Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-118/2024 17.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iradə ifadəsini bildirməklə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsində hakimin mülki işə əvvəlcədən mövqe bildirdiyini ərizədə qeyd etmişdir. Məhkəmə qeyd edir ki, mülki işin hüquqi və faktiki hallarını müzakirə etmək hakimin, iddia tələbini əsaslandırmaq, bu istiqamətdə məhkəməyə zəruri sübutlar təqdim etmək, mülki işin hüquqi və faktiki əsaslarına dair izahatlar vermək xüsusən iddiaçı tərəfin vəzifəsidir. Hakim mülki işin müzakirəsi zamanı iddiaçı tərəfə müvafiq suallar verərək mülki işin hüquqi əsaslarını müzakirə etməsi və tərəflərin bu barədə fikirlərini alması işin nəticəsi barədə əvvəlcədən münasibət bildirmək deyildir. Hakimin qərəzli formada deyil, hüquqi vəziyyətlə bağlı tərəflərə suallar verməsi və hüquqi müzakirədə iştirak etməsi zəruridir. Belə ki, hakim mülki proses üzrə arbitr funksiyasını daşısa da, proses üzrə hərəkətsiz qalmamalı, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırmanın aparılması üçün prosessual şərait yaratmalı və bilavasitə özü də iştirak etməlidir ki, mülki iş üzrə həqiqi vəziyyət müəyyən edilsin, nəticədə qanuni qərar qəbul edilsin. Odur ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil mövqeyi ilə məhkəmə razılaşmır, həmin mövqeni əsassız hesab edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək ərizənin təmin edilməsi məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə ki, müəyyən edilir ki, iddiaçı tərəf iradə ifadəsinin bildirməklə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Nəticə etibarilə, mülki işin faktiki və hüquqi halları ilə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin dispozitiv tələbləri eynilik təşkil edir. Məhkəmə izah edir ki, əgər mülki iş məhkəmə baxış mərhələsində olsaydı, o halda məhkəmə MPM-in 259.0.11-ci maddəsinin tələblərini əsas götürməli olacaqdı. Nəzərə alaq ki, mülki iş hazırda məhkəmə hazırlıq mərhələsindədir, bu səbəbdən, iddia ərizəsi baxılmamış saxlanılmalı deyil, geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 685 (altı yüz səksən beş) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-118/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-118/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver