Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1158/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehydın oğlundan “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 46.20 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun ümumilikdə 176.60 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 5 saylı Evlər idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 73 saylı Arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Məcidov (keçmiş Bəsdi Bağırova), küçəsi 5Q saylı evin, 18 №-li mənzilinin sahibi cavabdehdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Cavabdeh ilə iddiaçı arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstəriməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixinədək son ödəməsini etmiş və xx.xx.2014-cü il tarixdə 11.40 manat borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında 2360 N saylı akt tərtib olunanadək sonuncu dəfə xx.xx.2014-cü il tarixində həmin binaya baxış keçirilmişdir. Bundan sonra, xx.xx.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 2360 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirəm ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi xx.xx.2014-cü ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2015-ci ilədək olan müddət 154 gün təşkil edir. Bu da hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə ümumilikdə 46.20 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmilş, lakin məktub geri qaytarılmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (yüz) manat pul ödəyir. Ona görə də iddia tələbinin əsaslı olduğundan təmin edilməsi xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirilməsi, tərəfindən iş materiallarına əlavə edilmiş sübutları, o cümlədən DVD diskdəki video qeydini tədqiq edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun tərəfindən heç bir qanunsuz qoşulma olmamış, kabel televiziyası xidmətlərindən istifadə etməmişdir. Ümumiyyətlə həmin illərdə o, həmin ünvanda yaşamamışdır. İddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 73 saylı Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 5 saylı Mənzil Komunal İstismar sahəsi tərəfinindən verilən arayışdan görünür ki, Cavabdeh H.Məcidov (keçmiş Bəsdi Bağırova) küçəsi ev 5Q mənzil 18-də ev sahibidir, qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 31 yanvar 2015-ci il tarixli 2360 saylı akta əsasən, Yasamal rayonu Bəsdi Bağırova küçəsi ev 5Q mənzil 18 ünvanında “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, “AG Telekom" MMC tərəfindən ünvan 2 ünvanının sahibi Cavabdeh ilə “AG Telekom" MMC arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2007-ci il tarixində bu ünvan “KATV1” kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixədək son ödəməsini etmiş, xx.xx.2014-cü il tarixdə 11 manat 40 qəpik borcla şəbəkədən ayrılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli digər arayışdan görünür ki, 2360 saylı akt tərtib olunana qədər ünvan 2 ünvanına sonuncu dəfə xx.xx.2014-cü il tarixində baxış keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli aktın tərtibi zamanı cavabdehin və ya onun ailə üzvünün iştirakı təmin edilməmişdir. Habelə müvafiq aktın sonuncuya təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Aktı tərdib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. xx.xx.2015-ci il tarixdə tərtib edilməsinə bağmayaraq 3 il ərzində həmin aktla bağlı cavabdehdən pul istənməmiş və 8 ildən sonra həmin akta əsaslanaraq məhkəməyə müraciət olunmuşdur. Aktda mənzilin qapısını açan olmadı bildirilmişdir. Yəni, iddiaçı tərəfindən aktın tərtib edilməsi qaydaları pozulduğuna görə İddiaçı MMC-nin (K@TV1) tərtib etdiyi 31 yanvar 2015-ci il tarixli 2360 saylı nömrəli akt qüsurlu olmaqla, mötəbər sübut kimi qəbul edilə bilməz və cavabdehdən istifadə etmədiyi televiziya kanallarına görə pul tələb edilməsi üçün yetərli deyildir. Həmçinin, iddiaçı iş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntüyə əsaslandığını bildirsə də, məhkəmə iclasında həmin videogörüntülər izlənilmiş və məlum olmuşdur ki, videoçəkiliş digər şəxsin xəbəri olmadan, qanunsuz olaraq aparılmışdır. Buna görə də qeyd olunan videogörüntü sübut kimi qiymətləndirilə bilməz. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Çünki, cavabdehin hər hansı bir qanunsuz hərəkətləri (dilekt) nəticəsində iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçının qarşısında müqavilədən irəli gələn öhdəliyi və ya delikt nəticəsində yaranmış hər hansı bir öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki, iddiaçı sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1158/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1158/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver