Məhkəmə qərarları › İş №e-2(003)-992/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-992/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-992/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, 01 saylı borc müqaviləsi üzrə 6100 manat əsas borcun, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 800 manat faiz borcunun, hüquqi xidmətə görə ödənilmiş 300 manat haqqın, 92 manat dövlət rüsumunun əvəzinin, cəmi 7292 manat pul vəsaitininin Cavabdeh tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı ilə borc müqaviləsi mövcuddur. Borc müqaviləsinə əsasən cavabdeh iddiaçıya 6100 manat pul vəsaitini xx.xx.2021-ci il tarixənədək qaytarmağı öz öhdəsinə götürmüş, lakin bunu etməmişdir. Cavabdeh borcun ödənilməsini iki ildən artıq müdətə gecikdirmişdir. Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq onun cavabdehdən 800 manat tələb etmək hüququ yaranmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-16(003)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan mülki iş mahiyyəti üzrə baxılıb mübahisə həll edilənədək Cavabdeh məxsus “SSANG YONG REXTON” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə bütün məhkəmə iclaslarında iddia tərəfinin iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 02 aprel 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, 02 aprel 2021-ci il tarixdə İddiaçı Cavabdeh 6100 manat məbləğində faizsiz borc vermişdir. Cavabdeh həmin borc məbləğini almışdır. Cavabdeh 6100 manat pulu 02.06 2021-ci il tarixədək qaytarmağı, borcun qaytarılması üzrə gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulu ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh 6100 manat məbləğində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirmişdir. X2 xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə borc müqaviləsinə əsasən 6100 manat pul almışdır. Cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qalan borc məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi ödənilməmiş 6100 manat borcun ödənilməsi hissəsində əsaslıdır. Ona görə də iddia tələbi 6100 manat borcun ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə İddiaçı Cavabdeh qarşı iddia tələbinin 800 manat hissəsində qeyd edir ki, cavabdeh borc məbləğini ödəməkdə çətinlik çəkdiyi üçün 800 manat cərimə məbləği cavabdeh üçün yüksək məbləğdir. Ona görə də iddia tələbi 800 manat cərimə məbləğinin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 300 manat haqqın ödənilməsi hissənə münasibət bildirərək hesab edir ki, hüquqi xidmətə görə 300 manat haqqın ödənilməsi iş materialları ilə təsdiq edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 92 manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6100 manat mələğində borc pul və dövlət rüsumu üçün ödənilmiş 92 manat alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməli, mülki iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbiri qətnamənin icrasına qədər öz qüvvəsini saxlamalı, qətnamənin icrasından sonra tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6100 (altı min yüz) manat mələğində borc pul və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-16(003)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh məxsus “SSANG YONG REXTON” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs qətnamənin icrasına qədər öz qüvvəsini saxlasın. Qətnamə icra olunduqdan sonra Cavabdeh məxsus “SSANG YONG REXTON” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar