Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1019/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Nəsirzadə Şərəbanı Ədalət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 129 manat abunə haqqı qismində vurulmuş maddi zərər və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 159,40 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. 22 saylı MKİS tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 33 saylı evin 2 nömrəli mənzili qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1995-ci il tarixdən cavabdehə məxsusdur. xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Məmmədli Fərhad ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan xx.xx.2011-ci il tarixdə iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci ilədək son ödənişi etmiş və xx.xx.2012-ci ildə 14.10 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra, xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0740 KA saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Akt tərtib edilən zaman mənzil sakininə baxış keçirilməsi üçün şərait yaradılması təklif edilmiş lakin sonuncu buna şərait yaratmamışdır. Akt tərtib edildikdən sonra mənzilin qapısına qoyulmuşdur. Bundan sonra ikinci dəfə xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0494 L saylı akt tərtib olunmuşdur. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilin iddiaçıya məxsus şəbəkədən ayrıldığı xx.xx.2012-ci ildən, qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu xx.xx.2013-cü ilədək olan müddət 430 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə ümumilikdə 129 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə faktiki yaşadığı ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmiş məktub qəbul edilmişdir. Həmçinin cavabdehə qeydiyyatda olduğu ünvana pretenziya məktubu göndərilmiş, məktub geri qayıtmışdır. İddiaçı MMC-in nümayəndəsi ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il saat 10:30a təyin edilmiş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci, 385.1, 386.1-ci, 1096.1-1096.2-ci, 1097.1-ci maddələrinin tələblərini rəhbər tutataraq, müəyyən etdi ki, 22 saylı MKİS tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 33 saylı evin 2 nömrəli mənzili qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1995-ci il tarixdən Cavabdeh məxsusdur. İş materiallarına əlavə edilmiş 0740 KA saylı, xx.xx.2013-cü il tarixli Akta əsasən “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən ünvan 2 ünvanında kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Habelə, iş materiallarındakı arayışlardan görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan Məmmədli Fərhad arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2011-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub, xx.xx.2012-ci il tarixinədək son ödəməsini edib və xx.xx.2012-ci il tarixdə 14,10 manat borcla şəbəkədən ayrılmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, ”AG Telekom” MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 129 manat abunə haqqı qismində vurulmuş zərər və 30,40 manat dövlət rüsumu, cəmi 159,40 manat məbləğində pul cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 129 manat abunə haqqı qismində vurulmuş maddi zərər və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 159,40 (bir yüz əlli doqquz) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1019/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1019/2023
15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver