Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-114/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: delikt) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X6 və X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən maddi ziyan olaraq 20 000 manat, mənəvi zərər olaraq 20.000 manat olmaqla, ümumilikdə 40000 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X11 qida qəbulunun çətinləşməsi ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh şöbə müdiri cərrah Əbülfəz Soltanovun anasının cərrahi əməliyyatın olmasını zərurət olduğunu bildirsədə, nəticə etibarı ilə qeyri peşəkar və səriştəsizliyi üzündən 10 gün ərzində ağır diaqnoz olmasına baxmayaraq üç əməliyyatdan sonra dünyasını dəyişmişdir. Qeyd etmək istəyir ki, anası üçün əməliyyatlar zamanı anasına yaxın qohumlar və qan bankından aldığı 5 litrə yaxın qan vurulmasını nə səbəblə olduğunu, həkimin özü ilə dəfələrlə görüşməyinə baxmayaraq heç bir dolğun və məntiqi cavab ala bilməmişdir. Əbülfəz Soltanovun buraxdığı səhv və qüsurlu əməliyyatı anasının ölümü ilə nəticələnmişdir. Halbuki birinci əməliyyatdan sonra anasının vəziyyətinin yaxşı olduğunu və əməliyyatın uğurla keçdiyini deyirdi. Qida qəbulunun çətinləşməsi diaqnozu olduğu təqdirdə, niyə məhz qarın boşluğundan yarılması və mərkəzin özünün tərtib etdiyi xx.xx.2023-cü il tarixli (kompüter tomoqrafiya) – da anasının “Sağdan İİİ, İV qabırğalarının postop sümüyü” sınıqlarının olmasının izahını verə bilməmişlər. Beləki anası beş dəfə kimyaterapiya olduqdan sonra, əməliyyatdan öncə PET/KT (əhəmiyyəti bu müayinə metodu vasitəsilə ilkin diaqnozun qoyulması ilə yanaşı, bəlli bir xəstəliyin yayılması, inkişaf dərəcəsini, o cümlədən, yerli və uzaq metastazların olub olmaması,aparılacaq müalicənin gözlənilən ef ektivliyi və faydasını əvvəlcədən qiymətləndirmək mümkündür) təyin etməsi və bu rəyin əlində olunduğu təqdirdə əməliyyata qərar verməsi həkimin qeyri peşəkar olmasının bariz nümunəsi idi. Bildirir ki, xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat verə bilərdi. X20 ikinci əməliyyatında keçirilməsinin labüd olduğunu israrlı olaraq onlara bildirmişdir. Üçüncü əməliyyatı cərahiyyə otağında deyil ümumi yataq otağında baş verməsi təxirəsalınmaz hal olduğunu bildirmiş, lakin onun və heç bir ailə üzvünün razılığı olmadan Əbülfəz Soltanov hətta əməliyyat saymaq olarsa sanitariya-gigiyena tələblərinidə kobud şəkildə pozmaqla,cərrahi müdaxiləni həyata keçirmişdir. Bu impulsiv Qanun cəlladı heç bir qanuna tabe olmadan anasının ölümünə səbəb olan əməliyyatlar həyata keçirmişdir. Ölüm halının araşdırılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycandakı vəziyyətlə inkişaf etmiş ölkələr arasında çox təəsüfki böyük fərqlər olduğunu göstəririr. X14 Ştatlarında hər bir ştatın Baş məhkəmə tibbi eksperti öz ərazisində baş vermiş demək olar ki,bütün ölüm halları haqqında məlumatlı olur
3. Cavabdeh iddia ərizəsinə etirazla bağlı ərizə ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, xəstə səttarova Nailə İskəndərovna 1962-ci təvəllüdlü təqdim olunan maüyinə sənədlərində; döş qəfəsi orqanlarının KT müayinəsində qida borusunun orta döş şöbəsində 50 mm lik bir seqmentdə ən qalın yerində 17 mm-ə çatan patoloji qalınlaşması qeyd olunur ( xərçəng?). KT müayinəsi DİAMED MEDİCAL GROUP müəssisəsində radiologiya uzmanı dr. Eray Darıcı tərəfindən rəy verilmiş, Cavabdehndə də yenidən baxılaraq təkrar dəyərləndirmədə əlavə olaraq yuxarı divar aralığının sağ paratraxeal və pretraxeal sahədə 2x1,2 sm ölçülü bir neçə ədəd patoloji limfa düyünləri aşkarlanmışdır. Həmin klinikada qarın boşluğu orqanlarının KT müayinə nəticələri də Cavabdehndə də təkrar dəyərləndirilmiş, sol böyrəküstü vəzin lateral ayaqcığında 20 mm ölçüdə kistik nodulyar qalınlaşma surrenal mts? adenoma kimi dəyərləndirilmişdir. Bunların əsasında qida borusunun orta döş şöbəsinin T2N2MO-İİİ mərhələ xərçəngi müəyyən edilərək Cavabdehndə radioloq, cərrah və kimyaterapevt tərəfindən kosultasiya olunaraq neoadyuvant PKT aparılması məsləhət görülmüşdür. Həmin vaxt cərrahi əməliyyat məsləhət görülməmiş, müvafiq protokolları rəhbər tutaraq əməliyyatönü neadyuvant polikimyaterapiya üçün yönləndirilmişdir. Bunun üçün xəstə 2023-cü ilin iyun ayından 5 kurs PKT (polikimyaterapiya) almışdır. 2023-cü ilin noyabr ayında xəstə 5 kurs PKT müalicəsindən sonra nüvə təbabəti Mərkəzində PET KT müayinəsindən keçmiş, xəstəliyin proqresi qeydə alınmışdır. Qida borusundakı şişin az da olsa kiçilməsi, limfatik kollektorda olan metastatik düyünlərin isə böyüdüyü qeyd olunmuşdur. Bədənin digər üzvlərində mütastazlar aşkarlanmamışdır. Disfagiya (qida keçiriciliyinin pozulması) davam etdiyindən və radiofarmokoloji maddənn (PET müayinəsində) hiperfiksasiya olunan düyünlərin çıxarılması mümkün sayıldığından cərrahi əməliyyat göstərişləri xəstənin yaxınları ilə müzakirə olunmuş və cərrahi əməliyyat qərarı alınmışdır. Cavabdeh üzrə 9 nömrəli 12 yanvar tarixli əmrlə təsdiq edilmiş “cərrahi əməliyyatın aparılmasına razılıq verilməsi barədə iltizam” təqdim edilmiş, tanış olunduqdan sonra razılıqla xəstə tərəfindən imzalanmışdır. Xəstəyə xx.xx.2023-cü il tarixində qida borusunun orta döş şöbəsinin xərçənginə görə A.Lyuis tipli rezeksiya əməliyyatı icra edilmişdir. Əməliyyatın Vİİİ sutkasında mədə perforasiyası səbəbilə (mədədə olan defekt KT müayinəsi tarixi ? və təkrar intraoperasion) xx.xx.2023-cü il tarixində retorakotomiya və mədə güdülündə “işemik” defektin tikilməsi ilə ləğvi icra olunmuşdur. Təkrar əməliyyatın V günündən xəstə qidalandırılmış və xx.xx.2023-cü il tarixində kafi vəziyyətdə evə yazılmışdır. Yəni 2 həftə müddətində torakal onkologiya şöbəsində nəzarət zamanı qidalanmış plevradaxili problem və fəsad izlənməmişdir.xx.xx.2023-cü il tarixində xəstə halsızlıq hərarət yüksəkliyi, öyümə və qusma şikayətləri ilə Cavabdehnə müraciət edir və torakal onkologiya şöbəsinə qospitalizə olunur. xx.xx.2023-cü il tarixli KT müayinəsində görülən ekstratorakal yaylımlı hava-maye boşluğu (retromammar absses) ön aksillyarxətt üzrə İV qabırğaarası səviyyədə drenə olunur. Kəskin qoxulu 20ml-ə qədər irinli möhtəviyyat evakasiya olunur, həmin cibin antiseptiklərlə sanasiyası aparılır. Xəstənin vəziyyətində ilk əvvəl yaxşılaşma qeyd oluna da sonra ağciyərlərdə inkişaf edən penvmoniyaya bağlı tənəffüs çatmamazlığı səbəbilə reanimasiya şöbəsinə köçürülür. SPO2 satiruasiyanın düşməsi üzündən STA(süni tənəffüs) aparatına qoşulur. Klinik və laborator dəyərlərinə uyğun müalicə tədbirlərinə baxmayaraq artan hipotoniya və bradikardiya fonunda xx.xx.2024-cü il tarixində saat 11.45-də kardiak arest qeyd olunur, aparılan reanimasion tədbirlərə baxmayaraq 12.30-da sepsislə ağırlaşan iki tərəfli yayılmış pnevmoniya fonunda ağciyər ürək çatmamazlığından ölüm konstatasiya baş verir. Patohistoloji mayinə raporu xx.xx.2023-cü il tarixli N2325870 yastı eoitel hüceyrəli karsinoma, patomorfoz (TRG) cərrahi kəsik kənarları törəmə izlənilmir, şiş adventisiya qişasına sirayet edir, regional ıimfa düyünləri (pN): 21 ədəd (5 ədəd paraezofagial, 7 ədəd kiçik piylik, 4 ədəd qarın kötüyü, 5 ədəd aorto-kaval, 1 ədəd subkarinal) limfa düyünlərində metastaz 50 ədəd ( 10 ədəd paraezofiagal, 19 ədəd kiçik piylik, 1 ədəd qarın kötüyü, 6 ədəd subkarinal 14 ədəd paratraxeal) limfa düyünlərində raktiv dəyişiklik, böyük metastatik limfa düyünün dm-1 1,9sm-dır, metastatik düyünlərdə tumor kapsulanı aşaraq ətraf toxumaya keçmişdir. Qida borusunda tumorun maksimal ölçüsü 3,1 sm-dır. İddiaçı anasının ölümünün səbəbini cərrah həkim Əbülfəz Soltanovun buraxdığı səhv və qüsurlu əməliyyatın nəticəsi ilə əlaqələndirir. Lakin bunun üçün heç bir əsas yoxdur. Belə ki, xəstənin təqdim etdiyi sənədlərdən də görünür ki, o, hələ Cavabdehnə müraciət etməmişdən əvvəl xəstəliyi ilə əlaqədar başqa tibbi klinikada müayinə olunmuş, artıq onkoloji xəstəliyi barədə özü və yaxınlarının məlumatı olmuş, məhz bundan sonra Cavabdehnə müraciət etmiş, cərrahiyyə əməliyyatı isə müraciət etdikdən dərhal sonra deyil, müəyyən müalicələrin aparılmasından sonra həyata keçirilmişdir. Bundan başqa xəstənin ölümünə səbəb cərrahiyyə əməliyyatından deyil, sepsislə ağırlaşan iki tərəfli yayılmış pnevmoniya fonunda ağciyər ürək çatmamazlığı olmuşdur. İddiaçının tələb etdiyi maddi ziyanın və mənəvi zərərin nədən ibarət olması, onların yaranma səbəblərini təsdiq edəb hər hansi sübut və sənədlər təqdim edilməmişdir. İddiaçı ərizəsində anasının müayinə və müalicəsi zamanı Cavabdeh həkimləri tərəfindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasını da göstərir.Nailə Səttarovanın Cavabdehndə müayinə və cərrahiyyə əməliyyatı zamanı cərrah həkim Əbülfəz Soltanov və digər həkimlər tərəfindən qeyd olunan Qanunun tələblərinə əməl olunmuş, xəsətəyə, eləcə də qohumlarına hərhansı ziyan vurulmamışdır. Nailə Səttarova Cavabdehndə kimyaterapiya müalicəsi və cərrahiyyə əməliyyatının aparılmasına razı olmasına dair şəxsən yazılı iltizam vermiş, müayinə və müalicəsi sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə aparılmışdır. Onun xəstəliyi barəd həkim Əbülfəz Soltanov özünə və qohumlarına məlumat vermişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 oğlu etirazı müdafiə edərək bildirmişdir ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək bildirdi ki, xəstəyə müalicə və əməliyyatların qaydalara uyğun aparıldığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
III.Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin B00398/2023 nömrəli xx.xx.2023-cü il tarixli patohistoloji müayinə aktına əsasən 1962-ci il təvəllüdlü X9 ilkin biopsiya zaman mikroskopiya: 0,2 smə qədər çapında səkkiz ədəd bozumtul-ağ rəngli biopsiya nümunələri. 1 BHA ; makroskopiya: mikroskopik preparatda ezofaqusun təbii görünümünü aradan qaldıran proliferasiya izlənilməkdədir. Proliferasiya yüksək atipik dəyişikliklər göstərən skuamoz epitellə təmsil olunmaqdadır. Tumor eozinofilik sitoplazmalı, hipoxromatik oval nüvəli, vezikulyar nüvəcikli atipik skuamoz hüceyrələrlə əsasən solid şəkildə stromanı infiltrasiya etməkdədir. Atipik mitotik aktivlik izlənilmişdir. Rəy: ezofaqus, endoskopik biopsiya;skuamoz hüceyrəli karsinoma, orta differensasiyalı.
11. Sətarova Nailə verilmiş xx.xx.2023-cü il tarixlivə xx.xx.2023-cü il tarixli iltizamlarına əsasən o, kimyaterpiyaların aparılmasına razılıq vermiş və o, kimyaterapiyanın nəticələri barədə məlumatlanıdırılmışdır.
12. Sətarova Nailə tərəfindən imzalnmış xx.xx.2023-cü il tarixli iltizama əsasən o, cəeeahi əməliyyatın aparılması barədə razılıq vermişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli 243 nömrəli arayışına əsasən X23 soltan oğlu xx.xx.2009-cu il tarixdən X3kologiya bölməsinin Bölmə rəhbəri vəzifəsində işləyir.
14. X5 Səttarova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli saat 12:35-də verilmiş iltizama əsasən həkimlər tərəfindən xəstənin (Nailə Sətarova) ölüm səbəbi barəsində tam məlumatlanmışlar. Onlar meyidin autopsiyasından qəti imtina etmişlər. Tibb işçilərinə heç bir iradları yoxdur.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh Nailə Sətarova barəsində olan L0136543 nömrəli xəstəlik tarixçəsinə əsasən xx.xx.2023-cü il tarixdə saat 13.25-də xəstə ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya gətirilmişdir. Şikayəti halsızlıq, ümumi zəiflik, təngnəfəslik, boğulma və döş qəfəsində olan ağrılardandır. Xəstə şöbə rəhbəri tərəfindən qiymətləndirilmişdir. Torakal şöbəyə yatışı verilmişdir. Döş qəfəsi kompüter tomoqrfaik müayinə nəticəsinə görə sağ retromammar sahədə maye yığıntısı izlənilmişdir. Həmin nahiyənin drenajı üçün yeri işarətlənmişdir. Xəstənin ümumi vəziyyətini nəzərə alaraq palatada prosedurun icra edilməsinə qərar verilmişdir. Müdaxilə planlanan yeri antiseptiklərlə (betadin və tibbi spirt) işləndikdən sonra 0.5% li novokain məhlulu ilə yerli keyləşdirildikdən sonra İİİ-İV qağırğaarası sahədə 5 mm-lik dəri kəsiyi edilmişdir. Alt qatlar disseksiya edildikdən sonra mandrenli trokar vasitəsilə sağ retromammar kolleksion yeri drenə edilmişdir. Drenaj dəriyə düyünlü tikişlə fiksə edilmişdir. Sarğı olunmuşdur. Drenden pis qoxulu 20 ml möhtəviyyat boşaldılmışdır. Yuyulmağa başlanmışdır. Qanda CRP və prokalsitonin dəyəri sepsis ilə uyumlu yüksək izlənmişdir. Periferik damaryolu problemi olduğundan mərkəzi kateter taxılmışdır. Təyinat verilmişdir. (həkim: Elvin Həmzəyev) xx.xx.2023-cü il tarixə saat 15.34-də xəstə ümumi vəziyyəti ağır, şikayəti halsızlıq, ümumi zəiflik, təngnəfəslik, boğulma və döş qəfəsində olan ağrılardandır. Drendən bulanıq maye gəlimi var. Dren ilə kolleksion yeri antiseptiklərlə yuyulur. Pis qoxu qismən azaldılmışdır. Simptomatik, antibakterial və dezintoksikasion müalicə aparılır. CRP yüksəkliyi davam edir. Xəstənin A/T 100/60 Nəbz 110 Saturasiya 8-10litrə oksigen dəstəyi ilə 88%-lərdədir. Ciddi taxiponoesi vardır. Periferik nəbz zəif əllənir. Xəstə reanimatoloq tərəfindən dəyərləndirilmişdir. Xəstənin vəziyyətinin ağırlığını nzərə alaraq reanimasiyaya köçürülməsi məsləhər edilmişdir. Xəstə yaxınları bilgiləndirildikdən sonra xəstə reanimasiyaya tarnsfer edilmişdir. (X24) xx.xx.2023-cü il tarixdə saat 16.55-də xəstə reanimasiyaya köçürülmüşdür. Tənəffüs çatmamazlığı səbəbilə süni tənəffüs aparatına bağlanmışdır. Xəstə reanimasiyada nəzarət altındadır (X24) xx.xx.2023-cü il tarixə saat 13.04-də xəstənin ümumi vəziyyəti ağırdır. Süni nəfəs aparatındadır. Arterial təzyiq vazopressorlarla saxlanılır. A/T 115/75 nəbz 126 saturasiya 94%-dir. Diurez kateterlədir. Çıxış saatlıq 30-70 ml arası dəyişir. Hb 82gr/dl izlənilmişdir. 1 doza eritrositar kütlə küçürülmüşdür. Xəstə reanimasiyada nəzarətdədir. Xəstəyə Toraks KT çəkilmişdir. İkitərəfli pnevmoniya olduğu görülmüşdür. Xəstənin antibiotikoterapiyası davam etməkdədir. Xəstənin drenindən pis qoxu kəsilmişdir. Rəngi açılmışdır.(X24) xx.xx.2023-cü il tarixə saat 15.39-da xəstənin ümumi vəziyyəti daha ağırdır. Süni nəfəs aparatındadır. Arterial təzyiq vazopressorlarla saxlanılır. A/T 80/55 nəbz 145 saturasiya 86%-dir. Diurez kateterlədir. Çıxış saatlıq 30 ml. Ödemləri artmışdır. Müalicədən effektiv nəticə alınmamaqdadır.Xəstənin drenindən gəlim yoxdur (X24). xx.xx.2024-cü il tarixdə saat 13.55-də ümumi vəziyyəti ağır olan xəstə də inotrop müalicəyə baxmayaraq dərinləşən hipotoniya və brodikardiya fonunda 11:45-də ürək dayanması halı baş verdi. Aparılan 45 dəqiqəlik reanimasion tədbirlərə baxmayaraq 12.30-da bioloji ölüm təsdiqlənmişdir. Ölümün səbəbi bilateral pnevmoniya və dərinləşən sepsis fonunda ağciyər ürək çatmamazlığı.(X24)
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X21 849 /KEŞ nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, “Cavabdeh”ndə Nailə Satarovanın adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Qida borusunun bədxassəli yenitörəməsi” diaqnozu aparılmış Ezafaqoqastroduodenoskopiya (xx.xx.2023. EQDS: Qida borusunda am edən xoralı törəmə), döş qəfəsinin KT müayinəsi (xx.xx.2023. KT: Qida borusunda 5sm-lik seqmentdə 17mm-ə çatan divar qalınlaşması, Cr?) və endoskopiya zamanı (xx.xx.2023. Patohistoloji rəy: Biopsiya materialı. Skvamoz hüceyrəli karsionoma, orta differensasiyalı) götürülmüş biopsiyanm patohistoloji müavin, ən düzgün təyin edilmişdir. Nailə Satarova “Cavabdeh”nə müraciət etdiyi 2023-cü ilin may-iyun ayında onda xəstəliyin inkişafı gecikmiş mərhələdə (T2N2MX) olmuşdur. Sor mərhələdə aparılmış 5 kurs polikimyaterapiyaya baxmayaraq şişin ölçüsü kiçilsə də, limfa düyünlərində yayılması artmışdır. Nailə Satarovanın üzərində xx.xx.2023-cü il tarixdə aparılmış “Qida borusu Lyuis tipli rezeksiyası”, xx.xx.2023-cü il tarixdə isə postoperativ dövrdə yaranan mədə perforasiyası səbəbilə “Retorakotomiya ilə defektin primer təmiri” cərrahi əliyyatları taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Nailə Satarovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatları, əməliyyatdan əvvəlki və sonrakı müayinə və müalicələr, habelə xəstənin reabilitasiyası Səhiyyə Nazirliyinin və Beynəlxalq Onkoloji Cəmiyyətlərin qüvvədə olan normativlərinə və bu sahədə tətbiq edilən metodikaya uyğun aparılmışdır. Nailə Satarovanın meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması barədə fikir söylənilməsi mümkün olmadı. Tibbi sənədlərə əsasən, ölümə səbəb xəstədə uzun müddət davam edən qida borusunun bəd xassəli törəməsinin orqanizmdə əmələ gətirdiyi intoksikasiyası, xəstə üzərində icra edilən böyük həcmli cərrahi əməliyyat fonunda xəstədə olan yanaşı xəstəliklərin - pnevmoniya və sepsisin ağırlaşması nəticəsində ağciyər-ürək çatmamazlığı olmuşdur. Nailə Satarovanın üzərində aparılmış cərrahiyyə əməliyyatı və müalicələrdən onun vəziyyətinin ağırlaşması, bütün patologiyalarda olduğu kimi hər bir cərrahi müdaxilədən sonra ağırlaşma hallarının baş verməsi mümkündür. Cərrahiyyə əməliyyatından sonra qida azlığı, aspirasion pnevmoniya, traxeobronxial fıstul qida borusu xərçənginin ən çox rast gəlinən ağırlaşmalarmdandır (N.Bayramov; Cərrahi Üklər. Dərslik), Son illər verilən məlumatlara görə erkən xərçəngə görə ezofaqoektomiyadan sonra ölüm göstəricisi 2-10% təşkil edir. Ən çox rast gəlinən problem isə ağciyər ağırlaşmalarıdır. Xəstələrin 10-35%-də pnevmoniya inkişaf edir, isə respirator distress sindromdan əziyyət çəkirlər. Xəstələrin 10%-də ürək patogiyaları ilə əlaqədar problemlərə, xüsusən də qulaqcıq səyriməsinə daha çox rast gəlinir.Anastomoz tikişlərinin çatmamazlığına 5-10% (orta hesabla 7%) hallarda rast gəlinir və bu döşdaxili anastomozda olan hallarda həyat üçün ən təhlükəli ağırlaşma sayılır (N.A.Qasımov, A.Kazımov, E.Y.Şərifov; Qida borusunun cərrahi xəstəlikləri, lik). X1 tərəfindən aparılmış əməliyyatlar düzgün həyata keçirilmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Vəfat edən şəxs onun qayınanasıdır. Onlar ilk dəfə müraciət etdikdə, qida borusu xərçəngi xəstəliyinin olması müəyyən olunmuşdur. Həkim onlara yaxşı vaxt, yəni xəstəliyin yüngül mərhələsində müraciət etdiyini bildirmişdir. Onlar daha sonra görmüşlər ki, xəstəyə olunan terapiya müalicələri əksinə onun səhhətini pisləşdirir. Bu zaman başqa xəstəxanaya müraciət etməli olmuşlar. Daha sonra onlar yenidən xəstəni Onkologiya Mərkəzinə gətirdikdə, Əbülfəz doktor mütləq əməliyyatın lazım olduğunu bildirmişdir. Beləliklə qayınanası əməliyyat olunmuş və həkim onlara xəstənin PKT müayinəsindən mütləq keçməli olduğunu bildirmişdir. Həmin müayinənin dəyəri 1500 manat təşkil edir. Əməliyyatdan sonra həkim onlara xəstənin boğazından 2 ədəd şiş çıxartdığını bildirmişdir. Lakin PKT müayinəsində həmin şişlər aşkar olunmamışdır. Həmin müayinəni onlar həm əməliyyatdan əvvəl, həm də sonra etdirmişlər. 1-ci əməliyyatdan sonra xəstə qismən özünə gəlir. Bir müddət sonra görmüşlər ki, xəstə getdikcə zəifləyir. Həkim yenidən xəstəni müayinə etdikdə özü onlara bildirmişdir ki, əməliyyat yerinin tikişi açılıb. Köməkçisi onlara bildirmişdir ki, həmin yaranı həkim tikib, onun xəbəri yoxdur. Əməliyyatdan sonra həkim onlara şüa etdirməyi bildirmişdir. Şüanı edən həkim yara böyük və xəstə yaşlı olduğundan həmin prosesi icra etməmişdir. Onlar meyiti gördükdə gözlərinə inana bilməmişlər. Meyit qapqara rəngdədi idi. Bir də onu bildirir ki, onlara dəfələrlə qan aldırıblar. Onların məqsədi hər dəfə xəstəyə yeni qan köçürməklə etdikləri səhvlərin bir növ ört-basdır edərək xəstəni yaşatmaq idi.
18. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, iddiaçı onun baldızıdır. Vəfat edən şəxs qayınanası olub. Xəstəni sonuncu dəfə əməliyyata götürdükdə vəziyyəti ağır idi. Bu zaman baldızını sənəd dalınca göndərmişdilər. O da palatada qayınanasının yanında olan vaxt tibb bacısının əlində müxtəlif əməliyyat avadanlıqları ilə içəri daxil olduğunu görmüşdür. Sonra Əbülfəz həkim və onun köməkçisi gəlmişvə xəstənin sinə hissəsində kəsik açaraq əməliyyat etməyə başlamışlar. O, bu zaman onlara etirazını bildirərək, buranın əməliyyat otağının olmadığını bildirmiş, sanitariya qaydalarına uyğun olmayan yer olduğunu bildirmişdir. Həkim xəstəyə drenaj qoyulduğunu bildirmişdir. Həmin həkim öz fəaliyyətini düzgün şəkildə yerinə yetirməyərək, palatanın içində xəstəni əməliyyat etmişdir.
19. Məhkəmə iclasında şahid qismində dindirilən (ekspert) X18 ifadəsində bildirmişdir ki,qida borusu boyun, döş və qarın hissəsi olmaqla 3 hissədən ibarətdir. N.Sətarovadı bədxassəli şiş döş qəfəsi nahiyəsi olan hissədi olmuşdur. Bədxassəli şiş olan xəstələrin immunitet sistemi zəfiləyir, halsız olur. Xəstəyə diaqnoz qoyulmağı protokala uyğun olmuşdur. Cərrahi müdaxilələr düzgün həyata keçirilmişdir. Hər bir xəstədə ağırlaşma halları ola bilər. Xəstə xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə buraxılmış, 2 həftə sonra yəni 28.1.2023-cü il tarixdə vəziyyətinin ağırlaşması ilə xəstəxanaya müarciət etmişdir. 14 gün ev şəraitində olmuşdur. Tibb üzrə protokol var, xəstə gələn zaman müailəcələr, əməliyyatlar həmin protokola uyğun aparılır. Bu halda hər şey protokola uyğun həyata keçirilmiş, əvvəlcə xəstəyə kimyaterapiya təyin edilmiş, daha sonra əməliyyat taxixi müəyyən edilərək, xəstə əməliyyat olunmuşdur. Əməliyyatdan əvvəl kimyaterapiya təyin edilməlidir, çünki xəstənin şişi böyük olur və onun yerinin müəyyən etmək olmur. Kimyaterapiya nəticəsində şiş balacalaşır. Təqdim edilmiş sənədlərə əsasən bütün prosedurlar düzgün həyata keçirilmişdir.
20. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
24. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
25. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
26. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
27. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
29. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
30. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
31. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
32. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
33. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
34. Məhkəmə qeyd edir ki, hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin onun səhhətinə zərər vurmasını və buna görə də sonuncunun əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir.
35. İşin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı anasının xəstəliyi ilə əlaqədar olaraq Cavabdehnə müraciət etmiş, müalicə və əməliyyatlar cərrah Əlövsət Soltanov tərəfindən aparılmışdır. Müalicənin və əməliyyatların aparılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə xəstəxanaya hissə-hissə 20.000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı hazırda cavabdeh xəstəxanada fəaliyyət göstərən cərrah Əlövsət Soltanovun səhv müalicəsi və əməliyyatları nəticəsində anasının ölümü ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq 20.000 manat məbləğində maddi ziyanın Cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb edir.
36. İddianın predmeti xüsusi bilik tələb edən məsələ ilə bağlı olduğundan məhkəmə qərarı əsasında mülki iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X22 Şəxsi tərəfindən məhkəmə-tibbi ekspertizası keçirilmiş, tərəflərin təqdim etdikləri tibbi sənədlər əsasında araşdırma aparılmış və Birlik tərəfindən iş materialındakı məlumatlara, tibbi sənədlərdə yazılanlara, məhkəmə-tibbi ekspertizasına əsaslanmış ekspert rəyi məhkəməyə göndərilmişdir.
37. Beləliklə, mülki işdə olan sübutlarla və ekspertizanın rəyi ilə təsdiq edilir ki, X8 Cavabdeh cərraı Əbülfəz Soltanov tərəfindən aparılmış əməliyyatlar düzgün həyata keçirilmişdir. Əməliyyatların səhv aparılması halları müəyyən edilməmişdir.
38. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
39. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
41. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
42. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
43. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eyni zamanda cavabdehin təqsirli olmasını sübut edə bilmədiyindən onun Cavabdehnə qarşı iddiası maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.
44. Həmçinin iddiaçı mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.
45. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”
46. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
48. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə və zərərvuran şəxsin təqsiri müəyyən edilmədiyindən iddia mənəvi zərərin tutulması hissəsində də təmin oluna bilməz.
49. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Məhkəmə hesab edir ki,iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil