.2023cü il tarixli BPM**********156 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka 3268,59 manat əsas borcu yaranmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 395659 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Elşən Ramiz oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023 il tarixdə 436 nömrə ilə qeyd edilmişdir İş materiallarından görünür ki, iddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu,Moskva prospekti, 3168-ci il məhəllə ev 47 mənzil 103, giriş-1 yeni qaydalarla AZ 1012 ünvan 1 ünvanındakı daşınmaz əmlak 4/6 hissə Qanuni nümayəndə 1/6 hissə Cavabdeh1 və 1/6 hissə Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsusdur. İşin materiallarında olan 4 saylı notariat kontoru tərəfindən "xxxx" ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş Məmmədov Elşən Ramiz oğlunun mira əmlakına dair Sumqayıt şəhər 4 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixdə 2V/19 reyestr nömrə ilə vərəsəlik işi açılmış, arvadı Qanuni nümayəndə, oğlu Cavabdeh1 və qızı Cavabdeh2 Məmmədov Elşən Ramiz oğlu vərəsə kimi tanınaraq ona xx.xx.2024-cü il tarixdə 2V/82 reyestr nömrə ilə rəsmiləşdirilimiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Məmmədov Elşən Ramiz oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********156 saylı kredit müqaviləsinə əsasən Məmmədov Elşən Ramiz oğluna şəxsi məqsədlər üçün 24 ay müddətinə, illik 15.9% ödəmək şərtilə 6000 manat kredit verilmişdir. Lakin borclu şəxs Məmmədov Elşən Ramiz oğlu öz üzərinə götürdüyü kredit öhdəliyini icra etməmiş və nəticədə mərhumun kredit müqaviləsi üzrə banka 3268,59 manat məbləğində əsas borcu qalmışdır. X5 Ramiz oğlu xx.xx.2023-ci il tarixdə vəfat etmiş və arvadı Qanuni nümayəndə, oğlu Cavabdeh1 və qızı Cavabdeh2 vəfat etmiş şəxsin qanun üzrə vərəsələri müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Məmmədov Elşən Ramiz oğlunun arvadı Qanuni nümayəndə, oğlu Cavabdeh1 və qızı Cavabdeh2 Məmmədov Elşən Ramiz oğlunun qanun üzrə vərəsəsi qismində tanınmışlar. Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 Məmmədov Elşən Ramiz oğlundan qalmış əmlakı miras kimi qəbul etmişdir. Məmmədov Elşən Ramiz oğlunun arvadı Qanuni nümayəndə 4/6 hissədə, oğlu Cavabdeh1 1/6 hissədə və qızı Cavabdeh2 1/6 hissədə Məmmədov Elşən Ramiz oğlu öldüyü zaman onun mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu,Moskva prospekti, 3168-ci il məhəllə ev 47 mənzil 103, giriş-1 (yeni qaydalarla AZ 1012 ünvan 1) ünvanında yerləşən mənzilə vərəslik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Məmmədov Elşən Ramiz oğlundan mira qalmış Bakı şəhəri, Yasamal rayonu,Moskva prospekti, 3168-ci il məhəllə ev 47 mənzil 103, giriş-1 yeni qaydalarla AZ 1012 ünvan 1 ünvanına pylarına uyğun mülkiyyət hüququ əldə etdiklərindən iddia tələbi üzrə 3268,59 manat pul onun vərəsələri arvadı Qanuni nümayəndə, oğlu Cavabdeh1 və qızı Cavabdeh2 paylarına nisbətdə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Məmmədov Elşən Ramiz oğlu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məmmədov Elşən Ramiz oğlu öldüyündən, Qanuni nümayəndə. Cavabdeh1 və Cavabdeh2 onun vərəsələri olduqlarından və Məmmədov Elşən Ramiz oğlundan miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiklərindən bununla da, Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 paylarına uyğun olaraq tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, Məmmədov Elşən Ramiz oğlunun mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu,Moskva prospekti, 3168-ci il məhəllə ev 47 mənzil 103, giriş-1 (yeni qaydalarla AZ 1012 ünvan 1) ünvanında yerləşən mənzilə vərəsələri kiimi arvadı Qanuni nümayəndə 4/6 hissədə, oğlu Cavabdeh1 1/6 hissədə və qızı Cavabdeh2 1/6 hissədə pay əldə etdiyinin tələb olunan 3268,59 manat pulun 4/6 hissəsi Qanuni nümayəndə, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi X1 tutulmalıdır. Məhkəmə həmçinin iddianın 55,69 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Qanuni nümayəndən, Cavabdeh1 və Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Qanuni nümayəndə 2179,07 manat, Cavabdeh1 544,76 manat və Cavabdeh2 544,76 manat və 55,69 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-nə ödəniliməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Qanuni nümayəndə 2179,07 manat, Cavabdeh1 544,76 manat və Cavabdeh2 544,76 manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 55,69 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar