Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-970/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı 28.10.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 05.01.2022-ci il tarixinə yaranmış 153,7 manat əsas borc, 23 manat cərimə, ********* saylı 28.10.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 55,7 manat əsas, 8,3 manat cərimə, ********* saylı 06.01.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 340,9 manat əsas, 51,1 manat cərimə, ümumilikdə 632,7 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrnə əsasən, cavabdeh aldığı “Samsung A315” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 630,78 manat, 28.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Mi” markalı xarici akkumlyatora və “Baseus” qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 13 manat olmaqla cəmi 147,2 manat, 06.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Apple” markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla cəmi 475,9 manat, ümumilikdə üç müqavilə üzrə 1253,88 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh hər üç müqavilə şərtlərini pozaraq, qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən borun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi təmin edilmədir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.10.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 630,78 manat məbləğində “Samsung A315” markalı mobil telefon Cavabdeh nisyə satılmış və cavabdeh 0,50 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 53 manat, 28.10.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 147,2 manat məbləğində “X1” “Baseus” qulaqcıq Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 13 manat, 06.01.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 475,9 manat məbləğində “Apple” qulaqcıq Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 27 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.01.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin 28.10.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 153,7 manat əsas və 230 manat cərimə, 28.10.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 55,7 manat əsas və 83 manat cərimə, 06.01.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 340,9 manat əsas və 511 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materiallar ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş və onun iddia tələbində qeyd olunan əsas və cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28.10.2020ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 153,7 manat borc, 23 manat cərimə, 28.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə ödənilməmiş 55,7 manati, 8,3 manat cərimə, 06.01.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 340,9 manat əsas və 51,1 manat cərimə olmaqla ümumilikdə 632,7 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 153,7 manat borc, 23 manat cərimə, 28.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 55,7 manati, 8,3 manat cərimə, 06.01.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 340,9 manat əsas və 51,1 manat cərimə olmaqla ümumilikdə 632,7 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-970/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-970/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver