Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1179/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı “Yelo Bank” (İddiaçı İK ASC) ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Yelo Bank” (İddiaçı İK ASC) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı İK ASC borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair əmr çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən borclu Cavabdeh ilə kreditor İddiaçı İK ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 25-Y-1-0-139-15 saylı öhdəlik müqaviləsi üzrə 4991,58 ABŞ dolları əsas borc, 2031,97 ABŞ dolları cərimə borcu, 5572,78 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 12596,33 ABŞ dolları və 20 manat dövlət rüsumunun borclu Cavabdeh kreditor İddiaçı İK ASC-nin xeyrinə tutulması barədə 17 aprel 2018-ci il tarixli, e-2(004)-4226/2018 saylı əmr çıxarılmışdır. Borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon 17 aprel 2018-ci il tarixli, e-2(004)- 4226/2018 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1179/2023 nömrəli qərardadı ilə borclu Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(004)-4226/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilmişdir. “Yelo Bank” (İddiaçı İK ASC) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia tələbinin həcminin artırılması zərurəti yarandığını bildirmişdir. Belə ki, cavabdehdən bankın xeyrinə kredit borcunun tutulması ilə bağlı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, iş üzrə xx.xx.2018-ci il tarixdə ərizənin təmin edilməsi barədə məhkəmə əmri qəbul edilmiş, lakin uzun müddət keçdikdən sonra Cavabdeh ərizəsinə əsasən məhkəmə əmri ləğv etmiş, lakin həmin müddət ərzində cavabdeh tərəfindən ödənişlər olunmuş, əlavə olaraq kredit müqaviləsinin müddəti bitdiyindən illik 5 faiz hesablanmışdır və bu səbəbdən borc məbləğinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 4232,23 ABŞ dolları, faiz borcu 2031,97 ABŞ dolları, cərimə borcu 5572,78 ABŞ dolları və müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faizlə hesablanmış 1501,75 ABŞ dollan olmaqla, ümumi borcu 13338,73 ABŞ dolları təşkil edir. Ona görə də, Cavabdeh 21 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4232,23 ABŞ dolları əsas, 2031,97 dolları faiz, 5572,78 ABŞ dollan cərimə borcu və müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixədək illik 5 faizlə hesablanmış 1501,75 ABŞ dollan olmaqla, ümumilikdə cəmi 13338,73 ABŞ dolları kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Yelo Bank” (İddiaçı İK ASC) ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı İK ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2015-ci il tarixli, 25-Y-1-0-139- 15 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 26% dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit istehlak məqsədilə verilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə illik 26 faizlə 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilə üzrə Cavabdeh banka xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 4232,23 ABŞ dolları, faiz borcu üzrə 2031,97 ABŞ dolları, cərimə borcu üzrə 5572,78 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc üzrə 1501,75 ABŞ dolları olmaqla, ümumilikdə 13338,73 ABŞ dolları məbləğində borcu mövcuddur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 aprel 2023-cü il tarixli, 9/1609 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 21 iyul 2015-ci il tarixli, 25-Y-1-0-139-15 saylı kredit müqaviləsində qeyd olunun şərtlər nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borc üzrə 4236,48 ABŞ dolları, faiz borcu üzrə 1028,31 ABŞ dolları və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc üzrə 1488,12 ABŞ dolları borcu mövcuddur. Ekspert rəyindən, eyni zamanda, müəyyən edilir ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; xx.xx.2018-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, İddiaçı İK ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh 5000 ABŞ dolları məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, ekspert tədqiqatı zamanı cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcu hesablanmış və rəydə göstərilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin, cərimənin və əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı İK ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 5572,78 ABŞ dolları məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 200 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı “Yelo Bank” (İddiaçı İK ASC) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə 21 iyul 2015-ci il tarixli, 25-Y-1-0-139-15 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 4232,23 ABŞ dolları əsas borc, 1028,31 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu və müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1488,12 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6948,66 ABŞ dolları Cavabdeh iddiaçı “Yelo Bank” (İddiaçı İK ASC) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi (20 manat) əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi cəmi 100 (yüz) manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 iyul 2015-ci il tarixli, 25-Y-1-0-139-15 saylı kredit müqaviləsi üzrə 4232,23 (dörd min iki yüz otuz iki ABŞ dolları iyirmi üç sent) ABŞ dolları əsas borc, 1028,31 (bir min iyirmi səkkiz ABŞ dolları otuz bir sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1488,12 (bir min dörd yüz səksən səkkiz ABŞ dolları on iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 6948,66 (altı min doqquz yüz qırx səkkiz ABŞ dolları altmış altı sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat məbləğində pul tutularaq iddiaçı “Yelo Bank” (İddiaçı İK ASC) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X2; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1179/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1179/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver