Məhkəmə qərarları › İş №e-2(004)-114/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-114/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-114/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilməsi, öhdəliyə xitam verilməsi və dəymiş maddi zərər üzrə 6000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 saylı kredit müqaviləsi və X7 ilə bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilərək öhdəliyə xitam verilməsi və dəymiş maddi zərərə görə 12600 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC (hazırda: Cavabdeh ASC) ilə arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Bankdan 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 32500 ABŞ dolları kredit götürmüşdür. Eyni zamanda borcun təminatı olaraq cavabdeh X4 mülkiyyətindəki İ0-GF-320 dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı "Mercedes Benz 320” minik markalı avtomobilə xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və girovla yüklülük dövlət qeydiyyatına alınmışdır. Həmin borcla bağlı "xxxx" ASC tərəfindən 2010-cu il tarixdə məhkəməyə müraciət edilmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/İ0 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamə ilə İddiaçı kredit üzrə 29556,06 ABŞ dolları əsas borc, 3354 ABŞ dolları faiz borcu 2090 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35000.06 ABŞ dolları borc “NİKOYL" İKB-nın xeyrinə tutulması və iddia tələbinin “Mercedes Benz 320" markalı İ0-GF-320 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi müəyyən edilmişdir. Həmçinin qətnamədə avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsinə və avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin cavabdeh X6 verilməsi qət edilmişdir. Bundan sonra İddiaçı "xxxx" ASC ilə arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş bütün ödənişləri icra etmiş və tərəflər arasındakı razılığa əsasan müqavilə üzrə ödənişlərə davam etdirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən gecikdirilmiş borclar ödənilməsi ilə bağlı "xxxx" ASC İdarə X11 xx.xx.2010-cıı il tarixli, 02-1691 saylı məktubu Yasamal rayon məhkəməsinə təqdim edilərək, qətnamənin icraya yönəldilməməsi xahiş edilmişdir. Həmçinin “Nikoyl İKB" ASC X11 Yasamal rayon Məhkəmə icra şöbəsinə ünvanlandığı xx.xx.2011-ci il tarixli, 02-1963 saylı məktubunda icra işinin "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.1 maddəsinə əsasən icra olunmadan geri qaytarılması xahiş edilmişdir. Daha sonra 2012-ci il tarixdə müqavilənin müddəti bitdiyindən "Nikoyl İKB” ASC İddiaçı borcu tamamilə bağlamasını tələb etmiş, sonuncu bankın tələbini yerinə yetirə bilmədiyi üçün girov olan avtomobili satacağını banka bildirmişdir. Bank ilə girovun (avtomobilin) onlara verilməsi və avtomobilin satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi barədə razılaşmışdırlar. Həmin müqavilə üzrə borcun qarşılığı olaraq girov qismində qeydə alınmış 37000 ABŞ dolları dəyərində qiymətləndirilmiş "Mercedes Benz 320” markalı, ** GF *** DQN-lı avtomobili həmin dövrün bazar qiymətinə uyğun olaraq Banka təhvil verilmişdir. Həmin müqavilə üzrə borcun qarşılığı olaraq girov qismində qeydə alınmış 37000 ABŞ dolları dəyərində qiymətləndirilmiş “Mercedes Benz 320" markalı ** GF *** DQN-lı avtomobil həmin dövrün bazar qiymətinə uyğun olaraq bankın 2 saylı (Nərimanov heykəli yaxınlığındakı) Filialının qarşısında bankın əməkdaşlarına təhvil verilmişdir. Qeyd edilməlidir ki, internet archive (https://web.archive.org/web/**********0000*/turbo.az) informasiya resursu vasitəsilə həmin dövr üzrə onlayn avtomobil alqı-satqısı platforması olan turbo.az informasiya resursunda araşdırma apardıqda, məlum olur ki, avtomobil banka təhvil verilən dövrdə avtomobilin bazar dəyəri 15500 - 17000 ABŞ dolları arası olmuşdur (turbo.az informasiya resursundan həmin tarixə olan çıxarış əlavə edilir). Aradan 10 il keçdikdən sonra, yəni 2022-ci ildə "xxxx" ASC-nin əməkdaşı İddiaçı zəng etmiş və sonuncudan banka olan borcunun ödənilməsi tələb edilmişdir. Bununla bağlı İddiaçı tərəfindən bank əməkdaşına ətraflı məlumat verilmiş, borcun avtomobilin təhvil verilməsi ilə bağlanıldığı bildirilmişdir. Bundan sonra iddiaçı məsələni araşdırmaq qərarına gəlmiş və araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən girov olan avtomobil açıq-hərrac yolu ilə satılmayaraq borca yönəldilməmiş, girov saxlayan onu məhv etmiş və hal-hazırda avtomobil qəzalı və məhv edilmiş bir şəkildə cavabdehə məxsus Savalan ərazisində yerləşən bankın istifadəsində olan saxlanc yerində saxlanılmaqdadır. Daha sonra İddiaçı bankın nümayəndələri ilə birgə avtomobilə baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, avtomobil indiyədək açıq hərrac yolu ilə satılmamış, banka olan borc ödənməmiş saxlanılmış və onun girov olan əmlakı istifadə edilməklə ona, borc məbləği də ödənilməməklə zərər vurulmuşdur. Belə ki, girov kimi banka təhvil verilmiş nəqliyyat vasitəsi qəzaya uğramış və məhv olması üçün saxlancda bir küncə atılmışdır. Hətta avtomobilin içərisindən 2011-ci ilə məxsus jurnallar belə aşkar edilmişdir. Nəticə etibarı ilə Bank tərəfindən İddiaçı məxsus əmlak yararsız hala salınmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı dəfələrlə müxtəlif növ banklardan böyük məbləğlərdə kreditlər götürmüş və həmin kreditlərin rəsmiləşdirilməsi zamanı ona Mərkəzləşdirilmiş kredit reyestri (MKR) sistemində gecikmiş kredit borcunun mövcudluğu barədə məlumat verilməmişdir. Belə ki, İddiaçı 2012-ci il tarixdən bu günə qədər təqribən 200000 manata yaxın məbləğdə kreditlər götürmüş və vaxtlı-vaxtında borclarını icra edərək heç-bir gecikmə də etməmişdir. Göründüyü kimi 10 il ərzində bank tərəfindən bu məsələ ilə bağlı nə cavabdehlərə nə də ki, qətnaməni icra etməli olan icra şöbəsinə borcun tələb edilməsi ilə bağlı heç bir müraciət olunmamışdır. Bütün bunlar deməyə əsas verir ki. bank özü də İddiaçı banka borcunun olması qənaətinə 2022-ci ildə gəlmişdir. Bütün bu olanlara cavab olaraq isə "xxxx" ASC nümayəndəsi bütün səhvliklərin onlardan qabaq çalışmış əməkdaşlarda olmasını qeyd edərək məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır, lakin, qeyd edirlər ki, bank əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində onlara dəymiş zərər birbaşa bank tərəfindən qarşılanmalı, kredit müqaviləsi üzrə öhdəlik icra edilmiş hesab edilərək, öhdəliyə xitam verilməlidir. Həmçinin bu məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/10 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi qəbul olunduğu halda "xxxx" ASC tərəfindən yenidən "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə” dair iddia ərizəsi ilə 2022-ci ildə Gəncə şəhər Məhkəməsinə müraciət edilmiş, Gəncə şəhər Məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsində qüvvədə saxlanılmış və hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Vüqar Həsənovun icraatındadır. Son olaraq qeyd edilməlidir ki, bankın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Belə ki, avtomobil təhvil verilən zaman bazar dəyəri 18000 ABŞ dolları olmuş, banka isə təqribən 12000 ABŞ dolları borc qalmışdır. Göründüyü kimi vaxtında avotomobil satılmış olsa idi 6000 ABŞ dolları miqdarında pul vəsaiti iddiaçıya geri qaytarılacaqdır. Yuxarıda göstərilənlər yəni, girov olan avtomobilin açıq-hərrac yolu ilə satılmayaraq borca yönəldilməməsi, girov saxlanan avtomobilin yararsız hala salınması Mərkəzi Kredit Bürosuna məlumatların sonradan təqdim edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/l0 saylı xx.xx.2010-cu il tarixli qətnaməsindən xəbərsiz olmaları və digər buna oxşar məsələlər deməyə əsas verir ki, "xxxx" ASC tərəfindən təşkilati işlər düzgün həyata keçirilməmiş, məsuliyyətsiz hərəkətlər və qanun pozuntuları edərək ona ciddi şəkildə ziyan vurmuşlar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X10 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank borcalana 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 32500 ABŞ dolları kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən X7 ona məxsus **- GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, "Mercedes Benz 320" minik markalı avtomobil ipoteka ilə yüklü etmişdir. Belə olan halda X7 **-GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, "Mercedes Benz 320" minik markalı avtomobilinin mülkiyyətçisi olmaqla, RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan sayılır. Buna görə də İddiaçı "xxxx" ASC ilə arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilməsi, öhdəliyə xitam verilməsi və dəymiş maddi zərər üzrə 6000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə e2(004)- 4067/2023 saylı mülki iş üzrə X4 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/10 saylı 19.05.201 ü-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı kredit üzrə 29556,06 ABŞ dolları əsas borc, 3354 ABŞ dolları faiz borcu, 2090 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35000,06 ABŞ dolları borcun "xxxx" İKB-nın xeyrinə tutulması və iddia tələbinin "Mercedes Benz 320" markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmçinin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi və avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin cavabdeh X6 verilməsi qət etdilmiş və qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. Tərəflər arasındakı mübahisənin həlli ilə bağlı Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/10 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin olmasına baxmayaraq, "xxxx" ASC tərəfindən yenidən "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə" dair iddia ərizəsi ilə 2022-ci ildə Gəncə şəhər məhkəməsinə müraciət edilmiş, Gəncə şəhər məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsində qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(104)-637/2023 nömrəli qətnaməsi «iddia tələbinin «kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın» tələb olunması və 338,90 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Hazırda mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Tərəflər arasındakı razılaşmaya əsasən kredit müqaviləsinin təminatı olan "Mercedes Benz 320" markalı, ** GF *** DQN-lı avtomobili iddiaçı Bankın 2 saylı (Nərimanov heykəli yaxınlığındakı) filialının qarşısında bankın əməkdaşlarına təhvil verilmiş və avtomobilin satışından əldə olunmuş vəsaitin tələbə yönəldilməsi barədə razılıq əldə edilmişdir. Tərəflər arasında təhvil-təslim aktının olması şərt deyil və bu hər hansı qanunvericilik norması ilə tənzimlənmir, eyni zamanda tərəflər arasında avtomobilin təhvilinin şifahi qaydada olması istisna edilmir. Əksinə, iş materialları ilə avtomobilin Banka təhvil verilməsi öz təsdiqini tapır: 1) "xxxx" ASC X11 xx.xx.2010-cu il tarixli, 02-1691 saylı məktubu Yasamal rayon məhkəməsinə təqdim edərək, qətnamənin icraya yönəldilməməsi, həmçinin "xxxx" ASC X11 Yasamal rayon Məhkəmə İcraçıları şöbəsinə ünvanlandığı xx.xx.2011-cu il tarixli, 02-1963 saylı məktubunda icra işinin "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.1. maddəsinə əsasən icra olunmadan geri qaytarılması xahiş edilmişdir. 2) Eyni zamanda, cavabdeh tərəfindən girov olan avtomobil satılmamış və girov saxlayan onu bu günədək cavabdehə məxsus Savalan ərazisində yerləşən bankın istifadəsində olan saxlanc yerində saxlanılır (foto və videolar əlavə edilir). Dayanacaqda Bankın nümayəndələri ilə birgə avtomobilə baxış keçirilmiş, avtomobil indiyədək satılmadığı üçün banka olan borc ödənilməmiş və V.Abdullayevin girovda olan əmlakı qanunsuz istifadə edilməklə avtomobilinə maddi zərər vurulmuş, Bankın saxlancda qalmaqla onun bazar dəyəri düşmüşdür. Nəticə etibarı ilə Bank tərəfindən V.Abdullayevə məxsus əmlak yarasız hala salınmışdır. Hətta avtomobilin içərisindən 2011-ci ilə məxsus jurnalların aşkar edilməsi də onun uzun müddət öncə Banka verdiyini təsdiq edir. 3) Savalan ərazisində yerləşən bankın istifadəsində olan saxlanc yeri Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsusdur və ya istifadəsindədir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1147/2021, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-54/2018 saylı məhkəmə işinə baxış keçirilərsə, borc məbləğinin qaytarılmaması səbəbindən kredit müqaviləsinin təminatı olan "xxxx" ASCyə yönəldildiyi və bu günədək həmin dayanacağın "xxxx" ASC-nin istifadəsində olduğu müəyyən olunacaqdır. 4) İşin hallarından da görünür ki, borcun tələb edilməsi barədə məhkəmə qətnaməsinin icra olunmadan geri qaytarılması və "xxxx" ASC-nin istifadəsində olan "xxxx" ASC-də saxlanılması məhz Bankın iradəsi ilə həyata keçirilmişdir. Əgər, həqiqətən də borc var idisə, Bank iddiaçıya qarşı dərhal, yaxın ağlabatan qısa müddətdə iddia-pretenziya irəli sürərdi. Belə bir iddia-pretenziyanın irəli sürülməməsi, avtomobilin təhvilindən uzun müddət keçməsi, müqavilədən irəli gələn əmlak marağına aid ağlabatan diqqət göstərməməsi, onun həmin müqavilə üzrə çoxdan marağının itdiyinə işarə edir ki, bu da tərəflərin öhdəliklərini artıq icra etməsi anlamına gəlməyə imkan verir. Göründüyü kimi, “Nikoyl İKB" ASC ilə borcun tutulması barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq, tərəflərin arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin öhdəlikləri tam olaraq dəyişdirilmişdir. Belə ki, Vüqar Abdullayevə məxsus "Mercedes Benz 320" markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin borcun qarşılığında Banka təhvil verilməsi tərəflər arasında olan kredit müqaviləsi üzrə münasibətlərə xitam vermişdir. Çünki sonuncu razılaşma ilə mahiyyət etibarı ilə tərəflər arasında olan öhdəlik başqa öhdəlik ilə novasiya (icra üsulu) yolu ilə əvəz edilmişdir. Başqa sözlə, avtomobilin qaytarılması tarixindən etibarən Bankla V.Abdullayev arasında tamamilə yeni öhdəlik münasibətləri yaranmış, tərəflərin RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqavilələrinə münasibətdə onların hər hansı hüququ qalmamışdır. Başqa sözlə desək ki, borclu Banka pul vəsaiti qaytarmalı olduğu halda, onun predmetini - avtomobillə əvəz etmişdir. Bu hal isə Mülki Məcəllənin 531.1-ci maddəsinə görə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin xitam verilməsi üçün əsasdır. Əlavə olaraq onu da qeyd edir ki, tərəflər arasında öhdəliklərlə əlaqədar novasiya baş verdiyindən Bank RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin əvvəlki şərtləri üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edə bilməz. Çünki tərəflər arasında olan yeni razılaşma ilə əvvəlki şərtlərlə bağlı öhdəliklərə xitam verilmişdir. Hesab edir ki, Bank tərəfindən bilərəkdən uzun müddət avtomobili qanunsuz olaraq dayanacaqda hərəkətsiz saxlaması hüquqdan sui-istifadə sayılmaqla, bu da nəticədə iddiaçıya maddi ziyanın vurulmasına səbəb olmuşdır. a). Avtomobilin satışını təşkil etməməklə Bankın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, borc tələbi ilə bağlı təkrarən məhkəməyə müraciət etməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/10 saylı xx.xx.2010-cu il tarixli qətnaməsindən məlumatsız olmaları, bir sözlə Bankın hərəkətsizliyi iddiaçıya məxsus avtomobili yararsız hala salmışdır. Bank razılaşmaya uyğun olaraq mülki dövriyyənin subyekti kimi vicdanla hərəkət etməli, hərəkətsizlik etməklə hüququndan sui-istifadəyə yol verməməli idi. b). Bank tərəfindən özünə aid hüquqların vaxtında həyata keçirməməsi iddiaçının hüquqlarını məhdudlaşdırmaqla yanaşı, həm də maddi ziyanın vurulmasına səbəb olmuşdur. 2012-ci ildən "Mercedes Benz 320" markalı, ** GF *** qeydiyyat nömrəli avtomobilin təhvil verilməsi ilə borcun əvəzləşdirilməsinə və avtomobilin təhvil verilməsindən təxminən 10 ildən artıq müddət keçməsinə baxmayaraq, Bankın yenidən "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə" dair iddia ərizəsi ilə müraciət etməsi özü-özlüyündə absurddur. İnternet archive (https://web.archive.org/web/**********0000*/turbo.az) informasiya resursu vasitəsilə həmin dövr üzrə onlayn avtomobil alqı-satqısı platforması olan turbo.az informasiya sistemində avtomobilin banka təhvil verilən dövrdə vəziyyətindən asılı olaraq onun bazar dəyəri 15500 - 18000 ABŞ dolları arasında olduğu müəyyən edilir. Hesab edir ki, Bank bilərəkdən həmin avtomobilin satışını təşkil etməmiş, bununla da girov predmeti olan avtomobilə Bankın hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Belə ki, təhvil verilən zaman avtomobilin bazar dəyərinin 18000 ABŞ dolları, banka isə borc qalığı isə təxminən 12000 ABŞ dolları idi. Göründüyü kimi avtomobil vaxtında satılıb qalıq borca ödənilsəydi, bankın tələbi tam bağlanmalı və hətta ipoteka predmetinin satışından qalıq vəsait V.Abdullayevə geri qaytarılmalı idi. Hazırki halda isə avtomobil artıq kifayət qədər köhnəlməyə məruz qalmış, orada qaldığı müddətdə avtomobilin hansı ehtiyat hissələrinin yerində olub-olmaması bəlli isə deyildir. Lakin hazırki halda girov predmeti olan avtomobil həm əvvəlki bazar dəyərini itirmiş, həm də bununla da V.Abdullayevə maddi ziyan dəymişdir. Təbii ki, hazırda avtomobilin dəyəri çox aşağı düşmüş, bu da öz növbəsində isə Banka olan borcun bağlanması üçün yetərli deyildir. Nəzərə alınsa ki, həmin dövrdə ABŞ dollarının manata olan məzənnə nisbəti fərqli olduğundan borc məbləği 25350 AZN (32500 x 0.78= 25350 AZN) təşkil etmişdir. İndiki məzənnə fərqi ilə nəzərə aldıqda isə öhdəliyik daha çox olur. Qeyd edilənlərə əsasən, tərəflər arasındakı münasibətlərə uyğun olaraq avtomobilin təhvil verilməsi ilə kredit müqaviləsi üzrə qalıq borcu əzəvləşdirilməli, kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməli və əlavə olaraq 12600 USD dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Çünki V.Abdullayev avtomobilin satışından əldə edəcəyi qalıq vəsaiti (ehtimal olunan 6000 ABŞ dolları) avtomobilin Banka təhvil verildiyi 2012-ci il tarixdən bu günədək hər hansı bir bankın depozit hesabında illik 10%-lə yerləşdirə bilərdi və həmin məbləğin də üzərinə əlavə (6000*10%=6600 USD gəlir) olmaqla, ümumilikdə 12600 ABŞ dolları məbləğində qazanc əldə etmiş olardı. Lakin hazırki halda girov predmeti olan avtomobil həm əvvəlki bazar dəyərini itirdiyindən bu mümkünsüzdür. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və X7 ilə bağlanmış RBB(A)4Ü7 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilərək öhdəliyə xitam verilməsi, həmçinin dəymiş maddi zərərə görə 12 600 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəlillərinə uyğun izahat verib müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının maşını götürüb haradasa saxlaması banka təhvil verilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı özü də bankda çalışdığına görə o özü də prosesin necə işlədiyini, əlbəttə, bilirdi. Onun maşını saxladığı ərazinin bankla hər hansı əlaqəsi yoxdur. Həmçinin maşın qiymətləndirilmiş, hərrac keçirilmiş və bu barədə də protokol mövcuddur. Bundan əlavə qarşı tərəf bildirdi ki, maşın 2011-ci ilin axırı, 2012-ci ilin əvvəlində təhvil verilmişdir. 2016-cı ilə qədər iddiaçı tərəfindən xeyli miqdarda ödənişlər edilmişdir. Bu halda sual yaranır ki, iddiaçı niyə bu ödənişləri etmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, İddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizələri qismən təmin edilməlidir. İş materiallarında olan,Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/İ0 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı kredit üzrə 29556,06 ABŞ dolları əsas borc, 3354 ABŞ dolları faiz borcu, 2090 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35000.06 ABŞ dolları borcun “NİKOYL" İKB-nın xeyrinə tutulması, cavabdeh İddiaçı kredit üzrə 29 556,06 (iyirmi doqquz min, beş yüz əlli altı dollar altı sent) ABŞ dolları əsas borc, 3354 (üç min üç yüz əlli dörd) ABŞ dolları faiz borcunun, gecikdirməyə görə xx.xx.2010-cu il tarixdək hesablanmış 2090 (iki min doxsan) ABŞ dolları cərimə, cəmi 35000,06 (otuz beş min dollar altı sent) ABŞ dolları borc (ekvivalenti Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) “NİKOYL" İKB-nın xeyrinə tutulması, iddia tələbinin 2001-ci il buraxılışlı, “Mercedes Benz 320 markalı, ban VDB200261A202629 olan, gümüşü metal rəngli, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin cavabdeh X6 verilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsi üçün yetərli olmadıqda qalan borc qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh İddiaçı tutulması, iddia qismən təmin edildiyindən, iddiaçı "xxxx" İKB tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5,7%-i, yəni, 1,2 (bir manat iyirmi qəpik) manatın iddiaçıya aid edilməsi, qalan 94,3%-i, yəni 18,8 (on səkkiz manat doxsan qəpiyi) manatın cavabdehlər İddiaçı və X2 bərabər şəkildə tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan, "xxxx" X5 tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli 2(004)- 2402/10 saylı qətnaməsi ilə "xxxx" İKBnin İddiaçı qarşı iddiası təmin edilmiş və bu barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Məhkəmə qətnaməsi çıxdıqdan sonra İddiaçı Banka gələrək kredit müqavilələri üzrə borcun gecikdirilmiş hissəsini ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Yasamal Rayon məhkəməsinin 19 may 2010-cu il tarixli 2(004)-2402/10 saylı qətnaməsini icraya yönəldilməməsi xahiş edilmişdir. İş materiallarında olan,Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/İ0 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, qətnamə 21 iyun 2010-cu il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi 21 iyun 2010-cu il tarixdə verilmişdir. İş materiallarında olan, "xxxx" X5 tərəfindən Yasamal Rayon Məhkəmə İcraçıları şöbəsinə ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubundan görünür ki, cavabdeh İddiaçı qarşı “borc tələbinə” dair icraatda olana icra işinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarmalarını xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra şəbəsi tərəfindən Azərbaycan Respublikası DİN BBDYPİ-Nə ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubunda məyyən edilir ki, X6 məxsus «Mersedes Benz-320» markalı **-GF-*** d.q.n. avtomaşının üzərinə müvvəqəti qadağa qoyulmuşdur. Zərurət aradan qalxdığı üçün göstərilən avtomaşının üzərinə qoyulmuş qadağanın götürülməsi xahiş olunmuşdur. İş materiallarında olan Yasamal İcra şöbəsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi tələbkarın rəsmi ərizəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli məktubuna əsasən, Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi tələbakrın xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən icar olunması üçün təkrarən göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Abdıyev Əziz Ehtiram oğlunun banka Yasamal rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə xx.xx.2011-ci il tarixə 18078 USD borcu qalmışdır. Həmçinin qeyd edilməlidir ki, qətnamə üzrə Ə.Abdıyev tərəfindən banka həmin dövrdə 16922 USD ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına (xx.xx.2024-cü il tarixdə elektron kabinetə yüklənib) əsasən Abdıyev Əziz Ehtiram oğlunun banka Yasamal Rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə 13415.75 USD borcu qalmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ES/2023 saylı xx.xx.2023cü il tarixli qiymətləndirmə rəyinin analoq hissəsində qeyd edilir ki, mütəxəssis tərəfindən aparılmış araşdırmaya əsasən (dayanacağın mühafizəçisinin dediyinə görə) müəyyən edilir ki, minik avtomobili 10 ilə yaxındır ki, avtomobil dayanacağında istifadəsiz vəziyyətdədir. X6 məxsus “Mercedes Benz 320 markalı minik avtomobilin xx.xx.2023-cü il tarixə olan bazar qiyməti 3500 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8964 saylı rəyinin nəticə hissəsinə əsasən, 2001-ci il buraxılışlı “Mercedes Benz 320” minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (saz) vəziyyətdə halhazırda orta bazar qiyməti nəzəri qaydada təxminən 10500 (6176 USD x 1,70 manat) manat, 2010-cu il tarixə istifadəyə tam yararlı (saz) vəziyyətdə 16500 (20625 USD x 0,8035 AZN) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. İş materiallarında olan kredit reyestri sistemindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı 2015-2023-cü illər ərzində müxtəlif bankalarla kredit müqavilələri rəsmiləşdirmişdir. Məhkəmə iclasında iştirak edən şahid Yasamal rayon icra şəbəsinin icra məmuru X3 ifadəsində göstərmişdir ki, icra sənədi üzrə əmlakın qiymətləndirilməsi üçün mütləq qiymətləndirici əmlakın yerini müəyyənləşdirilməli, əmlaka baxış keçirilməlidir. Əmlak Keşlə qəsəbəsi ərazisində yerləşir. Həmin ərazi hündür dəmir torlarla ayrılmış sahə idi və avtomobil də həmin sahədə idi. Bundan əlavə o ərazidə “Nikol Bank”a məxsus köhnə reklam lövhələri və bankomatlar var idi. Mübahisə predmeti maşından əlavə orada digər maşınlar da var idi. Orada mühafizəçiyə yaxınlaşmışdır və mühafizə ona bildirmişdir ki, bura bankın dayanacağıdır və o da mühafizəçidir. Həmin ərazi barədə ona borclu məlumat vermişdir. İcra sənədi ona təkrar icra məqsədilə verilmişdir. Maşına baxış keçirdikdə isə müşahidə etmişdir ki, maşın əslində yaxşı vəziyyətdədir, sadəcə uzun müddət təmizliyinə və sazlığına diqqət edilməmişdir. İş materiallarında olan CD diskə baxış zamanı görünür ki, özünü mühafizəçi kimi təqdim edən şəxs bildirir ki, bura Cavabdehın ərazisidir. Əvvəlki adı “Nikoylbank” olmuşdur. Ancaq ad dəyişikliyindən sonra buraya heç kim gəlmir. Kamera olduğuna görə bu əraziyə icazəsiz buraxa bilməz. Təxminən 15-20 dəqiqə sonra bankın nümayəndəsi gələcək. Əgər onun şəxsi icazəsi olarsa, o halda əraziyə buraxa bilər. İş materiallarında olan Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Niva markalı 99-AL816 və **-AL-*** dövlət qeydiyyat nişanlı, Pauget markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillər "xxxx" İK ASC-yə, Daewoo markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil isə "xxxx" Lizinq kompansiyasının mülkiyyətindədir. Bankın nümayəndəsinin həmin ərazinin banka aidiyyatı olmaması və mübahisə predmeti olan avtomobilin dayanacaqda yerləşdirilməsinin onlara aid olmaması ilə bağlı bankın nümayəndəsinin dedikləri iş materialları ilə təkzib edilir. Məhkəmə qeyd edir ki, öhdəliyin icra edilmiş hesab edilərək öhdəliyə xitam verilməsinə dair hissədə əmlakın təhvil verilməsini araşdıraraq belə qənaətə gəlir ki, V.Abdullayev tərəfindən avtomobil banka təhvil verilmişdir. Bu da o, deməkdir ki, nəqliyyat vasitəsi ilə borc məbləği əvəzləşdirilmişdir. Bu səbəbdən də, bank müştəridən borcu tələb etməkdə haqlı deyildir. Hazırki halda da, girov əmlak olan avtomobilin fiziki olaraq banka təhvil verməsi işin halları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan bank tərəfindən icra şöbəsinə ünvanlanmış məktublar, mütəxəssis rəyində 10 ildən çox müddətə avtomobilin dayanacaqda istifadəsiz qalmasına dair qeydlər, eləcə də cd diskdə dayanacağın mühafizəçisi tərəfindən qeyd edilənlər, şahid ifadəsi və digər sübutlarla avomobilin banka fiziki olaraq təhvil verilməsi sübuta yetir. Məhkəmə qənaətinə görə belə olan halda, Abdıyev Əziz Ehtiram oğlunun və X4 Bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalmır. Belə ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixə Abdıyev Əziz Ehtiram oğlunun banka 18078 USD borcu qalmışdır. Odur ki, xx.xx.2024-cü il tarixli, 9/8964 saylı ekspert rəyində göstərilən avtomobilin 2010-cu ilə olan dəyərindən (20625 USD) maliyyə arayışında göstərilən qalıq borc məbləği (18078 USD) çıxılmalıdır. Əlavə olaraq qeyd edilir ki, 2011-ci il tarixdən sonra banka ödənilmiş 3950 USD iddiaçı tərəfindən ödənilməsi təsdiq edilmir. (təsdiq edilsə belə, bu məsələ iddiaçının lehinə olan bir haldır). Bununla bağlı, məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarış üzrə 2011-ci il tarixdən sonra banka ödənilmiş 3950 USD iddiaçı tərəfindən ödənilməsi barədə sübutunu həmin sübutu dəstəkləyən kassa mədaxil orderləri və ödəniş qəbzləri təqdim edilmədiyindən və maliyyə arayışı və hesabdan çıxarış birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan 2011-ci il tarixdən sonra ödəniş halını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin dəymiş maddi zərərə görə 12600 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair hissə ilə bağlı bildirir ki, bankın hərəkətsizliyi nəticəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin, yəni mülkiyyətçinin hüquqları məhdudlaşdırmaqla ona maddi ziyanın vurulmuşdur. Belə ki, təhvil verilən zaman avtomobilin bazar dəyərinin 20625 USD olduğu, banka isə qalıq borcu 18078 USD idi. Belə olan halda, avtomobil vaxtında satılaraq, qalıq borca ödənilsə idi, bankın tələbi tam təmin edilməli və hətta ipoteka predmetinin satışından qalıq vəsait V.Abdullayevə geri qaytarılmalı idi. Hazırki halda isə avtomobil artıq kifayət qədər köhnəlməyə məruz qalmış, orada qaldığı müddətdə avtomobilin hansı ehtiyat hissələrinin yerində olub-olmaması bəlli deyildir. Lakin hazırki halda girov predmeti olan avtomobil həm əvvəlki bazar dəyərini itirmiş, həm də bununla da V.Abdullayevə maddi ziyanın dəyməsi aşkardır. Odur ki, xx.xx.2024-cü il tarixli, 9/8964 saylı ekspert rəyində göstərilən avtomobilin 2010-2012-ci ilə olan dəyərindən (20625 USD), bankın təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilən qalıq borc məbləğini (18078 USD) çıxdıqda, 2547 USD məbləğ qalması iş materialları öz təsdiqini tapır. Qeyd edilənləri nəzərə alsaq, tərəflər arasındakı münasibətlərə uyğun olaraq avtomobilin təhvil verilməsi ilə kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməli və əlavə olaraq 2547 USD dəymiş ziyan X4 xeyrinə tutulmalıdır. İddiaçının maddi ziyanı tələb etməkdə isə hazırki halda subyektiv hüququ yoxdur. Həmin hüquq avtomobilin mülkiyyətçisi X6 aid olduğundan, ilkin iddia həmin hissədə təmin edilməməli, üçüncü şəxsin iddiası həmin hissədə qismən təmin edilərək, cavabdehdən 2547 USD dəymiş ziyan X4 xeyrinə tutulmalıdır. Çünki V.Abdullayev avtomobilin satışından əldə edəcəyi qalıq vəsaiti (ehtimal olunan 2547 USD) avtomobilin Banka təhvil verildiyi tarixdən qazanc əldə etmiş olardı. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmçinin, Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən, öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həmin Məcəllənin 531.3-cü maddəsinə əsasən əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizələri qismən təmin edilməli, "xxxx" ASC ilə Abdıyev Əziz Ehtiram oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəlik icra edilmiş hesab edilərək xitam verilməli, dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilməli, iddia ərizələri qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasənməhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin olunduğundan, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair iddia ərizələri qismən təmin edilsin. "xxxx" ASC ilə Abdıyev Əziz Ehtiram oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəlik icra edilmiş hesab edilərək xitam verilsin, dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilsin. İddia ərizələri qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manat cavabdeh "xxxx" ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar