Məhkəmə qərarları › İş №e-2(004)-1036/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1036/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1036/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştrakı ilə, İddiaçı «Azər-Türk Bank” ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı «Azər-Türk Bank” ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11572.44 ( on bir min beş yüz yetmiş iki Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: manat qırx dörd qəpik) manat əsas, 183.75 (bir yüz səksən üç manat yetmiş beş qəpik) manat faiz, cəmi 11756.19 ( on bir min yeddi yüz əlli altı manat on doqquz qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 125.67 ( yüz iyirmi beş manat altmış yeddi qəpik ) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vahidov Elşad Nizami oğluna şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 12000 (on iki min) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Vahidov Elşad Nizami oğlu arasında xx.xx.2021-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Vahidov Elşad Nizami oğlunun xx.xx.2023-cü il tarixinə əsas borcu 11572.44 ( on bir min beş yüz yetmiş iki manat qırx dörd qəpik ) manat, faiz borcu 183.75 (bir yüz səksən üç manat yetmiş beş qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №196546 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vahidov Elşad Nizami oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdiyimiz məlumata əsasən Vahidov Elşad Nizami oğlunun vəfatından sonra Bakı şəhəri 19 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmışdır və Vahidov Elşad Nizami oğlunun vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə müraciət оlunmasına, tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Vahidov Elşad Nizami oğlunun vərəsəsi Cavabdeh bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyir ki, xx.xx.2021-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 11756.19 ( on bir min yeddi yüz əlli altı manat on doqquz qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı «Azər-Türk Bank” ASC-nin nümayəndəsi Nümayəndə 26 yanvar 2024-cü il tarixdə AZEMİS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, bütün məhkəmə iclaslarını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil Hümsü oğlu iddia tələbini qəbul etməyərək, mərhum Vahidov Elşad Nizami oğlundan hər hansı daşınar və daşınmaz əmlak miras qalmadığını, təxminən 500 manat kartında pul olduğunu və həmin məbləğin onlarda olan məlumata əsasən borca silindiyini bildirdi və bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş «Azər-Türk Bank” ASC-nin “Rəqəmsal” filialı ilə X3 Nizami oğlu arasında bağlanmış 24 aprel 2021-ci il tarixli ******* saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən 24 ay müddətinə illik 16 % dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli, AZ-İİ seriyalı 196546 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vahidov Elşad Nizami oğlu xx.xx.2021-ci il tarixdə “travmatik ikincili və residivləşən qanaxma xəstəliyi” səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 443 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 19 saylı notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 2”V”-239 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Vahidov Elşad Nizami oğlunun vərəsəsi Cavabdehdır və ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 157000/2-3294 nömrəli məktubuna əsasən Bankın Qaradağ rayon filialında qalığı 17,77 manat olan ******************** nömrəli kart və Gənclik filialında qalığı 500,94 manat olan **********2570209118 nömrəli kart hesabındakı məbləğlərdən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Vahidov Elşad Nizami oğlunun 24 aprel 2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 11572,44 manat əsas, 183,75 manat faiz borcu olmaqla, cəmi 11756,19 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan «Azər-Türk Bank” ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə Vahidov Elşad Nizami oğlunun vərəsəsi olaraq 24 aprel 2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə «Azər- Türk Bank” ASC–yə borcu 5 iş günü müddətində ödəməyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 125,27 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, cəmi 125,67 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, «Azər-Türk Bank” ASC ilə Vahidov Elşad Nizami oğlu arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, «Azər-Türk Bank” ASC Vahidov Elşad Nizami oğluna 12000 manat məbləğində pul vəsaitini kredit verməyi, Vahidov Elşad Nizami oğlu isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında göstərilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Vahidov Elşad Nizami oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X3 Nizami oğlunun ölümündən sonra mirası qəbul etmiş vərəsəsi olan cavabdeh miras qoyan, həmçinin kredit müqaviləsi üzrə borclu olan Vahidov Elşad Nizami oğlunun öhdəlikləri üzrə borcluya çevrilmişdir. Cavabdeh miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyan Vahidov Elşad Nizami oğlunun 24 aprel 2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə öhdəliklərinin (müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri) yerinə yetirilməsi üçün kreditor olaraq «Azər-Türk Bank” ASC qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin, borclunun vərəsəsi olaraq cavabdeh ona çatan miras payının həcminə uyğun olaraq kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, miras əmlak 518,71 manat müavinətdən ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ona çatan miras payı həcmində məsuliyyət daşıdığından cavabdehdən kredit müqaviləsi üzrə əsas borc və faiz borcu 518,71 manat miras payı həcmində tutulmalı və həmin məbləğdən 183,75 manat faiz borcuna, qalan 334,96 manat isə əsas borca çıxılmalıdır. Belə ki, Mülki Məcəllənin 432.4-ci maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 334,96 (üç yüz otuz dörd manat doxsan altı qəpik) manat əsas borc, 183,75 (bir yüz səksən üç manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla, cəmi 518,71 (beş yüz on səkkiz manat yetmiş bir qəpik) manat pul tutularaq iddiaçı «Azər-Türk Bank” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 125,67 manat məbləğində dövlət rüsumunun 95,67 manatı iddiaçıya aid edilməli, 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «Azər- Türk Bank” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 334,96 (üç yüz otuz dörd manat doxsan altı qəpik) manat əsas borc, 183,75 (bir yüz səksən üç manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla, cəmi 518,71 (beş yüz on səkkiz manat yetmiş bir qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 95,67 (doxsan beş manat altmış yeddi qəpik) manat iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar