Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1115/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 aprel 2011-ci il tarixli, 10-91 saylı kredit müqaviləsini və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evinə dair xx.xx.2011-ci ii tarixli, 10-9 sayli ipoteka muqaviləsini ləğv etməklə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evini ipoteka girovundan azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evinin ipoteka girovundan azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 aprel 2011-ci il tarixli, 10-91 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən İddiaçı illik 17 faiz dərəcəsi ilə 12 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli, 10-9 sayli ipoteka muqaviləsinə əsasən ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 14 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 51310,0 ABŞ dolları əsas, 268,12 ABŞ dolları gecikdirilmiş faiz, 5100,0 ABŞ dolları dəbbə pulu, cəmi 56678,12 ABŞ dollarının tutulması, tələbin cavabdehin mülkiyyətinə olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də, 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 209,3 kv.m ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evinə yönəldilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, borc məbləği əsas və faiz borcu ümumilikdə 20002,64 ABŞ dolları müəyyən edilmiş, tələb qalan hissədə rədd edilmiş, ipoteka predmetinin satışından əldə edilən vəsaitdən 20002,64 ABŞ dolları və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıCavabdeh QSC-yə ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasinin 28 iyun 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. X5 EdilməsiAgentliyinin Binəqədi rayon İcra və Probasiya şöbəsinə 01 oktyabr 2018-ci il tarixdə məktub ünvanlayaraq, Ali Məhkəmənin Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarından əlavə kassasiya şikayəti verdiyi üçün cavabdehin mülkiyyətinə olan ipoteka predmetinin hərracda satışının dayandırılmasını xahiş etmişdir. X3 X2 Binəqədi rayon İcra və Probasiya şöbəsinə 16 iyul 2021-ci il tarixli məktubu ilə müraciət edərək, ipoteka predmetinin hərracda satışı üzrə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Cavabdeh QSC BOKT cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23872,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün, ona 22 aprel 2021-ci il tarixədək 23872,62 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(001)- 4295/2021 nömrəli qətnaməsi ilə (hakim M.E.Mustafayev) iddia tələbi təmin edilmiş, əldən çıxmış fayda qismində 23872,62 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə İddiaçı tutularaq Cavabdeh BOKT QSC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-966/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4295/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh İddiaçı 1726,79(min yeddi yüz, iyirmialtıABŞ dolları, yetmiş doqquz ABŞ senti) ABŞ dolları icra olunduğu gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-966/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə nəzərdə tutulmuş məbiləğ tam olaraq tərəfindən ödənilmiş və hazırda heç bir borcu yoxdur.İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evinin ipotekadan azad edilməsi üçün “X5 edilməsi Agentliyi” MMC-ə müraciət edərək müvafiq sənədlərin verilməsini və əmlakının girovdan azad edilməsini xahiş etmişdir. Rəsmi qaydada cavab verməsələr də şifahi olaraq bildirirlər ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4295/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi üzrə sistemlərində borc göründüyü üçün bunu edə bilmirlər. Hesab edir ki, verilmiş cavab tam olaraq qanunsuz və əsassızdır, son məhkəmə qərarı üzrə tərəfindən borç tam olaraq ödənilmişdir, ona görə də mülkiyyətində olan mənzil ipotekadan azad edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, icra sənədi üzrə borc ödənildiyindən ipoteka predmetinə tutma yönəldilməmişdir. xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əldə çıxmış fayda 23872,62 ABŞ dolları təşkil etmişdir, lakin həmin əldən çıxmış faydadan 1726,79 ABŞ dollarının ödənilmiş, qalan hissə qalmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən edilir ki, 14 aprel 2011-ci il tarixli, 10-91 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən İddiaçı illik 17 faiz dərəcəsi ilə 12 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli, 10-9 sayli ipoteka muqaviləsinə əsasən ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 14 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 51310,0 ABŞ dolları əsas, 268,12 ABŞ dolları gecikdirilmiş faiz, 5100,0 ABŞ dolları dəbbə pulu, cəmi 56678,12 ABŞ dollarının tutulması, tələbin cavabdehin mülkiyyətinə olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də, 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 209,3 kv.m ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evinə yönəldilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2018ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, borc məbləği əsas və faiz borcu ümumilikdə 20002,64 ABŞ dolları müəyyən edilmiş, tələb qalan hissədə rədd edilmiş, ipoteka predmetinin satışından əldə edilən vəsaitdən 20002,64 ABŞ dolları və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıCavabdeh QSC-yə ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasinin 28 iyun 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. X5 EdilməsiAgentliyinin Binəqədi rayon İcra və Probasiya şöbəsinə 01 oktyabr 2018-ci il tarixdə məktub ünvanlayaraq, Ali Məhkəmənin Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarından əlavə kassasiya şikayəti verdiyi üçün cavabdehin mülkiyyətinə olan ipoteka predmetinin hərracda satışının dayandırılmasını xahiş etmişdir. X3 X2 Binəqədi rayon İcra və Probasiya şöbəsinə 16 iyul 2021-ci il tarixli məktubu ilə müraciət edərək, ipoteka predmetinin hərracda satışı üzrə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Cavabdeh QSC BOKT cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23872,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün, ona 22 aprel 2021-ci il tarixədək 23872,62 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(001)- 4295/2021 nömrəli qətnaməsi ilə (hakim M.E.Mustafayev) iddia tələbi təmin edilmiş, əldən çıxmış fayda qismində 23872,62 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə İddiaçı tutularaq Cavabdeh BOKT QSC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 966/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4295/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh İddiaçı 1726,79(min yeddi yüz, iyirmialtıABŞ dolları, yetmiş doqquz ABŞ senti) ABŞ dolları icra olunduğu gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-966/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə nəzərdə tutulmuş məbiləğ tam olaraq tərəfindən ödənilmiş və hazırda heç bir borcu yoxdur.İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evinin ipotekadan azad edilməsi üçün “X5 edilməsi Agentliyi” MMC-ə müraciət edərək müvafiq sənədlərin verilməsini və əmlakının girovdan azad edilməsini xahiş etmişdir. Pretenziya məktubu Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-966/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4295/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh İddiaçı 1726,79 (min yeddi yüz, iyirmialtıABŞ dolları, yetmiş doqquz ABŞ senti) ABŞ dolları icra olunduğu gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsində ünvanlanmış xx.xx.2025-ci il tarixli 2(004)-1158/2025 saylı sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli 164101/2018-14-45 saylı məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-966/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon İcra Şöbəsinə daxil olmuş və xx.xx.2024-cü il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-966/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-966/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə ipotekadan azad edilməsi tələb edilən İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evi yalnız xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş 120.000 ABŞ dolları borcun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir, qeyd olunan kredit müqaviləsi üzrə olan borc vaxtında ödənilmədiyi "xxxx" ASC məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 14 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 51310,0 ABŞ dolları əsas, 268,12 ABŞ dolları gecikdirilmiş faiz, 5100,0 ABŞ dolları dəbbə pulu, cəmi 56678,12 ABŞ dollarının tutulması, tələbin cavabdehin mülkiyyətinə olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də, 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 209,3 kv.m ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evinə yönəldilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, borc məbləği əsas və faiz borcu ümumilikdə 20002,64 ABŞ dolları müəyyən edilmiş, tələb qalan hissədə rədd edilmiş, ipoteka predmetinin satışından əldə edilən vəsaitdən 20002,64 ABŞ dolları və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh QSC-yə ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasinin 28 iyun 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan borc məbləğinin iddiaçı tərəfindən ödənildiyi cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir. Göründüyü kimi, qeyd edilən kredit müqaviləsi üzrə yaranmış borc tam icra olunduğu və öhdəliyə xitam verildiyi öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh QSC BOKT cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23872,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(001)- 4295/2021 nömrəli qətnaməsi ilə (hakim M.E.Mustafayev) iddia tələbi təmin edilmiş, əldən çıxmış fayda qismində 23872,62 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə İddiaçı tutularaq Cavabdeh BOKT QSC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-966/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4295/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh İddiaçı 1726,79(min yeddi yüz, iyirmialtıABŞ dolları, yetmiş doqquz ABŞ senti) ABŞ dolları icra olunduğu gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 966/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə nəzərdə tutulmuş məbiləğ tam olaraq tərəfindən ödənilmiş və hazırda heç bir borcu yoxdur. Bununla bağlı icra sənədi üzrə icraata Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev xx.xx.2024-cü il tarixli qərarı xitam verilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin və xx.xx.2011-ci il tarixli 10-9 nömrəli ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsinə baxmayaraq iddiaçıya məxsus olan əmlak ipoteka yüklülüyündən azad edilməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əldə çıxmış faydanın 23872,62 ABŞ dolları olduğu, həmin əldən çıxmış faydadan 1726,79 ABŞ dollarının ödənildiyi qalan hissənin qaldığını əsas gətirərək əmlakın ipotekadan azad etmirlər. Lakin əldən çıxmış faydanın 1726,79 ABŞ dolları olmağı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Ona görə də cavabdehin əmlakın ipotekadan azad edilməsi üçün gətirdiyi arqument əsassız və qanunsuzdur. Bu hal da iddiaçının mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evi ipoteka girovundan azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3126, küçə 1-də 0,03 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.metr ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evi ipoteka girovundan azad edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1115/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1115/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver