Məhkəmə qərarları › İş №e-2(004)-1077/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1077/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1077/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı «X5» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «X5» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə "xxxx" QSC və X3 arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan X2 istehlak yönümlü 300 (üç yüz) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. X3 xx.xx.2023-cü il tarixində vəfat etmiş, vərəsəlik işi açılmış və yeganə vərəsəsi Cavabdehdır. Vərəsəyə müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 vərəsəsi Cavabdeh tərəfindən Bank ilə X3 arasında imzalanmış Qarışıq müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımınca icra edilməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə «X5» Qapalı Səhmdar Cəmiyyətinə 156.86 (yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 19.39 (on doqquz manat otuz doqquz qəpik) manat faiz borcu, 30.75 (otuz manat yetmiş beş qəpik) manat cərimə borcu, 2.00 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər olmaqla ümumilikdə 209 (iki yüz doqquz) manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor «X5» Qapalı Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 156.86 (yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 19.39 (on doqquz manat otuz doqquz qəpik) manat faiz borcu, 30.75 (otuz manat yetmiş beş qəpik) manat cərimə borcu, 2.00 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər olmaqla ümumilikdə 209 (iki yüz doqquz) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz manat) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan «X5» Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən cavabdehə 300 (üç yüz) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. İş materiallarında olan Vərəsəlik işi haqqında məlumata əsasən müəyyən edilir ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmışdır. İş materiallarında olan vərəsəlik işinin surətinə əsasən müəyyən edilir ki, Cavabdeh miras qoyan X1 vərəsəsidir, miras əmlakı 860 manat yardımdan ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, «X5» Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən X1 «X5» Qapalı Səhmdar Cəmiyyətinə 156.86 (yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 19.39 (on doqquz manat otuz doqquz qəpik) manat faiz borcu, 30.75 (otuz manat yetmiş beş qəpik) manat cərimə borcu, 2.00 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər olmaqla ümumilikdə 209 (iki yüz doqquz) manat məbləğində borcu vardır. İş materiallarında olan X5» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində «X5» Qapalı Səhmdar Cəmiyyəti ilə miras qoyan X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq Müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 739 (əsas borca münasibətdə), 741 (faiz borcuna münasibətdə) 462-ci (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə), 1151 və 1306-cı (miras passivinə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Nəticə etibarilə, «X5» Qapalı Səhmdar Cəmiyyəti ilə miras qoyan X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq Müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 739 (əsas borca münasibətdə), 741 (faiz borcuna münasibətdə), 462ci (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə), 1151 və 1306-cı (miras passivinə münasibətdə) maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X1 vərəsəsi Cavabdeh “Borcverən” «X5» Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan”ın vərəsəsi isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli 03106097 nömrəli müqavilə üzrə cərimə pulunu 30,75 manat məbləğində deyil, 5 (beş) manat (əsas öhdəliyin 10%-ə qədər həddində) məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyinəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2015-ci il tarixdə "xxxx" QSC və X3 arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan X2 istehlak yönümlü 300 (üç yüz) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. X3 xx.xx.2023-cü il tarixində vəfat etmiş və vərəsəlik işi açılmışdır. X1 yeganə vərəsəsi Cavabdehdır. Vərəsəyə müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras aktivi 860 manat təşkil etməklə miras passivi qismində hazırki iddia tələbindən yüksək məbləğdə təşkil edir. X1 vərəsəsi Cavabdeh tərəfindən Bank ilə X3 arasında imzalanmış Qarışıq müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımınca icra edilməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə «X5» Qapalı Səhmdar Cəmiyyətinə 156.86 (yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 19.39 (on doqquz manat otuz doqquz qəpik) manat faiz borcu, 5 (beş) manat cərimə borcu, 2.00 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər olmaqla ümumilikdə 183,25 (yüz səksən üç manat iyirmi beş qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 156.86 (yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 19.39 (on doqquz manat otuz doqquz qəpik) manat faiz borcu, 5 (beş) manat cərimə borcu, 2.00 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər olmaqla ümumilikdə 183,25 (yüz səksən üç manat iyirmi beş qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu tutularaq iddiaçı «X5» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «X5» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 156.86 (yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 19.39 (on doqquz manat otuz doqquz qəpik) manat faiz borcu, 5 (beş) manat cərimə borcu, 2.00 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər olmaqla ümumilikdə 183,25 (yüz səksən üç manat iyirmi beş qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu alınaraq iddiaçı «X5» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar