Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1057/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı“pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-yə vurulmuş 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan əmək müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə əmək münasibətlərinə daxil olmuş və satış şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən iddiaçı "xxxx" MMC Cavabdehlə tam maddi məsuliyyət və kommersiya sirrinin yayılmaması barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, "Rahat Qarayev 1" marketi mağaza müdiri qismində Cavabdeh tərəfindən təhvil alınmış və təhviltəslim aktı digər 8 (səkkiz) nəfər şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh bildiriş göndərilərək market müdiri və tam maddi məsul şəxs qismində təhvil-təslim işlərinin aparılması üçün xx.xx.2022-ci il tarixdə saat 09:00-da "xxxx" MMC-nin baş ofisinə dəvət olunmuş, lakin, Cavabdeh gəlməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatası Sərbəst X1 tərəfədindən keçirilmiş auditin nəticəsinə dair 57 nömrəli auditor rəyinə əsasən müəyyən olunur ki, mağaza müdiri vəzifəsində işləmiş, maddi məsul şəxs Cavabdeh xx.xx.2022-ci il tarixə öhdəsindəki 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat çatışmazlıq (əskiklik) aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Audit prosedurlarının aparılmasına dair akta əsasən müəyyən olunur ki, mağaza müdiri vəzifəsində işləmiş, maddi məsul şəxs Cavabdeh xx.xx.2022-ci il tarixə öhdəsindəki 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat çatışmazlıqla (əskiklik) əlaqədar vurulmuş zərərlə bağlı müvafiq hərəkətlərin görülməsi təklif edilmiş və sözügedən akt 3 (üç) nəfər fiziki şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 193 nömrəli inventarziyasiya aktından çıxarışa əsasən müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus "Rahat Qarayev-1" supermarketdə öhdəsindəki 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat çatışmazlıq aşkar olunmuşdur. İş materiallarında olan "Rahat Qarayev-1" mağazada əskik gələn malların siyahısı və məbləğinə dair arayışa əsasən mağazada müvafiq dövr üçün əskik gələn malların ümumi siyası müəyyən qeyd edilmiş və məbləğ fərqi (zərər) 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 6626/K nömrəli əmrə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən üzrlü səbəb olmadan işə gəlməməsi və mağazada aparılmış inventarizasiya nəticəsində mağazada çatışmazlıq aşkarlandığından Cəmiyyətə maddi zərər vurulması faktı əsasında Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan bildirişə əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq edilərək pretenziya qaydasına əməl edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1, 203, 205.2 və 296.5-ci maddələri çıxış edir. Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndisə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Beləliklə, iş materiallarından görünür ki, işçi Cavabdeh mağaza müdiri olaraq müqavilə əsasında tam maddi məsuliyyətli şəxs qismində əmək vəzifələrinin icrası ilə bağlı ciddi nöqsanlara yol verərək işəgötürən "xxxx" MMC-yə 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat maddi zərər vurmuşdur. Əmək Məcəlləsinin 201-ci maddəsində nəzərdə tutulmuş, işçi Cavabdeh maddi məsuliyyətinin istisna edən hallar aşkar olunmamışdır. Sözügedən zərər məbləği iş materiallarına əsasən öz təsdiqini tapmışdır. 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat zərər məbləğinin ödənilməsi ilə bağlı "xxxx" MMC tərəfindən Cavabdeh təklif edilsə də, hər hansı nəticə əldə olunmamışdır. Nəticə etibarilə, Əmək Məcəlləsinin 200.1, 203, 205.2 və 296.5-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 185 (yüz səksən beş) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat pul və ödənilmiş 185 (yüz səksən beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat pul və ödənilmiş 185 (yüz səksən beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1057/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1057/2023
26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver