Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1129/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Rəsimə Şixzada qızına qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 5593,63 manat əsas borc olmaqla, cəmi 5593,63 manat borcunun və ödənilmiş 75,93 manat dövlət rüsumunun 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X2 oğlu arasında xx.xx.2020-ci il tarixli BPM**********48 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 oğluna illik 20%-lə, 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kreditin məbləğini və ona hesablanan faizləri ödəməlidir. 083865 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X2 oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1327 nömrəli məktubdan görünür ki, CavabdehŞixzada qızına 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim edilmişdir. Bankın Əcəmi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X2 oğlunun xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 5593,63 manat əsas borc olmaqla, cəmi 5593,63 manat borcu qalmışdır. Eyni zaman iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 75,93 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X2 oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq cavabdeh ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-22407/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehiniştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Beynəlxalq Bankı ASC ilə X2 oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 saylıkredit müqaviləsinə əsasən görünür ki, bank borcalana 36 ay müddətinə, illik 20% olmaqla, 6000 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh X2 oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sonuncu ay 222,09manat, hər ay 223manat olmaqla, ümumilikdə 8027,09 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin 17 avqust 2023-cü il tarixli göndərdiyi məktubda notarial qaydada təsdiq olunmuş 24 aprel 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X2 oğlu 15 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin aprel ayının 23-cü günündə 271 nömrə ilə qeyd edilmişdir. 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin V-253/2020 nömrəli vərəsəlik işi üzrə 716 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixdə X2 oğluna verilmiş **********41-05301-093114 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120,7 kv/m, yaşayış sahəsi 68 kv/m, yardımçı sahəsi 52,7 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin V-253/2020 nömrəli vərəsəlik işi üzrə 717 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC673447 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WVGAE27L87D026295, mühərrikin nömrəsi BMW021072 və buraxılış ili 2006-cı il olan VOLKSWAGEN TOUAREG MİNİK markalı 99HE033 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin V-253/2020 nömrəli vərəsəlik işi üzrə 718 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən şəhadətnamə verilən miras əmlak Bank Respublika ASC-nin Yasamal filialı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 040/777 saylı arayışa əsasən mərhum X2 oğlunun Bank Respublika ASC-də AZ55BRES**********0202830902 saylı cari hesabında 3115,83 manat pul vəsaitindən ibarətdir. xx.xx.2020-ci il tarixli məxaric orderindən görünür ki, cavabdeh X2 oğlu kredit müqaviləsində razılaşdırılmış 5940 manat məbləğində pulu almışdır. Maliyyə arayışından görünür ki, X2 oğlu xx.xx.2020-ciil tarixli, BPM**********48 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 5593,63 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdeh X2 oğlunun vərəsəsi Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 75,93 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı kredit müqaviləsi üzrə borcalanın 5593,63 manat əsas borcun cavabdehdən tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5593,63 (beş min beş yüz doxsan üç manat altmış üç qəpik) manat məbləğində borc pul və 75,93 (yetmiş beş manat doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1129/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1129/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver