Məhkəmə qərarları › İş №e-2(004)-1087/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1087/2023

08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1087/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1.960 manat, ödənilmiş dövlət rüsumu pulu 46 manat və vəkilin hüquqi yardımı üçün ödənilmiş 510 manat, cəmi 2.516 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı özünə məxsus olan “Mersedes Benz E200” minik markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospekti ilə baş yolda hərəkətdə olan zaman cavabdeh X3 özünə məxsus “Lexus RX 300” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hərəkəti edərək İddiaçı idarə etdiyi ona məxsus “Mersedes Benz E200” minik markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, iddiaçıya 6960 manat maddi zərər vurmuşdur. Cavabdeh X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və Bakı şəhəri X9 İdarəsinin polis baş leytenantı E.Quliyev (vəzifəli-şəxs) tərəfindən barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə X6 protokol tərtib edilərək, xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş, 40 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəsini almışdır. X6 iş üzrə icraat zamanı cavabdeh Nigar İsmayılova yol hərəkəti qaydaları əleyhinə inzibati xətanı törətməkdə təqsirli bilinmişdir və inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı cavabdeh Nigar İsmayılova tərəfindən ona 6960 manat ziyan vurması ilə bağlı cavabdehdən həmin ziyanın ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. X6 protokol və inzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunmuşdur. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanın həcminin təsdiq edən sübut kimi "xxxx" MMC Avtoservis Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qüsur Aktını məhkəməyə təqdim edir. X8 İddiaçı məxsus “Mersedes Benz E200” minik markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcminin 6960 manat olduğu qeyd edilmişdir. Cavabdehin sığortaçısı tərəfindən İddiaçı 6960 manat zərərdən 5000 manat ödənilmişdir. İddia tələbi 1960 manat qalıq maddi zərər, iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumu və 510 manat vəkil xidmət haqqı xərclərindən ibarətdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospekti ilə baş yolda hərəkətdə olan zaman cavabdehə məxsus nəqliyyat vasitəsi ilə iddiaçıya məxsus “Mersedes Benz E200” minik markalı, 99SN096 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. Bakı şəhəri X9 İdarəsinin araşdırması nəticəsində müəyyən olunub ki, cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq iddiaçının nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə iddiaçıya zərər dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət olunsa da, cavabdehin yoldaşı ziyanın ödənilməyəcəyini bildirmişdir. Tərəflər arasında ödənişlə bağlı razılıq əldə olunmadığına görə məhkəməyə müraciət etmişik. İddia ilə bağlı sübutlar təqdim olunub, cavabdehin təqsiri müəyyən olunub. Cavabdeh X6 qanunvericiliyin pozuntusu ilə yanaşı əmlaka ziyan vurmuşdur. Qüsur aktına əsasən müəyyən olunur ki, iddiaçıya 6960 manat maddi zərər vurmuşdur. Burada ehtiyat hissələrinin minimal xərci nəzərdə tutulub. İddiaçı bununla razılaşır. Cavabdehin sığortaçısı “A-Qroup” sığorta şirkəti tərəfindən İddiaçı 6960 manat zərərdən 5000 manat ödənilmişdir. Məhkəmədən 1960 manat qalıq maddi zərər, iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumu və 510 manat vəkil xidmət haqqı olmaqla, ümumilikdə 2516 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edirik. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X3 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Çünki hesab edir ki, bu qəzada hər iki tərəfin təqsiri var. Hadisə Tbilisi prospektində baş vermişdir. Hava çox dumanlı və yağışlı olmuşdur. İddiaçı “Avropa” oteli tərəfdən çox böyük sürətlə gələrək qəzanı törətmişdir. Qəzanın gücündən onun avtomobili 2 dəfə yerində firlanmışdır. Onun avtomobili saxlamaq imkanı olsa da onu saxlaya bilməmişdir. Ona yol polisi tərəfindən cərimə yazılmışdır və o da həmin cəriməni ödəmişdir. Qəzanı törətməkdə təqsirli olmağını etiraf edir. Sadəcə olaraq bunu qəsdən etməmişdir. Həmçinin sığorta şirkətinin ödədiyi məbləğdən əlavə olaraq ondan tələb edilən məbləğlə razı deyil. Çünki həmin məbləği təsdiq edən heç bir qəbz yoxdur. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Qüsur Aktına əsasən “Mercedes Benz” markalı, **-SN-*** qeydiyyat nişanlı avtomobilə dəyən zərərin miqdarı 6960 manat müəyyən edilmişdir. İş materiallarında olan AD 465581 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E200” minik markalı, **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan X6 xx.xx.2022-ci il tarixli, ******* saylı Protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP5422812 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 22:13-də “Lexus RX300” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Lexus RX300” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sağ yan hissədən və “Mercedes Benz E200” minik markalı, **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi qabaq hissədən zədələnmişdir. İş materiallarında olan Cavabdeh Bakı şəhəri BPİ-nin DYPİ-də verdiyi izahatında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:13 radələrində idarə etdiyi özünə məxsus “Lexus RX300” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Tbilisi prospekti, Bakıxanov körpsü altında hərəkətdə olarkən boş yoldan gələn “Mercedes Benz E200” minik markalı, **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini buraxmamış və vurmuşdur. Hadisə zamanı heç bir xəsarət yoxdur. İş materiallarında olan İddiaçı Cavabdeh bakı şəhəri BPİ-nin DYPİ-də verdiyi izahatında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:13 radələrində idarə etdiyi özünə məxsus “Mercedes Benz E200” minik markalı, **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Tbilisi prospektində baş yolda hərəkətdə olduğu zaman “Lexus RX300” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxaraq hadisəyə səbəb olmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir xəsarət almamışdır. Avtomobilinə təxminən 5000 manatdan çox ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sərxoşluq vzəiyyətinin tibbi müayinəsinə dair Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı Ödəniş aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı zərər vuran Cavabdeh sığortaçısı "xxxx" ASC tərəfindən 5000 manat məbləğində vəsait zərərçəkən İddiaçı ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 57 saylı, xx.xx.2023-cü il tarixli avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E200” minik markalı, **- SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin məbləği 6760 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP5422812 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 22:13-də “Lexus RX300” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdeh törətdiyi inzibati xəta hadisəsi zamanı iddiaçı X2 avtomobilinə ziyan dəymişdir. "xxxx" MMC-nin 57 saylı, xx.xx.2023-cü il tarixli avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E200” minik markalı, **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 6760 manat məbləğində qiymətləndirilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Belə ki, iş materiallarında olan Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı Ödəniş aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı zərər vuran Cavabdeh sığortaçısı "xxxx" ASC tərəfindən 5000 manat məbləğində vəsait zərərçəkən İddiaçı ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yol nəqliyyat hadisəsi zamanı avtomobilə vurulmuş maddi ziyanın əvəzinin qalıq məbləğinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Bu baxımdan avtomobilə vurulmuş 6760 manat məbləğində ziyandan 5000 manat məbləğində vəsait sığorta tərəfindən ödənildiyindən qalan 1760 manat məbləğində vəsait də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 1760 (min yeddi yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 46 manat məbləğində dövlət rüsumunu ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 14452 nömrəli qəbzdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi ilə əlaqədar Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 510 manat məbləğində pul köçürmüşdür. Odur ki, məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş hüquqi yardıma görə vəsait və dövlət rüsumu da tələbin təmin olunmuş hissələrinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Cavabdeh hüquqi yardımın göstərilməsinə görə 300 (üç yüz) manat və ödənilmiş 37,60 (otuz yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 57 saylı, xx.xx.2023-cü il tarixli hesab fakturasından görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının da dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1760 (min yeddi yüz altmış) manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə görə 300 (üç yüz) manat və ödənilmiş 37,60 (otuz yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar