Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1084/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 9567,23 manat əsas, 40,12 manat faiz borcu olmaqla, cəmi 9607,35 manat borcun və ödənilmiş 116,08 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli BPM**********55 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 17 %-lə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, X4 xx.xx.2023-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və ona 2V-141 və 2V-142 reyestr nömrəli qanun üzrə X5 şəhadətnamələr verilmişdir. Şəhadətnamələrdən görünür ki, miras əmlak 6000 manat məbləğində pul vəsaitindən və ünvan 1 ünvanında yerləşən 405 kv.m ümumi sahəsi olan 20 otaqlı fərdi yaşayış evinin X3 məxsus 1/12 hissə payından ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 9567,23 manat əsas, 40,12 manat faiz borcu olmaqla, cəmi 9607,35 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 6-2-22/2-41035/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. İzahatına əlavə olaraq qeyd etmişdir ki, maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********55 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 4 illik 17 %-lə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, borcalan isə bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 394868 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-141 nömrə ilə qeyd edilmiş “Qanun üzrə X5 Şəhadətnamə” görünür ki, X2 vərəsəsi Cavabdeh müəyyən edilmiş və X5 şəhadətnamə ilə verilən miras əmlak "xxxx" ASC-nin 19.012024-cü il tarixli, PHS-**********0 nömrəli məktubuna əsasən X3 münasibətdə Azərbaycan Dövlət Neft şirkəti ilə "xxxx" ASC arasında bağlanmış KHS-000030/23-000 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq mərhumun vərəsəsinə ödəniləcək 6000 sığorta ödənişindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-142 nömrə ilə qeyd edilmiş “Qanun üzrə X5 Şəhadətnamə” görünür ki, X2 vərəsəsi Cavabdeh müəyyən edilmiş və X5 şəhadətnamə ilə verilən miras əmlak ünvan 2 ünvanında istifadədə olan 0.034 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 405 kv.m, yaşayış sahəsi 283,6 kv.m, yardımçı sahəsi 121,4 kv.m olan 20 otaqlı fərdi yaşayış evində paylı mülkiyyət üzrə X3 məxsus 1/12 hissə paydan ibarətdir. İş materiallarında olan "xxxx" ASC-nin X2 vərəsəsi Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda notariat ofisindən verilən məlumata əsasən mirasın qəbul edilməsinə dair Cavabdeh X5 şəhadətnamə verilməsinin müəyyən edilməsi qeyd edilmiş və "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********55 nömrəli kredit müqaviləsinə əsasən mərhum X2 yaranmış borcunun 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********55 nömrəli kredit müqaviləsinə əsasən X2 "xxxx" ASC-yə 9567,23 manat əsas, 40,12 manat faiz borcu olmaqla, cəmi 9607,35 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 116,08 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli BPM**********55 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 17 %-lə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, X4 xx.xx.2023-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və ona 2V-141 və 2V-142 reyestr nömrəli qanun üzrə X5 şəhadətnamələr verilmişdir. Şəhadətnamələrdən görünür ki, miras əmlak 6000 manat məbləğində pul vəsaitindən və ünvan 1 ünvanında yerləşən 405 kv.m ümumi sahəsi olan 20 otaqlı fərdi yaşayış evinin X3 məxsus 1/12 hissə payından ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 9567,23 manat əsas, 40,12 manat faiz borcu olmaqla, cəmi 9607,35 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Hal-hazırda X2 hüquqi varisi Cavabdeh istehlak krediti üzrə Banka 9567,23 manat əsas, 40,12 manat faiz borcu olmaqla, cəmi 9607,35 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, cavabdeh ərindən miras qalmış əmlakı qəbul etməklə qanun üzrə X5 şəhadətnamə almışlar. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin dəyəri ümumi borcdan, yəni 9607,35 manatdan artıqdır. Həmçinin, cavabdeh miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı sübutetmə yükünün üzərilərində olmasına baxmayaraq, qəbul etdiyi miras əmlakın dəyərinin mirasın passivindən az olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cu il tarixli BPM**********55 nömrəli kredit müqaviləsinə əsasən 9567,23 (doqquz min beş yüz altmış yeddi manat iyirmi üç qəpik) manat məbləğində əsas borc, 40,12 (qırx manat on iki qəpik) manat faiz borcu olmaqla, cəmi 9607,35 (doqquz min altı yüz yeddi manat otuz beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 116,48 (116,08+0,40=116,48) (yüz on altı manat qırx səkkiz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 116,48 (116,08+0,40=116,48) (yüz on altı manat qırx səkkiz qəpik) manat dövlət rüsumu cavabdehə aid edilərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cu il tarixli BPM**********55 nömrəli kredit müqaviləsinə əsasən 9567,23 (doqquz min beş yüz altmış yeddi manat iyirmi üç qəpik) manat əsas borc, 40,12 (qırx manat on iki qəpik) manat faiz borcu olmaqla, cəmi 9607,35 (doqquz min altı yüz yeddi manat otuz beş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 116,48 (116,08+0,40=116,48) (bir yüz on altı manat qırx səkkiz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1084/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1084/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver