Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1005/2023 28.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh 4760 manat əsas borc, 1000 manat faiz borcu və 100 manat dövlət rüsumu, cəmi 5860 manat məbləğində pul vəsaitinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh xx.xx.2020-ci il tarixli, AERK4610429 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 8480 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 4760 manat borcu qalıb. Odur ki, borcludan 4760 manat əsas borc, 1000 manat faiz borcu və 100 manat dövlət rüsumu, cəmi 5860 manat məbləğində pul vəsaitinin alınaraq kreditora ödənilməsi barədə məhkəmə əmri çıxarıİması zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1005/2023 saylı məhkəmə əmrinə əsasən xx.xx.1985-c il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh 4760 manat əsas borc, 1000 manat faiz borcu və 100 manat dövlət rüsumu, cəmi 5860 (beş min səkkiz yüz altmış) manat pul tutularaq, kreditor "xxxx" MMC-nin hesabına ödənilməsi əmr edilmişdir. Daha sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəmə əmrinə etiraz edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1005/2023 saylı məhkəmə əmrinin ləğv olunaraq iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1005/2023 saylı qərardadı ilə Cavabdeh etirazı təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1005/2023 saylı məhkəmə əmrinin ləğv edilməsi və mülki iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC-in nümayəndəsi ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il saat 11:45-ə təyin edilmiş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci, 385.1, 386.1-ci, 1096.1-1096.2-ci, 1097.1-ci maddələrinin tələblərini rəhbər tutataraq, müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli borc müqaviləsinə əsasən Cavabdeh 8480 manat dəyərində olan mebeli “Mondi” mebel mağazasından 920 manat ödəniş etməklə 18 ay müddətinə hər ay 420 manat ödəniş etmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 4760 manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələb təmin edilməli, Cavabdeh 4.760 manat məbləğində əsas borc, müqavilə üzrə hesablanmış 1.000 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5860 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.760 manat məbləğində əsas borc, müqavilə üzrə hesablanmış 1.000 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5860 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1005/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1005/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver