Məhkəmə qərarları › İş №e-2(004)-1035/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1035/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1035/2025 05.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı Mövludoviçin iştirakı ilə, İddiaçı Mövludoviçin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mövludoviç Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində borc pulun və tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun, cəmi 2545 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Cavabdeh yaxın tanışı olduğuna görə ona Bakı şəhəri “28 May” metrostansiyasının yaxınlığındakı çayxanada 2500 manat məbləğində borc pul vermiş, o, həmin pulu saymış, düzlüyünü təsdiq edib almış və 2 ay müddətinə həmin pulu qaytarmağa söz vermişdi. Cavabdeh qeyd etdiyi tarixdə və ünvanda 2500 manat məbləğində ondan borc pul alması ilə əlaqədar öz xətti ilə qəbz yazmış və həmin qəbzi hər ikisi imzalamışlar. Lakin 4 ay keçməsinə baxmayaraq cavabdeh 2500 manat məbləğində borc pulu ona qaytarmır, müxtəlif bəhanələrlə həmin pulu vermir, vaxtı uzadır, bir sözlə, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. İşə məhkəmədə baxılan zaman İddiaçı Mövludoviç 16 yanvar 2025-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə verərək, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pulun və ödənilmiş 55 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Mövludoviç iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Mövludoviç ilə Cavabdeh arasında sadə yazılı formada bağlanmış və öz imzaları ilə təsdiq edilmiş 15 iyun 2024-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh Bakı şəhəri “28 May” metrostansiyasının yaxınlığındakı çayxanada İddiaçı Mövludoviçdən 2500 manat pul almış və 2 ay müddətində borcu qaytaracağını qeyd etmişdir. - "xxxx" KB ASC-yə məxsus İddiaçı Mövludoviçin kart hesabından çıxarışa əsasən İddiaçı Mövludoviç xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 35 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 70 manat, cəmi 1005 manat Cavabdeh kart hesabına keçirtmişdir. Beləliklə, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi ifadəsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Mövludoviç 15 iyun 2024-cü il tarixdə Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində borca pul vermiş və sonuncu borcu 15 avqust 2024-cü il tarixdə, yəni iki ay ərzində bütöv şəkildə olmaqla borc verən İddiaçı Mövludoviçə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə sadə yazılı formada qəbz yazılmış və qəbzə əsasən Rüstəm iddiaçıdan aldığı 2500 (iki min beş yüz) manat pulu öz imzası ilə təsdiq etmişdir. Daha sonra iddiaçı qalan 1000 (min) manat pulu müxtəlif vaxtlarda Cavabdeh məxsus kart hesabına göndərmişdir. İddiaçı Mövludoviç Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pulun və ödənilmiş 55 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə tərəflər arasında sadə yazılı formada əlyazma (qəbz) bağlanmış, cavabdeh iddiaçıdan 2500 manat məbləğində borc alaraq, qısa müddət ərzində geri qaytarmağı vəd etsə də, bundan başqa müxtəlif vaxtlarda cəmi 1005 manat əlavə borca pul alaraq, bu günə qədər əldə etdiyi pul məbləğini iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə cavabdehin iddiaçıya hal-hazırda 3505 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Bu fakt işin mübahisəsiz halı olmaqla, iş materiallarında olan sübutlarla və iddiaçının izahatı ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti (iddia tələbi həcmində) tutularaq İddiaçı Mövludoviçə ödənilməlidir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Mövludoviçə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Mövludoviçə ödənilsin. Ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Mövludoviçə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar