Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-979/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1507 manat maddi ziyan, 37 manat məbləğində dövlət rüsumu, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, ümumilikdə 1644 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli MAS-1886 saylı “X1” əsasında lizinqə verilmiş “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD745806 seriyalı, 2019-cu il buraxılışlı, Ban: №XWBTF69V9LA017810, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, cavabdeh 13 noyabr 2021-ci il tarixdə icarə haqqını ödəyə bilmədiyini deyərək avtomobili təhvil vermiş və o, həmin vaxt avtomobildə nasazlıqlar olduğunu aşkarlamışdır. Həmin vaxt avtomobil təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomobilin təmir-bərpası üçün 1507 manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomobilə 1507 manat zərər dəymişdir. Lakin cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin tərtibində texniki səhvə yol verilərək avotmobilin seriya nömrəsinin “90” kimi qeyd etdiyini bildirmiş və avotmobilin dövlət qeydiyyat nişanının seriya nömrəsini “99” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq müqaviləsi əsasında iddiaçının istifadəsində və sahibliyində olmuş və həmin avtomobil iddiaçı tərəfindən icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmişdir. Həmin avtomobil cavabdeh istifadəsində olan vaxtı onun tərəfindən ziyan vurulmuşdur. Vurulmuş ziyan cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bildirmişdir ki, avtomobilə dəymiş ziyan iddiaçı tərəfindən aradan qaldırılmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona verilmiş avtomobilə onun tərəfindən ziyan vurulmuşdur. Lakin dəymiş ziyanın tələb olunan məbləğlə razı deyil. İş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmiş 1459 manat məbləğində ziyanla razıdır. Lakin bildirmişdir ki, həmin məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Ona görə də həmin məbləğinin ondan hissə-hissə tutulmaqla qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MAS-1886 nömrəli X1nin və həmin müqaviləyə 1 nömrəli əlavənin surətlərindən görünür ki, həmin müqavilə, "xxxx" MMC (lizinq verən) tərəfindən İddiaçı (lizinq alana) “Ravon R3” minik markalı, ban XWBTF69V9LA017810, ağ rəngli avtomobilinin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürməsi haqqında bağlanmışdır. Həmçinin həmin müqavilənin 4.1.1, 4.1.3, 4.1.5 bəndlərinə əsasən həmin müqavilə ilə lizinq alanın (İddiaçı) lizinq müqaviləsi ilə nəzərdə tutulan şərtlərə riayət edərək, lizinq obyektindən sahiblik və istifadə etmək, lizinq müqaviləsi üzrə hüquq və vəzifələrini üçüncü şəxslərə vermək, lizinq obyektini sublizinqə və ya kirayəyə vermək kimi hüquqlarının olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmadan görünür ki, lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda lizinq alan 24 saat müddətində lizinq obyektim sığorlalayan Sığorta şirkətinə məlumatlandırmağı öhdəsinə götürmüş, qeyd olunan öhdəlik lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 54 nömrəli xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, həmin icarə müqaviləsi “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil 60 ay müddətinə gündəlik 20 manat plan verməklə Cavabdeh icarəsinə verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarına olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə "xxxx" MMC tərəfindən verilir Cavabdeh ondan ötrü ki, AZƏRMAŞ” MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli X1 lizinqə verilmiş “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil yalnız Azərbaycan Respublikası ərazisində idar edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarlıdır. İş materiallarına olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə "xxxx" MMC tərəfindən verilir Cavabdeh ondan ötrü ki, AZƏRMAŞ” MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli X1 lizinqə verilmiş “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil yalnız Azərbaycan Respublikası ərazisində idar edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarlıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 07:15 radələrində “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “RS” servisin həyətinə gətirmiş, heç bir sənədləşmə aparmadan açarları üstündə saxlayaraq getmişdir. Həmin avtomobilə baxış keçirilən zaman sol ön qanadına, qapısına, sol qapı güzgüsünə, sol ön qapısının petləsinə ziyan dəydiyi aşkar edilmişdir. İş materiallarında olan “RS” avtoservisin dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avotmobilin təmir-bərpa işləri üçün 1507 manat xərc hesablanmışdır. İş materiallarında olan cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən avtomobilə dəymiş 1507 manat ziyan cavabdehdən tələb olunmuş, ödənilməyəcəyi təqdirdə bununla bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə verilmiş və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekpertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3451 nömrəli ekspert rəyindən görünür ki, “RS” avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1459 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat ödənilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində pul 14 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, İddiaçı, lizinq müqaviləsi əsasında sahiblik və istifadəsində olan “Ravon Nexia R3” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avotmobili, icarəyə vermək hüquq olmaqla (lizinq müqaviləsinə əsasən) Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh, həmin avtomobilə istifadə etdiyi müddətdə zərər vurmuşdur. Avtomobilə dəymiş zərər iddiaçının vəsaiti hesabına aradan qaldırılmış, iş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, avtomobilin təmir-bərpa xərci 1459 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən avtomobilə zərərin vurulması işin mübahisəsiz halından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-7.1-ci maddəin əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd olunan qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı, sahiblik və istifadəsində olan avtomobili, icarə müqaviləsi əsasında iş üzrə cavabdehin istifadəsinə vermiş, cavabdeh isə həmin avtomobili istifadə etdiyi müddətdə zərər vurmaqla (bu hal işin mübahisəsis halıdır) iddiaçıya qaytardığından, iddiaçı avtomobilə dəymiş zərərin əvəzinin (təmir-bərpa xərclərinin) tələb etməkdə haqlıdır. İş üzrə keçirilmiş ekspert tədqiqatı ilə mübahisə predmetinə daxil olan avtomobilin təmir-bərpa xərclərinin 1459 manat müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin məbləğdə pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin hüquqi yardımla bağlı ödənilən 100 manatın cavabdehdən tutulması hissəsinə də qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 37 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat da cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1459 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat və dövlət rüsumuna görə ödənilmiş 37 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat da cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1459 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat və dövlət rüsumuna görə ödənilmiş 37 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-979/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-979/2022
15.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver