Məhkəmə qərarları › İş №e-2(004)-1057/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1057/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1057/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “işəgötürənə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnın qarşı “işəgötürənə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh işəgötürən İddiaçı MMC-nin əmlakına vurduğu maddi zərərin əvəzi olaraq 20.829,31 manat pul, ödənilmiş 55 manat mediasiya xərci və 103 manat dövlət rüsumu olmaqla, cəmi 20.987,31 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli 486-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 75X saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsi müddətinin qurtarması) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin OBA mağazasında çalışdığı zaman, xx.xx.2022-ci və xx.xx.2023-ci il tarixlərdə inventarizasiya aparılmışdır. Nəticədə Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə 4.602,26 manat əskiklik, xx.xx.2023-ci il tarixdə 18.282,47 manat əskiklik aşkar edilmişdir. Bu barədə müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh sayımın aparılmasında iştirak etmişdir. İltizamnamə yazmaqla sayımla bağlı heç bir etirazı olmadığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi iddiaçı tərəfindən güzəşt edilmişdir. Hazırda Cavabdeh hazırda İddiaçı MMC-yə 20.829,31 manat borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, Cavabdeh işəgötürən İddiaçı MMC-nin əmlakına vurduğu maddi zərərin əvəzi olaraq 20.829,31 manat pul, ödənilmiş 55 manat mediasiya xərci və 103 manat dövlət rüsumu olmaqla, cəmi 20.987,31 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh orada yaşamadığına görə bildirişi təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ1138 nömrəli poçt şöbəsi tərəfindən müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin Cavabdeh “AZEMİS” vasitəsilə ********** nömrəli mobil telefonuna SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilmişdir ki, “X3” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 3 aylıq sınaq müddəti tətbiq etməklə 06 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Həmin vaxtdan etibarən Cavabdeh “X3” MMC-də satıcıkassir vəzifəsinə təyin edilmişdir. Sonradan, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavə edilmiş və Cavabdeh xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-nin Satış Departamentinə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cavabdehnın xx.xx.2020-ci il tarixli yazılı ərizəsi ilə İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 486-K saylı əmri ilə Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin Satış Şöbəsinin administratorunun vəzifələri həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə “Oba-Nizami 2” (kod 785) mağazasında inventarizasiya monitorinqi aparılmışdır. “İnventarizasiya nəticələrinə dair xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh İddiaçı MMC-yə 4.602,26 manat maddi zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “Oba-Nizami 2” (kod 785) mağazasında inventarizasiya monitorinqi aparılmışdır. “İnventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh İddiaçı MMC-yə 18.282,47 manat maddi zərər vurması müəyyən edilmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-ci il tarixində 18.282,47 manat, xx.xx.2022-ci il tarixdə 4.602,26 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh Əli oğlunun qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə xx.xx.2023-cü il tarixə ümumi olaraq 20.829,31 manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli iltizamnamələrə imza etməklə onun işlədiyi İddiaçı MMC-yə məxsus mağazada malların sayılması prosesində iştirak etdiyini və sayımın prosedura uyğun aparıldığını, etirazı olmadığını qeyd etmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 75X nömrəli əmri ilə İddiaçı MMC-nin Satış Departamentinin Satış Şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam verilmişdir. xx.xx.2020-ci il tarixli çıxarışdan müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış “X3” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur (VÖEN **********). Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 200-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göründüyü kimi, işçinin işəgötürənə 20.829,31 manat məbləğində maddi zərər vurması tam sübuta yetirilmişdir. Bu fakt rəsmi sənədlərlə və iddiaçının nümayəndəsinin verdiyi izahatla ilə təsdiq olunur. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X1rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh işəgötürən İddiaçı MMC-yə vurduğu maddi zərərin əvəzi olaraq 20.829,31 manat pul, ödənilmiş 55 manat mediasiya xərci və 103 manat dövlət rüsumu olmaqla, cəmi 20.987,31 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh işəgötürənə vurduğu maddi zərərin əvəzi olaraq 20.829,31 manat pul, ödənilmiş 55 manat mediasiya xərci və 103 manat dövlət rüsumu olmaqla, cəmi 20.987,31 (iyirmi min doqquz yüz səksən yeddi manat otuz bir qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar