Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-112/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 5.815,62 (beş min səkkiz yüz on beş manat, 62 qəpik) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 1.054,39 (min əlli dörd manat, 39 qəpik) manat faiz borcu, 967,97 (doqquz yüz altmış yeddi manat, 97 qəpik) manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2.115,72 (iki min yüz on beş manat, 72 qəpik) manat hesablanmış borc, cəmi 9.953,70 (doqquz min doqquz yüz əlli üç manat, 70 qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 119.54 manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 179 ünvanında yerləşən 14 mərtəbəli binanın, 12-ci mərtəbəsində, 109.4 kv.m ümumi, 64.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 162 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 179 ünvanında yerləşən 14 mərtəbəli binanın, 12-ci mərtəbəsində, 109.4 kv.m ümumi, 64.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 162 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 179 ünvanında yerləşən 14 mərtəbəli binanın, 12-ci mərtəbəsində, 109.4 kv.m ümumi, 64.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 162 nömrəli mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 179 ünvanında yerləşən 14 mərtəbəli binanın, 12-ci mərtəbəsində, 109.4 kv.m ümumi, 64.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 162 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 noyabr 2014-cü il tarixli, 55 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 22 %-lə 24 ay müddətinə 20.000 (iyirmi min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 179 ünvanında yerləşən 14 mərtəbəli binanın, 12-ci mərtəbəsində, 109.4 kv.m ümumi, 64.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 162 nömrəli mənzil 26 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC qarşısında 5.815,62 (beş min səkkiz yüz on beş manat, 62 qəpik) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 1.054,39 (min əlli dörd manat, 39 qəpik) manat faiz borcu, 967,97 (doqquz yüz altmış yeddi manat, 97 qəpik) manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2.115,72 ( iki min yüz on beş manat, 72 qəpik) manat hesablanmış borc, cəmi 9.953,70 (doqquz min doqquz yüz əlli üç manat, 70 qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən 40.000 manat müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)- 3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. Cavabdeh dəftərxana vasitəsilə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddiaçı LPO "xxxx" Açıq Səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiasına iddia müddətinin keçməsi səbəbindən iddia müddətinin tətbiq edərək tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı LPO "xxxx" Açıq Səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə” dair iddia ərizəsinə öz etirazını bildirir. Belə ki, iddiaçı Bankla onun arasında 26 noyabr 2014-cü il tarixdə bağlanılmış müqavilə üzrə onun həmin banka heç bir borcu qalmamışdır. Bu barədə iddiaçı tərəfindən 20 sentyabr 2021-ci ildə Yasamal rayon Məhkəməsinə eyni predmetlə eyni iddia tələbi ilə iddia qaldırılmış və sonradan geri çəkilmişdir (həmin iddia ərizəsinin və məhkəmə bildirişinin sürətləri işə əlavə olunur). Hazırda yenədə həmin tələblə bağlı yenidən onu məhkəməyə verib pul tələb edirlər, o yenədə qeyd edir ki, onun həmin banka heç bir borcu yoxdur. Əgər onun həmin banka borcu olsaydı onu vaxtında məhkəməyə verib çoxdan borcunu tələb edərdilər. Göründüyü kimi borc olmadığı üçün 2021-ci ildədə verib iddianı geri götürmüşlər. Evin girovdan azad olunmasına isə şərait yaratmırlar. İddiaçı 9-10 il keçdikdən sonra ondan əsası olmayan məbləğdə qanunsuz pul tələb edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli, Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında deyilir ki, "kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Qərarda deyilir ki, Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli keçəndən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Qərarda mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və qanuni mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olması qeyd edilmişdir. Qanun və məhkəmə qarşısında bərabərlik isə hər bir məhkəmə işinə eyni prosessual qaydada və formada tərəflər üçün eyni prosessual təminatlarla baxılması ilə təmin edilir, bununla maraqlı şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, onlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. AR MM-nin 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur.Həmin maddənin 373.2-ci maddəsinə əsasən unıumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Bütün bunlara əsasən də hesab edir ki, məhkəmə bu iş üzrə iddia müddətini tətbiq etməlidir. Çünki, mabahisə 8-10 il əvvələ gedir ki, bunun da mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. AR MM-nin 375.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz verərək, Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 55 saylı kredit müqaviləsi bağlanılmışdır. Məhkəmə prosesi zamanı Cavabdeh tərəfindən məhkəməyə ərizə verilərək iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bununla bağlı olaraq qeyd etmək istəyirlər ki, Cavabdeh tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021-ci il tarixində ərizə ünvanlanaraq 2 il müddətində borc öhdəliyinin ödənilməsi məqsədi ilə güzəşt istənilmişdir. Həmin ərizəyə əsasən ƏSF-nin Kredit Komitəsinin xx.xx.2021-ci il tarixli, 181 saylı Protokoluna əsasən Cavabdeh güzəşt edilmişdir və borcun ödənilməsi məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə güzəşt verilmişdir. Cavabdeh tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021-ci il tarixində verilmiş ərizə özü-özlüyündə borcun etiraf edilməsini göstərən hərəkətdir. Eyni zamanda həmin vaxt cavabdeh tərəfindən 181 saylı Protokolun şərtlərinə əsasən 1000 manat ödəniş də edilmişdir. Yuxarıda göstərilənlər deməyə əsas verir ki, bank tərəfindən Cavabdeh qarşı iddia qaldırılarkən iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək, iddiaçıdan borc məbləğində ona güzəşt olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 55 nömrəli müqaviləyə əsasən bu müqavilənin predmeti milli valyuta ilə ifadə edilən pul vahididir. Borcverən mənzil təmiri məqsədilə Borcalana 20000 AZN (iyirmi min manat) məbləğində kredit açmağı öhdəsinə götürür. Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanaçaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 55 nömrəli müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən İddiaçı ASC müştəri Cavabdeh 24 ay müddətinə, illik 22% ödəmək şərtilə 20000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin 4-cü bəndinə əsasən bu Müqavilə ilə öhdəliklərin icrasına təminat üsulu: İddiaçı ASC (İpoteka saxlayan) ilə Cavabdeh (İpoteka qoyan-Borcalan) arasında bağlanan xx.xx.2014-cü il tarixli 55 saylı ipoteka müqaviləsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli xəzinə məxaric orderinin surətinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 20000 manat nağd pul verilmişdir. İş materiallarında olan “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 55 nömrəli ipoteka müqaviləsinə əsasən İpoteka saxlayanla Borcalan arasında bağlanmış «26» Noyabr 2014-cü il tarixli 55 saylı Kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat məbləğində 24(iyirmi dörd) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. İpoteka predmeti olan əmlak: Cavabdeh qızma məxsus olan ünvan 1 ünvanında yerləşən, 14 mərtəbəli binanın, 12-ci mərtəbəsində, 109.4 kv.m ümumi, 64.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 162 nömrəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 17 Mart 2010-cu il tarixdə Seriya MA № ******* saylı, reyestr nömrəsi **********79-05301-093045, qeydiyyat nömrəsi **********). İpoteka saxlayanın razılığı olduğu halda girovun predmetinin və natural formasının dəyişdirilməsinə bu şərtlə yol verilir ki, təklif edilən yeni ipoteka predmetinin dəyəri bu Müqavilədə nəzərdə tutulmuş dəyərdən az olmasın. Belə hal bu Müqavilənin 14-cü bölməsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. İpoteka ilə yüklü edilmiş əmlak İpoteka qoyanın sahibliyində və istifadəsində qalır. İpoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın, bu Müqavilənin müddəti bitənədək ilkin vəziyyətində saxlanılması üçün tədbirlər görməlidir. İş materiallarında olan LPO İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli 55 saylı kredit müqaviləsi üzrə 28 fevral 2024-cü il tarixinə yaranmış tələb ümumilikdə 9953.70 (doqquz min doqquz yüz əlli üç manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən iddiaçı cavabdehə hazırda bank qarşısında 28 fevral 2024-cü il tarixə 5,815.62 (beş min səkkiz yüz on beş manat 62 qəpik) manat əsas borc, 1,054.39 (bir min əlli dörd manat 39 qəpik) manat faiz borcu, 967.97 (doqquz yüz altmış yeddi manat 97 qəpik) manat cərimə borcu və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 2,115.72 (iki min yüz on beş manat 72 qəpik) manat, ümumilikdə isə 9953,70 (doqquz min doqquz yüz əlli üç manat 70 qəpik) manat məbləğində borcun yarandığını, borc məbləğini 3 günü ərzində ödəməyi təklif etmiş, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş məktubuna əsasən iddiaçı cavabdehə və X2 hazırda bank qarşısında 28 fevral 2024-cü il tarixə 5,815.62 (beş min səkkiz yüz on beş manat 62 qəpik) manat əsas borc, 1,054.39 (bir min əlli dörd manat 39 qəpik) manat faiz borcu, 967.97 (doqquz yüz altmış yeddi manat 97 qəpik) manat cərimə borcu və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 2,115.72 (iki min yüz on beş manat 72 qəpik) manat, ümumilikdə isə 9953,70 (doqquz min doqquz yüz əlli üç manat 70 qəpik) manat məbləğində borcun yarandığını, borc məbləğini 3 günü ərzində ödəməyi təklif etmiş, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin mənzildən çıxarılması və mənzilin açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən LPO "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 327/24 və 328/24 nömrəli məktublara əsasən xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh aid olan məktubu "xxxx" MMCnin kuryeri tərəfindən götürülüb, 405105 və 405104 nömrəli qaimələr ilə həmin ünvana aparılmışdır. Lakin həmin ünvanda qapı bağlı olduğu üçün məktubu çatdırmaq mümkün olmamış və bu səbəbdən məktub geri qaytarılmışdır. İş materiallarında olan LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə adına yazılmış Cavabdeh xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ərizəsinə əsasən xx.xx.2014-cü il tarixli 55 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 % 24 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit götürdüyünü, xx.xx.2021-ci il tarixinədək onun adına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 7315.62 (yeddi min üç yüz on beş manat altmış iki qəpik) manat əsas borc müqavilə üzrə hesablanmış, 1054 (min əlli dörd) manat borcu müqavilənin bitdiyi xx.xx.2024-cü il tarixinədək cəmi, 8370 (səkkiz min üç yüz yetmiş) manat məbləğində borcu olduğunu bildirmişdir. Covid 19-un yaratdığı problemlərlə əlaqədar ailəsi maddi çətinliklə qarşılaşmışdır. Bütün bunlara baxmayaraq, müəyyən vaxt verməklə bu borcun ödənilməsinə söz vermişdir. Odur ki, imkan daxilində əsas borcu iki il müddətinə ödəməklə vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsi iclasının xx.xx.2021-ci il tarixli, 181 saylı protokolunun 20-ci bəndinə əsasən LPO İddiaçı ASC-nin müştərisi Cavabdeh ilə bağlanmış kredit müqaviləsi üzrə məhkəmə prosesinin dayandırılması, ödəniş cədvəlinin təyin edilməsi və BƏS-də olan borca güzəşt edilməsi barədə qərar çıxarılmışdır. Qərarda qeyd edilmişdir ki, LPO İddiaçı ASC-nin müştərisi Cavabdeh xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsi üzrə cərimə borcundan 1000 (bir min) manat ödəmək şərtilə qalan cərimə məbləğinə güzəşt olunmasına və əlavə olaraq müqavilənin müddətini 24 (iyirmi dörd) aya qədər uzadılmasına dair müraciət daxil olmuşdur. Təqdimatdan borcalanın hal-hazırda (Təqdimatın verildiyi günə) BƏS-də 7 315.62 (yeddi min üç yüz on beş manat 62 qəpik) manat əsas borcu və 2 022 36 (iki min iyirmi iki manat 36 qəpik) manat cərimə (dəbbə) borcu mövcuddur. Borcalana verilmiş kredit borc məbləği üzrə öhdəliyin təminatının daşınmaz əmlakın (Bakı səhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 179. mənzil 162 (mənzil) olduğu müəyyən edilmişdir. Qərarın 20.1-ci bəndinə əsasən LPO İddiaçı ASC-nin müştərisi Cavabdeh xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsi üzrə 1000 manat məbləğinin 30(otuz) günü müddətində ödənilməsi təmin edilsin, həmin qərarın 20.2-ci bəndinə əsasən bu məsələ üzrə 20.1-ci bəndin icrası prosesi təmin olunduqdan sonra məhkəmə prosesinin dayandırılması və 20.3-cü bənddə göstrəilən şərtlərə 2(iki) ay ərzində əməl edilmədiyi və ya vaxtında əməl edilmədiyi halda, qərar qüvvədən düşmüş hesab edilsin və bu qərarla verilmiş güzəştlər ləğv edilsin və məhkəmə prosesi davam etdirilsin,həmin qərarın 20.3-cü bəndinə əsasən bu məsələ üzrə 20.1-ci bəndin icrası təmin olunduqdan sonra təqdimatın verildiyi günə BƏS-də hesablanmış cərimə borcunun 1022.36 manat miqdarıan güzəşt olunmaqla BƏS-də olan qalıq borcuun 24 ay müddətinə bərabər hissələr bölünməklə tam ödənilməsi təmin edilsin İş materiallarında olan LPO İddiaçı ASC-nin Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı ASC (bundan sonra - Bank) ilə Cavabdeh : bundan sonra- Borcalan) arasında 26 noyabr 2014-cü il tarixli, 55 saylı Kredit müqaviləsi bundan sonra- Kredit müqaviləsi) bağlanmışdır.Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X1 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, e. 17.9, 162 nömrəli mənzili (bundan sonra - İpoteka predmeti) 26 noyabr 2014-cü il sarixli İpoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir, reyestr nömrəsi: **********79-05301-093045, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010). Lakin Kredit müqaviləsinin tələbləri Borcalan tərəfindən pozulmuş, kredit ödənişləri kredit müqaviləsində nəzərdə tutulan qrafikə uyğun olaraq həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunları nəzərə alaraq xx.xx.2024-cü il tarixində Cavabdeh 4 mart 2024-cü il tarixli **********174 saylı "Kredit borcunun ödənilməsinə və İpoteka predmetinə tutma yönəldilməsinə dair” Bildiriş göndərilmişdir. Şərh edilənləri nəzərə alaraq həmin bildirişi qeydiyyata almağı xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli arayışa əsasən Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi Cavabdeh adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6638/2021 nömrəli mülki iş üzrə xx.xx.2021-ci il tarixli bildirişə əsasən Cavabdeh məhkəmənin yeri, tarixi və saatı barədə bildiriş göndərilmişdir. İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli LPO İddiaçı ASC-nin borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-290/2022 nömrəli qərardadına əsasən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2019-xx.xx.2024-cü il tarix aralığında olan hesabdan çıxarışa əsasən debet üzrə 1500 manat, kredit üzrə 1500 manat, ümumilikdə cəmi 3000 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən LPO İddiaçı ASC-nin hesabına X4 tərəfindən kredit üzrə 400 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən LPO İddiaçı ASC-nin hesabına X4 tərəfindən kredit üzrə 300 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən LPO İddiaçı ASC-nin hesabına X4 tərəfindən kredit üzrə 300 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən LPO İddiaçı ASC-nin hesabına X4 tərəfindən kredit üzrə 300 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən LPO İddiaçı ASC-nin hesabına X4 tərəfindən kredit üzrə 200 manat ödənilmişdir. İş materiallarında olan “X3 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 004-091/2024 nömrəli ekspert rəyinə əsasən qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar dəyəri müəyyən edilmişdir. Mehriban Anar qızına məxsus, ünvan 6 ünvanın qiymətləndirmə tarixinə: Bazar dəyəri: 290 000 AZN (iki yüz doxsan min manat), Likvid dəyəri: 270.000 AZN (iki yüz yetmiş min manat). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsini nəzərə alıb, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 55 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 24 ay müddətinə, illik 22% ödəmək şərtilə 20000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 7 ünvanında yerləşən, 14 mərtəbəli binanın, 12-ci mərtəbəsində, 109.4 kv.m ümumi, 64.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 162 nömrəli mənzilini ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Hazırda iddiaçı LPO İddiaçı ASC cavabdehin öhdəliklərini lazımınca icra etməməsi, ödənişləri tam həyata keçirməməsi səbəbindən tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 5.815,62 manat əsas və 1054.39 manat məbləğində faiz borcu ödənilməsi tələbi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının 967,97 manat cərimənin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2.115,72 manat ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borcun tutulması tələbi əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş, əsas öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. İpoteka predmeti olan əmlakın satış qiymətinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddianın “ipoteka predmeti olan mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə məhkəmədə baxılmalı olmadığından məhkəmə qaydasında baxıla bilməz, bu səbəbdən hazırkı iş üzrə icraata iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata “ipoteka predmeti olan mənzildən çıxarılma və mənzilin boşaldılması” hissəsində xitam verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-112/2025-ci il nömrəli xx.xx.2025ci il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata “ipoteka predmeti olan mənzildən çıxarılma və mənzilin boşaldılması” hissəsində xitam verilmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində qeyd edilənlərlə bağlı qeyd edir ki, Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ərizəsinə əsasən ləğv prosesində olan İddiaçı ASC-yə 7315.62 (yeddi min üç yüz on beş manat altmış iki qəpik) manat əsas borc müqavilə üzrə hesablanmış, 1054 (min əlli dörd) manat borcu müqavilənin bitdiyi xx.xx.2024-cü il tarixinədək cəmi, 8370 (səkkiz min üç yüz yetmiş) manat məbləğində borcu olduğunu bildirmiş və kredit müqaviləsi müddətinin 2 (iki) il uzadılması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, X4 tərəfindən xx.xx.2021-ci il tarixdə kredit üzrə 400 manat, xx.xx.2021-ci il tarixdə kredit üzrə 300 manat, xx.xx.2022-ci il tarixdə kredit üzrə 300 manat, xx.xx.2022-ci il tarixdə kredit üzrə 300 manat, xx.xx.2023-cü il tarixdə kredit üzrə 200 manat ödənilmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinin mənasına görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Borcun bir hisssəsinin qaytarılması iddia müddətinin axımını kəsir və bu baxımdan iddia müddəti ötürülmüş hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli, 55 nömrəli kredit müqaviləsi üzrə 5815.62 (beş min səkkiz yüz on beş manat altmış iki qəpik) manat əsas, 1054.39 (bir min əlli dörd manat otuz doqquz qəpik) manat faiz, 290.27 (iki yüz doxsan manat iyirmi yeddi qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2115.72 (iki min yüz on beş manat etmiş iki qəpik) manat faiz borcu, cəmi 9276 (doqquz min iki yüz yetmiş altı) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat və dövlət rüsumu olaraq ödənilmiş 112,76 (bir yüz on iki manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma likvid (ilkin satış) qiyməti 270000 (iki yüz yetmiş min manat) manat müəyyən edilməklə Cavabdeh mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 179 ünvanında yerləşən ümumi sahəsi 109.4 kv.m, 64.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 162 nömrəli mənzilə yönəldilməli, ipoteka predmeti açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 119.54 manat məbləğində dövlət rüsumunun 112,76 manat məbləği, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və 350 manat məbləğində məhkəməəmtəəşünaslıq ekspertizası xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 55 nömrəli kredit müqaviləsi üzrə 5815.62 (beş min səkkiz yüz on beş manat altmış iki qəpik) manat əsas, 1054.39 (bir min əlli dörd manat otuz doqquz qəpik) manat faiz, 290.27 (iki yüz doxsan manat iyirmi yeddi qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2115.72 (iki min yüz on beş manat etmiş iki qəpik) manat faiz borcu, cəmi 9276 (doqquz min iki yüz yetmiş altı) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat və dövlət rüsumu olaraq ödənilmiş 112,76 (bir yüz on iki manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma likvid (ilkin satış) qiyməti 270000 (iki yüz yetmiş min) manat müəyyən edilməklə Cavabdeh mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 179 ünvanında yerləşən ümumi sahəsi 109.4 kv.m, 64.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 162 nömrəli mənzilə yönəldilsin. İpoteka predmeti açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 350 (üç yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, Kod 505141, İcraçının VÖEN: **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. BİK: PAHAAZ22, İcraçının hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-112/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-112/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver