Məhkəmə qərarları › İş №e-2(004)-1041/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1041/2024

23.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1041/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1“KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 66,33 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun ümumilikdə 246,73 manat məbləğində vurulmuş maddi ziyanın, Cavabdeh2 33 manat abunə haqqı qismində yaranmış borcun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Sonradan Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X2 tərəfindən verilmiş köhnə lisenziya UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya iə yenilənmişdir. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İP 1310 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçının şəbəkəsinə qanunsuz qoşulmuş mənzil 2014-cü ildən akt tərtib edilən günə qədər cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 binanın 92 nömrəli mənzildə yaşamış Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdə bu ünvan KATV1-n şəbəkəsinə qoşulmuş, xx.xx.2021-ci il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2021-ci il tarixdə 33 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 8883 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edilən zaman mənzil sakininin iştirakı təmin edilmiş o, KATV1-in xidmətlərindən istifadə edildiyini bildirmiş və akta imza atmaqla aktın surətini qəbul etmişdir. Bundan sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edilir ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi xx.xx.2021-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2021-ci ilədək olan müddət 201 gün təşkil edir. Qeyd edilən 201 günün hər gün üçün 33 qəpik olmaqla 66.33 manat maddi ziyan təşkil edir. Eyni zamanda qeyd edilir ki, mübahisə predmeti olan mənzillə kabel televiziyası xidmətinin göstərilməsi üçün Cavabdeh2 ilə İddiaçı MMC arasında 1512AGT saylı, xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mənzilə kabel televiziyası xidmətlərinin göstərilməsi öhdəliyini, cavabdeh isə həmin xidmətlərin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etsə də cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasından yayınmış ödəməli olduğu aylıq abunə haqqını ödəməmişdir. Odur ki, Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 33 manat borcun tutulması zərurət təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə Cavabdeh1 qeydiyyatda olduğu ünvana pretenziya məktubu göndərilmilş və məktub qəbul edilmidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat cavabdehlər məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Abunəçi Cavabdeh2 Ağakışı qızı ilə operator KATV 1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1512 AGT saylı abunə müqaviləsindən görünür ki, operator tərəfindən abunəçi Cavabdeh2 Ağakışı qızına kabel televiziyası və sürətli internet üzrə xidmətlərin təqdim edilməsi və abunəçi tərəfindən həmin xidmətlərin bu müqavilədə göstərilən müddətdə və qaydada ödənilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 7.1-ci bəndinə görə müqavilə qeyri-müəyyən müddətə bağlanmışdır. xx.xx.2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, operator KATV 1 tərəfindən abunəçi Cavabdeh2 Ağakışı qızının mənzilində avadanlıq - kabel quraşdırılmış, abunəçi tərəfindən xx.xx.2016-cı il tarixdə 7,10 manat xidmət haqqı ödənilmişdir. 22 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh2 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2016-cı il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. Abunəçi xx.xx.2021-ci il tarixinədək son ödəməsini edib, xx.xx.2021-ci il tarixində 33 manat borc ilə şəbəkədən ayrılıb. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilədən görünür ki, Sifarişçi" xidmətlərin göstərilməsi üçün Müqavilənin 3.1.1-ci və 3.1.2-ci bəndində göstərilən işlər üçün qanunsuz qoşulma aşkar olmuş hər ünvana görə məhkəmənin icraatına qəbul edildikdən sonra "İcraçı ya 150 (yüz əlli) manat məbləğində pul ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən "Sifarişçi" xidmətlərin göstərilməsi üçün Müqavilənin 3.1.3-cü bəndində göstərilən işlərə görə "İcraçı'ya 40 (qırx) manat məbləğində pul ödəyir.Müqavilənin 4.3-cü maddəsinə əsasən "Sifarişçi" xidmətlərin göstərilməsi üçün Müqavilənin 3.1.4-cü bəndində göstərilən işlərə görə yığılmış pul vəsaitlərinin 40 (qırx) faizini "İcraçıya” ödəyir. İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 27 dekabr 2021-ci il tarixli 8883 saylı akta əsasən,ünvan 2 ünvanında “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. Akta əlavədən görünür ki, mənzil 92 KATV-nin söndülürmüş abunəçisi olduğu halda KATV-nin şəbəkəsinə qanunsuz qoşulmuşdur. Kabel mənzil yerləşən mərtəbədə şaxtanın içində olan KATV-nin şəbəkəsindən çıxaraq şaxtanın içi ilə mənzilə gedir. Qapını açan cavan oğlan mənzil sakini olduğunu KATV ayırıcısından göstərdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 150 manat İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Satıcı Cavabdeh1, ipteka saxlayan "xxxx" ASC ilə alıcı X1 arasında bağlanılmış 16 may 2020-ci il tarixli, 1310 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX HDQH DƏDR tərəfindən 06 noyabr 2014-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********50-05301-093131 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Alıcı-ipoteka qoyan daşınmaz əmlakı müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanılmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Kreditor-İpoteka saxlayana verir. Kredit illik 4 faiz dərəcəsi ilə, 52500 manat məbləğindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Ağakışı qızı ilə operator KATV 1 arasında xx.xx.2016-cı il tarixli, 1512 AGT saylı abunə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən operator tərəfindən abunəçi Cavabdeh2 kabel televiziyası və sürətli internet üzrə xidmətlərin təqdim edilməli və abunəçi tərəfindən həmin xidmətlərin bu müqavilədə göstərilən müddətdə və qaydada ödənilməlidir. 22 avqust 2023cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixində KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2021-ci il tarixinədək son ödəməsini etmiş və xx.xx.2021-ci il tarixində 33 manat borc ilə şəbəkədən ayrılmışdır. Hazırda iddiaçı yaranmış borcun Cavabdeh2 tutularaq ona ödənilməsini tələb edir. Kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış borcun iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin elektron kabinetinə məhkəmə bildirişinin yerləşdirilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının Cavabdeh2 qarşı iddia tələbi təmin edilməlidir. Cavabdeh1 qarşı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, 27 dekabr 2021ci il tarixli aktın tərtibi zamanı cavabdehin və ya onun ailə üzvünün iştirakı təmin edilməmişdir. Habelə müvafiq aktın sonuncuya təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Aktı tərtib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. 27 dekabr 2021-ci tarixdə tərtib edilməsinə bağmayaraq 2 il ərzində həmin aktla bağlı cavabdehdən pul istənməmiş və 2 ildən sonra həmin akta əsaslanaraq məhkəməyə müraciət olunmuşdur. İddiaçı tərəfindən aktın tərtib edilməsi qaydaları pozulduğuna görə İddiaçı MMC-nin (K@TV1) tərtib etdiyi 27 dekabr 2021-ci il tarixli 8883 saylı akt qüsurlu olmaqla, mötəbər sübut kimi qəbul edilə bilməz və cavabdehdən istifadə etmədiyi televiziya kanallarına görə pul tələb edilməsi üçün yetərli deyildir. Həmçinin, iddiaçı iş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntüyə əsaslandığını bildirsə də, məhkəmə iclasında həmin videogörüntülər izlənilmiş və məlum olmuşdur ki, qaranlıq olduğuna görə həmin videoçəkilişdə heçnə görmək mümkün olmamışdır. Qeyd olunan videogörüntü sübut kimi qiymətləndirilə bilməz. Belə olduğu halda, məhkəmə hesab edir ki, Cavabdeh1 qarşı iddia tələbi kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Çünki, cavabdehin hər hansı bir qanunsuz hərəkətləri (dilekt) nəticəsində iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçının qarşısında müqavilədən irəli gələn öhdəliyi və ya delikt nəticəsində yaranmış hər hansı bir öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 33 (otuz üç) manat abunə haqqı borcu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 33 (otuz üç) manat abunə haqqı borcu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar