Məhkəmə qərarları › İş №e-2(004)-119/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-119/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-119/2025 20.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 dekabr 2017-ci il tarixində cavabdeh “Azərbaycan” nəşriyyatının qanunsuz əməli nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsi ilə sökülməsi nəticəsində məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 368 saylı ekspert rəyində göstərilən zərər 24457.0 manat məbləğində pulun, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 164 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat məbləğində pulun cavabdeh “Azərbaycan” nəşriyyatından tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sotdan ibarət olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyetri tərəfindən çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi vardır. Həmin torpaq sahələri 90 metr enində, 100 metr uzunluğundadır və torpaq tam hasara alınmışdır. Həmin hasar 2.50 metr hündürlüyündə inşa edilmişdir. Hasarın bünövrəsində, o cümlədən hər 3 metrdən bir 40x40 sm ölçüdə tumba inşa olunmuşdur. 26 dekabr 2017-ci il tarixində qonşular İddiaçı zəng vuraraq ona məxsus torpağın hasarının texnika vasitəsi ilə dağıdıldığını bildirmişdirlər. Həmin torpağa baş çəkmək üçün getdikdə torpaq sahəsinin hasarlarının iki tərəfinin dağıdılaraq yararsız hala salındığını görmüşdür. Həmin torpaq sahəsinin hasarını özünü “prezident aparatının işçisi” kimi təqdim edən sonradan isə “Azərbaycan” Nəşriyyatının nümayəndəsi olduğunu qeyd edən Cavabdeh2 adlı şəxs İddiaçı məxsus olan torpaq sahəsinin dövlətə aid olduğunu bildirib özbaşına sökmüşdür. Bundan sonra, C.Mircalal bu barədə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir və bu işlə əlaqədar AR Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə ********* saylı cinayət işi açılmışdır. İbtidai istintaq zamanı hasarın sökülməsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 368 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan İddiaçı məxsus torpaq sahəsində yerləşən tikililərin sökülməsi nəticəsində dəymiş zərər orta bazar qiymətinə uyğun olaraq 24457.0 manat məbləğində müəyyən edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Cavabdeh2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Azərbaycan Nəşriyyatının baş direktorun müşaviri vəzifəsində çalışır. Onun vəzifə səlahiyyətlərinə Azərnəşriyyatın tam səlahiyyətli nümayəndəsi olaraq etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin tapşırıqlarına uyğun olaraq vacib proqram və layihələrə başçılıq edir. Azərbaycan nəşriyyatının nümayəndəsi olan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən İddiaçı başqa digər vətəndaşlar X51, X17 və X8, X33, X41, X34, X18, X9, X19, Vəliyeva Svetlananm istifadəsində olan torpaq şairələrinin hasarlarını texnika vasitəsi ilə sökərək cinayət əməli törətmiş və sakinlərin mülkiyyət huququnu pozaraq onlara xeyli miqdarda zərər vurmuşdur. Müstəntiqin gəldiyi nəticəyə görə istintaq zamanı qeyd olunan münasibətlər həmin şəxslər arasında mülki iddia qaydasında öz həllini tapmalıdır. Törətdiyi özbaşınalıqdan sonra “Azərbaycan” nəşriyyatı öz qanunsuz hərəkətlərinə hüquqi don geyindirmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “Azərbaycan” nəşriyyatı cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxs qismində isə İddiaçı cəlb olunmaqla “İddiaçı verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş **********07 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin dövrdə tərəflərin iddiası əsasında 2 saylı İnzibati-İqtisad məhkəməsində məhkəmə çəkişməsi getdiyindən və müvafiq qərar olmadığına görə müstəntiq qərara gəlmişdir ki, şəxs barəsində cinayət təqibi başlanıla bilməz və ya başlanmış cinayət təqibinə xitam verilməlidir. Bu əsasla da 08 dekabr 2018-ci il Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2- 1(82)-3196/2018 saylı qərarı ilə “Azərbaycan” nəşriyyatının iddia tələbi təmin edilmişdir. Tərəflərindən həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarı ilə həmin şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-1(103)-795/2019 saylı qərarından tərəflərindən kassasiya şikayəti verilmiş və AR Ali Məhkəməsinin qərarı ilə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2-1(103)-711/2020 qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3196/2018 saylı 01 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Bu qərardaddan iddiaçı “Azərbaycan” nəşriyyatı kassasiya şikayəti verməmiş və qərardad qüvvəyə minmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, Cavabdeh2 bütün məhkəmə instansiyalarında “Azərbaycan” nəşriyyatının nümayəndəsi kimi çıxış edib və birbaşa “Azərbaycan” nəşriyyatının tapşırıqlarını yerinə yetirmişdir. xx.xx.2018-ci il tarixli 368 saylı məhkəmə mühəndis-texniki ekspertiza rəyinin əldə olunması üçün 18 mart 2024-cü il tarixində tərəflərindən Sabunçu Rayon Polis İdarəsinə vəkil sorğusu göndərilmiş, lakin sorğunun göndərildiyi tarixdən 2 aydan çox vaxt keçməsinə baxmayaraq, cinayət işinin arxivdə olması və buna görə də sənədin əldə olunmasının çətinliyini bəhanə gətirərək vəkil sorğusuna cavab vermədiklərini qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan” nəşriyyatının qanunsuz əməli nəticəsində İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsilə sökülməsi nəticəsində dəymiş zərər 36720 manat məbləğindəki pulun, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 201 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat məbləğində pulun cavabdeh “Azərbaycan” nəşriyyatından tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X20 cavabdeh “Azərbaycan” nəşriyyatına qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə xx.xx.2018-ci il tarixli 368 saylı məhkəmə mühəndis-texniki ekspertiza rəyində göstərilən 24457.0 manat məbləğindəki zərərin 2024-cü ilin orta bazar qiymətlərinə uyğun hesablanması üçün tərəflərindən ekspertə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinə ünvanladığım xx.xx.2024-cü il tarixli 06/171 saylı vəkil sorğusuna cavab olaraq “Azərekspertiza” birliyi tərəfindən xx.xx.2024-cü il tarixli 111 saylı ekspert rəyi təqdim olunmuşdur. Həmin ekspert rəyində xx.xx.2018-ci il tarixli 368 saylı məhkəmə mühəndis-texniki ekspertiza rəyindəki smeta cədvəlində göstərilən xidmət haqqı və materialların 2024-cü ilin orta bazar qiymətinə uyğun olan qiymətlərinin cəmi 36720 manat məbləğində hesablanmışdır. Odur ki, iddiaçı tərəf olaraq, iddia tələbinin həcminin dəqiqləşdirilməsi zəruridir. Bu halda iddia tələbinin həcmi artırılır. ARMPM-nin 53-cü maddəsində qeyd edilmişdir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin dəymiş zərərin məbləği artdığına görə tərəflərindən əlavə olaraq məhkəmə üçün dövlət rüsumu da ödənilmişdir. Məhkəmənin təşəbbüsü ilə Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində cəlb olunmuş Cavabdeh2 bu işə əlavə cavabdeh qismində cəlb olunması, qanunsuz əməl nəticəsində İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsilə sökülməsi nəticəsində dəymiş zərər 36.720 manat, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 201 manat, hüquqi yardımın göstərilməsi üçün bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat olmaqla ümumilikdə 37.241 manat məbləğində pulun cavabdehlər “Azərbaycan” nəşriyyatından və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X20 cavabdeh “Azərbaycan” nəşriyyatına qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə keçirilən məhkəmə hazırlıq iclaslarında cavabdeh “Azərbaycan” nəşriyyatının və üçüncü şəxs qismində cəlb olunmuş Cavabdeh2 məhkəmə zalında verdikləri ziddiyyətli ifadələrdən belə qənaətə gəlmək olur ki, cavabdeh və üçüncü şəxs iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməməsi üçün etdikləri əməldə biri-birilərini günahlandırır və əməlin kim tərəfindən törədilməsinin aydınlaşdırılmasında çətinlik yaranır. Belə olduğu təqdirdə, üçüncü şəxs qismində cəlb olunmuş Cavabdeh2 da bu işə əlavə cavabdeh kimi cəlb olunması zərurəti yaranır. Cavabdeh2 iddiaya etiraz verərək, İddiaçı onu cavabdeh qismində cəlb edilməyini tələb etməsi barədə ərizənin rədd edilərək, ümumi iddiasının təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdeh “Azərbaycan” nəşriyyatına qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş icraatdadır. Həmin iş üzrə iddiaçının vəkil-nümayəndəsi sonuncu proses zamanı ərizə ilə müraciət edərək, onun da iş üzrə cavabdeh qismində cəld olunmasını, eyni zamanda qanunsuz əməl nəticəsində İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsi ilə sökülməsi nəticəsində dəymiş zərər 36.720 manat, məhkəmə üşün ödənilmiş dövlət rüsumu 201 manat, hüquqi yardımın göstərilməsii üçün baçlanmış müqavilləyə gürə ödənilmiş 320 manat olmaqla ümumilikdə 37.241 manat məbləğində pulun cavabdehlər “Azərbaycan” nəşriyyatından və Cavabdeh2, yəni məndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsini tələb etmişdir. Hesab edir ki, bu ərizənin və ümumilikdə iddianın təmin edilməsi yolverilməzdir. Belə ki, ilk olaraq ondan başlamaq istərdi ki, iddiaçı tərəf AR MPM-nin 77-ci madddəsinin tələblərinə uyğun olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının mülkiyyətində Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsi olmasına dair sənəd var və həmin torpaq sahəsi təqdim etdiyi sənədə əsasən ona ev tikməkdən ötrü verilmişdir. Lakin, iddiaçı həmin torpaq sahəsinin dəqiq koordonantlarını təsdiq edəcək hansısa bir sənədi məhkəməyə təqdim etməmişdir. Nardaran kifayət qədər böyük bir qəsəbədir. “Nə üçün iddiaçı hesab edir ki, məhz mübahisələndirdiyi sahə ona aiddir? Özü də həmin sahə təsərrüfat təyinatlı olmağına rəğmən?” Onun fikrincə, yaşayış sahəsi üçün ayrılmış torpaq sahəsi ilə təsərrüfat təyinatlı torpaq sahələri arasında böyük fərq var və bu az-çox hüquq sahəsi üzrə çalışmış hər bir şəxsə məlumdur. Məhkəmə prosesində təqdim etdiyi Bakı şəhəri, Sabunçu rayon İH Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim olunmuş xx.xx.2018-ci il tarixli, 3/19 saylı məktubdan görünür ki, İddiaçı və X59 Nardaran Qəsəbə Nümayəndəliyi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda AR ƏMDK yanında DƏDRX-nin 1 saylı ərazi idarəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan da aydın olur ki,İddiaçı verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X60 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilmişdir. İdarənin arxiv və elektron kadastr baza məlumatlarında müvafiq qeydlər aparılmışdır. Onun AR MPM-nin 53-cü maddəsi ilə işə cavabdeh qismində cəlb olunma və dəymiş maddi ziyanın müştərək qaydada ödənilməsi məsələsinə gəldikdə isə bildirir ki, AR qanunvericiliyinə əsasən hər bir hüquqi və ya fiziki şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə bütün idarə və təşkilatlarda təmsil oluna bilər, etibarnamə verilmiş şəxs etibarnamə vermiş şəxsin adından etibarnamədə göstərilmiş bütün hərəkətləri edə bilər. Bu zaman icra olunmuş bütün hərəkətlər təmsil olunan şəxsin adından icra olunmuş sayılır. Belə ki, etibarnamə - bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Onun cavabdeh kimi bu işə nə aidiyyatı var? O hansı əsaslarla iş üzrə cavabdeh qismində cəlb edilə bilər? Bundan başqa AR MPM-nin 51.3 maddəsinə əsasən məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İndi ona maraqlı gələn odur ki, onun cavabdeh qismində cəlb olunmağı üçün hansı əsaslar məhkəmə baxışı prosesində əmələ gəlib və iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını nə ilə əsaslandırmışdır? İddaçının uydurması olan fərziyyələrlə ki, o və cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsi üçün bir-birlərini günahlandırırlar? Və o ziddiyyətli ifadələr vermişdir? Keçirilən bütün məhkəmə proseslərinin video görüntüləri var. Əgər nümayəndə-vəkilin hansısa bir səbəbdən yaddaşından proseslər zamanı baş vermiş hadisələr və ifadələr haqqında məlumat silinibsə, həmin video görüntülərə baxmalı və onu bir daha təhqir etməməlidir. İlkin iddiasında onu cinayətkar adlandırmış, səriştəsiz olduğunu zənn edib lazımi münasibət bildirməmişdir. İndi də olmayan şeyləri onun boynuna qoyması nə dərəcədə etikdir? Daha sonra cavabdeh ilkin iddiada sökülmüş hasar barədə məlumat verərkən torpaq sahəsinin enini 90 metr, uzunluğunu isə 100 metr göstərsə də, sahəsinin 66 sot olduğunu bildirir. Əslində isə göstərilən ölçülərlə torpaq sahəsi 66 yox, 90 sot edir. İddiaçının təqdim etdiyi çıxarışda isə torpaq sahəsinin ölçüsü 66 sot göstərilir. Belə olan halda iddiaçının istər 66, istərsə də 90 sot torpaq sahəsinin hasarının sökülməsi nəticəsində ona 36.720 manat ziyan dəyməsini tələb etməsi üçün subyektiv hüququ varmı? Yəni təkrar da olsa, bir daha vurğulayır ki, idddiaçı əvvəlcə ona məxsus olan torpağın koordinantlarını məhkəməyə təqdim etməli və sübut etməlidir ki, iddiaçıya ev tikmək üçün ayrılmış 66 sot torpaq sahəsi “Azərnəşriyyat”ın mülkiyyətində olan təsərrüfat təyinatlı torpaqla üst-üstə düşür. Məhz bundan sonra digər məsələlərin həllinə baxmaq olar. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə iddiaya etiraz verərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsilə sökülməsi nəticəsində dəymiş zərər 36.720,00 manat, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 201,00 manat, hüquqi yardımın göstərilməsi üçün bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat olmaqla, ümumilikdə 37.241,00 manat məbləğində pulun ödənilməsi barədə iddia tələbi əsassızdır və müvafiq iddia tələbini “Azərbaycan Nəşriyyatı" MMC-yə münasibətdə mümkünsüz hesab edirlər Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili olan Vəkil vasitəsilə “İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsilə sökülməsi nəticəsində dəymiş zərər 36.720,00 manat, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 201,00 manat, hüquqi yardımın göstərilməsi üçün bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat olmaqla, ümumilikdə 37.241,00 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Daha öncə keçirilmiş hazırlıq iclaslarında tərəflərindən bildirilmiş şifahi etirazlarda olduğu kimi, iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi iddiaların bu göstərilən səbəblərdən əsassız olması ilə bağlı halları təkrarən diqqətə çatdırırlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məcəllənin müvafiq maddəsindən aydın olduğu kimi, hüquqi və ya fiziki şəxsin müvafiq məsuliyyətinin yaranması üçün işçi aşağıdakılardan biri: - əmək müqaviləsi əsasında iş görən fiziki şəxs; - və ya mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs olmalıdır. Bununla yanaşı, işçi müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməlidir. Məlum olduğu kimi, iddia ərizəsində Cinayət işinin icraatına xitam verilməsi haqqında müvafiq qərara istinad edilərək, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının Cavabdeh2 iştirakı ilə söküldüyü iddia olunur. Nəzərə çatdırırlar ki, hasarının söküntüsünün baş verdiyinin iddia edildiyi tarixdə (xx.xx.2017-ci il) Cavabdeh2 "xxxx" MMC-nin əmək müqaviləsi əsasında iş görən işçisi və ya “Azərbaycan Nəşriyyatı" MMC-yə mülki hüquqi müqavilə əsasında iş görən fiziki şəxs olmayıb. Belə ki, Cavabdeh2 ilə qeyd olunan dövrdə mülki hüquqi müqavilə bağlanılmayıb və həmin şəxslə mülki hüquqi müqavilə əsasında müvafiq işlərin icrası və ya xidmətlərin göstərilməsi razılaşdırılmayıb. Eyni zamanda, sözügedən tarixdə Cavabdeh2 ilə "xxxx" MMC arasında qüvvədə olan əmək müqaviləsi mövcud olmayıb. Cavabdeh2 xx.xx.2017-ci il tarixində ona verilmiş etibarnamə əsasında (əlavə olunur) "xxxx" MMC-ni məhkəmələrdə təmsil etmişdir. Etibarnamənin məzmunu "xxxx" MMC-nin adından bütün məhkəmə instansiyalarında iddaçı və cavabdeh olduğu işlərdə nümayəndə qismində çıxış edilməsi, həmçinin iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar səlahiyyətlərin etibar edilməsi”ndən ibarət olmuşdur. Cavabdeh2 verilmiş etibarnamədə göstərilənlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsində təsbit olunduğu kimi işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri ehtiva edib. Etibarnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Cavabdeh2 etibar edilmiş səlahiyyətlər dəqiq göstərilib, "xxxx" MMC tərəfindən Cavabdeh2 özgəsinə məxsus daşınmaz əmlaklarla bağlı hər hansı hərəkət və hərəkətsizliyin aparılması ilə bağlı hüquqlar etibar edilməmişdir. Qeyd olunanlardan aydın olduğu kimi, iddia olunan hərəkətlər "xxxx" MMC-nin hər hansı rəhbər şəxsinin və ya əməkdaşının tapşırığı və ya nəzarəti, həmçinin məlumatı olmaqla aparılmayıb. Bu səbəblərdən irəli gələrək nəzərə çatdırmaq istərdilər ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında iddia predmeti üzrə münasibətləri tənzimləyən hüquqi əlaqə yoxdur. Beləliklə, müvafiq iddiaya münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099-cu maddəsinin tətbiq edilməsi üçün hüquqi əsas mövcud deyil. İşin hallarının hərtərəfli təhlili, həmçinin müvafiq məhkəmə instansiyasının məlumatlandırılması məqsədilə həmçinin nəzərinizə çatdırmaq istərdilər ki, Cavabdeh2 ilə əmək münasibətlərinə xx.xx.2018-ci il tarixində onunla bağlanmış əmək müqaviləsi əsasında başlanılıb (əmək müqaviləsi bildirişi əlavə olunur). xx.xx.2018-xx.xx.2022-ci il tarixlərində Cavabdeh2 "xxxx" MMC-nin baş direktorunun müşaviri (layihələr üzrə) vəzifəsini icra edib və həmin vəzifə üzrə öhdəlikləri müəyyən edən sənədlərdə də Cavabdeh2 daşınmaz əmlaklarla bağlı hər hansı vəzifənin icrası həvalə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.66 ha olan yaşayış məntəqələrinin torpaqları olan bağ sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2014cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, HK-1/317 nömrəli ekspert rəyinə əsasən tədqiq olunan İddiaçı məxsus torpaq sahəsinə çəkilmiş daş hasarın sökülməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı ə istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 24457,0 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli, 111 nömrəli ekspert rəyinə əsasən xidmət haqqı və materialların 2024-cü il üçün orta bazar qiymətlərinin müəyyən edilərək ümumilikdə cəmi 36720 manat məbləğində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli **********96 nömrəli “Azərbaycan” Nəşriyyatına göndərilmiş cavab məktubuna əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 nömrəli qərarı ilə Б 000369 nömrəli “X40 aid Dövlət aktı” əsasında “Kommunist” nəşriyyatına yardımçı kənd təsərrüfatının yaradılması məqsədilə ayrılmış 15,0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi barədə xx.xx.2017-ci il tarixli 7/08 nömrəli məktubuna Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Arxivdə apardıqları araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin qərar əsasında “Kommunist” nəşriyyatına verilmiş Б 000369 nömrəli “X40 aid Dövlət aktına dair ilkin sənədlər mövcuddur. Bildirirlər ki, qüvvədə olan Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın Dövlət reyestrində dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilir. Qeyd olunanları nəzərə alaraq, məktubda qaldırılan məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etmək məqsədəmüvafiqdir. Tərtib ediləcək çıxarışla birgə onun ayrılmaz hissəsi olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi sizə təqdim olunacaq və həmin sənəddə torpaq sahəsinə dair məlumatlar öz əksini tapacağı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, **********31 nömrəli Azərbaycan Respublikasl Vəkillər Kollegiyasının Abşeron rayon Hüquq Məsləhətxanasına ünvanlanmış məktuba əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 06.05 1980-cı il tarixli 195 nömrəli qərarı ilə “Kommunist” nəşriyyatına yardımçı kənd təsərrüfatının yaradılması məqsədilə ayrılmış 15,0 ha torpaq sahəsinin hazırkı varisi olan “Azərbaycan nəşriyyatının istifadəsində olması barədə məlumatın verilməsi ilə bağlı xx.xx.2016-cı ii tarixli 90/75 nömrəli məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildirirlər ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində həmin qərar əsasında "Kommunist” nəşriyyatına verilmiş “X40 aid Dövlət aktı”na dair ilkin hüquqmüəyyənedici sənədlər mövcuddur. Bununla yanaşı, “Azərbaycan” nəşriyyatı tərəfindən hal-hazırda həmin ərazidən istifadə olunub-olunmaması barədə hər hansı bir məlumat mövcud olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********61 nömrəli 2 saylı Bakı İntibati-İqtisadi Məhkəməsinə ünvanlanmış məktuba əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində xx.xx.2019-cu il tarixli 2-1(82)-3196/2018 (**********) nömrəli müraciətə baxılmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-cu ıl tarixli, 2-1(82)- 3196/2018 saylı qərarına əsasən iddia tələbi təmin edilmiş, İddiaçı verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X60 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilmişdir. İdarənin arxiv və elektron kadastr baza məlumatlarında müvafiq qeydlər aparıldığı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 3/19 nömrəli 2 saylı Bakı İntibati-İqtisadi Məhkəməsinə ünvanlanmış məktuba əsasən iddiaçı “Azərbaycan” Nəşriyyatının Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X59 verilmiş **********07 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə bağlı bildirir ki, İddiaçı və X59 Nardaran Qəsəbə Nümayəndəliyi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İddia ərizəsində göstərilən 28 fevral 2005-ci il tarxili 05/445 saylı qərarla X21 torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsi “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd edilənlərə əsaslanıb bildirirlər ki, iddia tələbinin qanunvericiliyin tələblərinə əsasən təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxırlar. İş materiallarında olan “Azərbaycan” Nəşriyyatının Azərbaycan Respublikası Daxili İşlər naziri cənab R.İ.Usubova ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeçiliyində olan “Azərbaycan” nəşriyyatının Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində sahəsi 15 ha olan yardımçı təsərrüfatı yerləşir. Lakin, bir qrup Nardaran kənd sakini həmin ərazini zəbt etdikləri üçün onlar faktiki olaraq öz yardımçı təsərrüfatlarından istifadə edə bilmirlər. “Buralar bizə ata-babalarımızdan miras qalmışdır” deyərək işçiləri əraziyə buraxmırlar. Onlar işçilərə hücum edir, üstlərinə silah çəkir, dava-dalaş salır, hədələyir və qanuna zidd hərəkətlərə yol verirlər. Qeyd olunan problemlərin hüquq-mühafizə orqanlarının köməyi olmadan həll olunmasının mümkünsüzlüyünü nəzərə alaraq Nardaran qəsəbəsi ərazisində yerləşən yardımçı təsərrüfatlarında fəaliyyətlərinin tam bərpa edilməsinə köməklik göstərilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis idarəsinin “Azərbaycan” Nəşriyyatının Baş direktoru cənab Ağabəy Əsgərova ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində nəşriyyata məxsus sahəsi 15 hektar olan yardımçı təsərrüfatın ərazisinin bir qrup qəsəbə sakini tərəfindən zəbt edilməsi, nəşriyyatın işçilərinin əraziyə buraxılmaması və onların hədələnməsi barədə Azərbaycan Respublikası DİN-ə ünvanladıqları müraciətə Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Araşdırma zamanı səlahiyyətli nümayəndə Cavabdeh2 «Azərbaycan» nəşriyyatının Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən yardımçı təsərrüfatına aid lazımi arxiv sənədlərinin hazır olmaması səbəbindən hazırda ərazinin dəqiq göstərilməsinin mümkün olmadığını bildirmiş və xx.xx.2014-cü il tarixdə təkrar ərizə ilə müraciət edərək göstərilən ərazinin sənədləri əldə olunanadək aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Qeyd olunanlar, eləcə də araşdırmanın dayandırılması barədə xahiş nəzərə alınaraq müraciətə baxılması dayandırıldığı qeyd olunmuşdur. İş materiallarında olan “Azərbaycan” Nəşriyyatının Baş direktoru cənab Ağabəy Əsgərov tərəfindən Sabunçu rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab E.İlyasova ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən xx.xx.2017-ci il'tarixdə Sabunçu rayon İcra İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinə uyğun olaraq, Nardaran qəsəbəsində yerləşən və “Azərbaycan” nəşriyyatına məxsus olan 15 hektar torpağın zəbt olunması halları aradan qaldırılmış və yenidən “Azərbaycan” nəşriyyatının istifadəsinə verilmişdir. Bu barədə aidiyyəti sənədlər tərtib olunmuşdur. Sözügedən torpaq sahəsində görülə biləcək hər bir qanunsuz işin qarşısının alınmasını nəzarətə götürülməyi xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin “Azərbaycan” Nəşriyyatının Baş direktoru cənab Ağabəy Əsgərova ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən 7/20 nömrəli xx.xx.2017ci il tarixli məktubun icrası ilə əlaqədar olaraq bildirirlər ki, Nardaran qəsəbəsində "Azərbaycan" nəşriyyatına məxsus olan 15 hektar torpağ sahəsində hər hansı bir qanunsuz işlər görülərsə, tərəflərindən qabaqlayıcı tədbirlər görülərək məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********35 nömrəli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanda yerləşən daşınmaz əmlaklara dair məlumatların verilməsi barədə 10 fevral 2018-ci il tarixli 303-566-1218 nömrəli sorğuya baxılmış, bununla əlaqədar olaraq bildirirlər ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.66ha torpaq sahəsi (ilkin- X52 adına qeydiyyatdan keçmişdir); X22 adına ilkin olaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 128 ünvanında yerləşən 0.25ha torpaq sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 132 ünvanında yerləşən 0.25ha torpaq sahəsi (ilkin-X23 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sa&ə 3, yer 127 ünvanında yerləşən 0.25ha torpaq sahəsi (ilkin-X24 adına qeydiyyatdan keçmişdir); X35 adına ilkin olaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 131 ünvanında yerləşən 0.25ha torpaq sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 129 ünvanında yerləşən 0.25ha torpaq sahəsi (ilkin-X10 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 130 ünvanında yerləşən 0.22ha torpaq sahəsi (iikin-X16 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1096A saylı bağ evi (ilkin-X13 adına qeydiyyatdan keçmişdir); X41 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 82 saylı torpaq sahəsi (ilkin-X14 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12ha torpaq sahəsi (ilkin-X36 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12ha torpaq sahəsi (İlkin-X4 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12ha torpaq sahəsi (ilkin- X25 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.1194ha torpaq sahəsi (ilkin-X26 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12ha torpaq sahəsi (ilkin-X37 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12ha torpaq sahəsi (ilkin-X38 adına qeydiyyatdan keçmişdir); ünvan 14 ünvanında yerləşən torpaq sahəsi (ilkin-X5 adına qeydiyyatdan keçmişdir); ünvan 15 ünvanında yerləşən torpaq sahəsi (ilkin-X42 adına qeydiyyatdan keçmişdir); X27 adına Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən torpaq sahəsi (ilkin-Əzim-X39 adına qeydiyyatdan keçmişdir); X51 adına ünvan 17 ünvanında yerləşən torpaq sahəsi (ilkin-lbrahimova Gülər Əsgər qızının adına qeydiyyatdan keçmişdir); X30 adına Bakı şəhəri, ünvan 18 ünvanında yerləşən torpaq sahəsi (ilkin-X43, h/^likov Şakir Rəcəb oğlunun, X6 adlarına qeydiyyatdan keçmişdir); X28 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 568 saylı bağ sahəsi (ilkin-X32 adına qeydiyyatdan keçmişdir); Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 103 saylı bağ sahəsinin bir hissəsi (ilkin-X44 adına qeydiyyatdan keçmişdir); ünvan 19 ünvanında yerləşən torpaq sahəsi (İlkin-X2, X1, X15, X53 adlarına qeydiyyatdan keçmişdir); ünvan 20 ünvanında yerləşən torpaq sahəsi (İlkin-X2, X1, X15, X53 adlarına qeydiyyatdan keçmişdir) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-806/2015 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Azərbaycan SSR Nazirlər Sovetinin 06 may 1980-cı il tarixli 195 saylı qərarı ilə Sabunçu rayon, Nardaran qəsəbəsində pulsuz və müddətsiz “Kommunist” nəşriyyatına(hazırda Azərbaycan Nəşriyyatına) verilmiş, 20 fevral 1981-ci il tarixdə torpaqdan istifadəyə dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilərək X40 aid dövlət aktında göstərilən sərhədlər daxilində olan 15,0 ha torpaq sahəsindən X61 və X62 ailə üzvləri ilə biıjikdə çıxarılması və həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-3152/2016 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X7 Rayon Zəhmətkeş Deputatları Soveti İcrayyə Komitəsi tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsində Azərbaycan SSR “Kommunist “ Nəşriyyatına ayrılmış və 20 fevral 1981-ci il tarixli “X40 aid Dövlət akt”nda göstərilən sərhədlər daxilində olan 15 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilən ixtixanalar və özbaşına tikililər onun vəsaiti hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş akta əsasən Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsi mahiyyəti üzrə icra olunmuşdur. Buna görə də, akt tərtib olunmuş, doğruluğunu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-6123/2016 nömrəli qərarına əsasən cavabdeh X63, üçüncü şəxslər X64, X65 və onların vəkili Mustafayev Muxtar Nağı oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2016-cı il tarixli, 2(103)-3152/2016 saylı qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2452/2019 nömrəli qərarına əsasən iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq planı və ölçüsünün etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-385/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarında üçüncü şəxs X27 verdiyi kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2-1(103)-711/2020 nömrəli qərardadına əsasən iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbə üzrə nümayəndəliyi üçüncü şəxs qismində cəlb olunmaqla) torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə iddiasına daiг 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3196/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qərarından üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)3196/2018 saylı 01 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli Cavabdeh2 məxsus əmək kitabçasına əsasən Cavabdeh2 xx.xx.2018-ci il tarixində “Azərbaycan” nəşriyyatı Müqaviləyə əsasən Baş direktor müşaviri vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixində “Azərbaycan” nəşriyyatı Azərbaycan Respublikasının ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən 0.5 ştata əsasən baş direktorun müşaviri vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli arayışına əsasən Cavabdeh2 Məməd oğlu xx.xx.2011-ci il tarixdən "xxxx" MMC-də işləyir. Hal-hazırda Direktor vəzifəsini tutduğu qeyd olunmuşdur. Cavabdeh2 barəsində ********* nömrəli arxiv cinayət işinin materiallarında olan: Sabunçu RPİ-nin 42-ci PB-nə xx.xx.1954-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, məhkumluğu olmayan, “Azərbaycan” Nəşriyyatında işləyən, ünvan 21 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh2 izahatında bildirmişdir ki, AR Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının səlahiyyətli nümayəndəsi kimi, Nəşriyyata məxsus olan Nardaran qəsəbəsində yerləşən 15 ha ərazini təmizlənməsi, rəhbərlik tərəfindən ona həvalə edilmişdir. Ali Məhkəmənin 20 dekabr 2016-cı il tarixli qərarına əsasən xx.xx.2017ci il tarixdə sözügedən ərazidə qanunsuz tikilmiş hasarların aradan götürülməsi üçün texnikadan istifadə edərək uçurtdurmuşdur. (İ/V səh.64). “Azərbaycan” Nəşriyyatının baş direktoru A.Əsgərov tərəfindən Azərbaycan Respublikası DİN Sabunçu Rayon Polis İdarəsi İŞ-nin rəisi H.Vəliyevə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 7/09 nömrəli cavab məktubuna əsasən Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının 2008-ci ildən indiyədək tam səlahiyyətli nümayəndəsi olaraq, etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin şifahi tapşırıqlarına uyğun işini quraraq, vacib proqram və layihələrə başçılıq etdiyini, hal-hazırda Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının Baş direktorunun müşaviri vəzifəsində işləyir və geniş səlahiyyətlərə malik olduğu qeyd olunmuşdur. (İ/V səh.282). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2018-ci il tarixli qərara əsasən Cavabdeh2 xx.xx.2017-ci il tarixdə qanunla və ya digər normativ hüquq aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq İddiaçı məxsus Naradaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarını sökməklə İddiaçı 24457 manat məbləğində, X54 məxsus Naradaran qəsəbəsində yerləşən 84 sot torpaq sahəsinin hasarını sökməklə Ə.C.Cəfərova 4418 manat məbləğində, X45 məxsus Naradaran qəsəbəsində yerləşən 15 sot torpaq sahəsinin hasarının bir hissəsini sökməklə N.R.Babayevaya 4663 manat məbləğində, X31 məxsus Naradaran qəsəbəsində yerləşən 14 sot torpaq sahəsinin hasarının bir hissəsini sökməklə Y.H.Abdullayevə 63 manat məbləğində, X46 məxsus Naradaran qəsəbəsində yerləşən 47 sot torpaq sahəsinin hasarının bir hissəsini sökməklə A.M.Abbasova 241 manat məbləğində mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. İstintaq gedişində bir sıra istintaq hərəkətlərin keçirilməsi ilə əlaqədar dəfələrlə istintaqa çağırılmasına baxmayaraq Cavabdeh2 istintaqa gəlməkdən qəsdən boyun qaçırmışdır. 04 iyul 2018-ci il tarixdə cinayət işi üzrə icraat dayandırımışdır. Cinayət işi üzrə Cavabdeh2 ifadəsini alınması zərurəti yarandığından cinayət işi üzrə icraat təzələnməlidir. Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı təzələnməsi qərara alınmışdır. (İ/V səh.283). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının 06 nömrəli vəsiqəsinə əsasən Cavabdeh2 müşavir vəzifəsində işləyir. Vəsiqə xx.xx.2018ci il tarixində verilmişdir. (İ/V səh.285). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatının baş direktoru A.M.Əsgərov tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 12/05 nömrəli etibarnaməyə əsasən Cavabdeh2 (şəx. vəs. - AZE № 0*******, Nərimanov RPİ tərəfindən xx.xx.2004-cü ildə verilib), X66 (şəx. vəs.-AZE № 08825229 Nərimanov RPİ tərəfindən xx.xx.2010-cu ildə verilib) ondan ötrü ki, “Azərbaycan" nəşriyyatının adından bütün dövlət idarə və təşkilatlarında sənəd vermək, imzalamaq və almaq, həmçinin, məhkəmə instansiyalarına iddiaçı və cavabdeh olduğu işlərdə nümayəndə qismində çıxış etməyi, həmçinin iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tərəfindən tam və ya qismən təmin edilməsi, iddianın təmin edilməsi iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar səlahiyyətlər etibar edilir. Etibarnamə şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda etibarlıdır. Etibarnamə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarlıdır. (İ/V səh.286). Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsinə və “Cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarına əsasən o, 2008-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Azərbaycan Nəşriyyatının baş direktorun müşaviri vəzifəsində çalışır. Onun vəzifə səlahiyyətlərinə “Azərnəşriyyat”ın tam səlahiyyətli nümayəndəsi olaraq etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin tapşırıqlarına uyğun olaraq vacib proqram və layihələrə başçılıq edir. Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi "Kommunist" Nəşriyyatına (hazırda “Azərbaycan" Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli "X40 X108" verilmişdir. X106 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alnımışdır. "Azərbaycan" Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə müəyyən edilmişdir. Həmçinin "Azərbaycan" Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. 20 fevral 1981-ci il tarixli X40 X108nda 15 ha ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpağı kimi göstərilmişdir. Bundan başqa, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla bizim qanuni istifadəmizdədir və hasara alınmışdır. Daha sonra bizə məlum oldu ki, X63 həmin torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Bundan sonra o, idarənin adından Valis Əzimovu məhkəməyə vermiş və məhkəmə Azərbaycan SSR Kommunist Nəşriyyatına ayrılmış və 20 fevral 1981-ci il tarixdə torpaqdan istifadəyə dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilərək X40 aid Dövlət aktında göstərilən sərhədlər daxilində olan 15 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə icraya göndərilmişdir. 2017-ci ildə oktyabr 19-da icraçılar tərəfindən həmin torpaq sahəsi onlara təhvil verilmişdir. O, dəfələrləjıəmin torpağa gedib baş çəkdikdə görmüşdür ki, həmin torpaq sahəsində bir neçə Vətəndaş torpağı hasara almışdır. O. sonda müvafiq qurumlara o cümlədən DİN-nə məktub yazıb bu barədə məlumat vermişdirlər. Bundan sonra o, idarənin əməkdaşları və polis əməkdaşlan ilə birlikdə texnika ilə həmin torpaq sahəsinə getmişdir ki həmin torpaqda abadlıq işləri görsünlər. Bundan sonra onlar həmin torpaqda olan qanunsuz tikilmiş hasarları sökərkən bir neçə şəxs onlara hücum edib həmin torpaq sahəsinin sənədlər əsasında özlərinə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, işləri dayandırıb həmin yerdən çıxıb getmişdir. Polis bölməsindən ona verilən məlumat əsasında həmin torpağa bir neçə çıxarış verildiyini bilib o idarənin adından 2 saylı inzibati İqtisad məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda bununla bağlı məhkəmə çəkişməsi gedir və mütəxəssis rəyi ilə də həmin torpaqların onlara məxsus olduğu müəyyən olunmuşdur. İddiaçı məxsus Naradaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının bir hissəsini sökülməsi, X54 məxsus Naradaran qəsəbəsində yerləşən 84 sot torpaq sahəsinin hasarının bir hissəsinin sökülməsi X70ma məxsus Naradaran qəsəbəsində yerləşən 15 sot torpaq sahəsinin hasarının bir hissəsini sökülməsi, X31 məxsus Naradaran qəsəbəsində yerləşən 14 sot torpaq sahəsinin hasarının bir hissəsini sökülməsi və X46 məxsus Naradaran qəsəbəsində yeıiəşən 47 sot torpaq sahəsinin hasarının bir hissəsini sökülməsi ilə bağlı bildirmişdir ki, o Azərbaycan Nəşriyyatına məxsus olan torpaq sahəsində olan qanunsuz hasarılan sökərkən həmin hasarların kimə məxsus oldğunu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, adları çəkilən şəxslər ondan şikayət etmişdirlər. Hətta adları çəkilən şəxslərin bir hisəssinin həmin torpağa aid heç bir sənədləri yoxdur. Bildirmişdir ki, həmin şəxslər abadlıq işləri aparılarkən həmin yerdə olmamış və ona torpaq sahəsinin özlərinə məxsus olmaları barədə heç bir məlumat verməmişdirlər. (İ/V səh.290 və 334). Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə rəyə əsasən istintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının 2008-ci ildən etibarən tam səlahiyyətli nümayəndəsi olaraq, etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin tapşırıqlarına uyğun olaraq vacib proqram və layihələrə başçılıq etdiyi qeyd olunmuşdur. Bundan başqa iş materiallarına hasarın söküntüdən sonrakı vəziyyətini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsina əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" tərəfindən Cavabdeh2 "xxxx"na məxsus 15,0 ha torpaq sahəsi üzərində olan mülki mübahisələrdə nümayəndə olaraq məhkəmə icraatında və icra hərəkətlərinin aparılmasında iştirak etməsi, həmin torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsinin qarşısının alınması, özbaşına tikililərin sökülməsinə dair tədbirlərin həyat keçirilməsi ilə bağlı proqram və layihələrə başçılıq etməsi barədə tapşırıq verilmişdir. 2008-ci ildən etibarnamə üzrə səlahiyyətli nümayəndə Cavabdeh2 “Azərbaycan“ Nəşriyyatı rəhbərliyinin şifahi tapşırıqlarına əsasən xx.xx.2017-ci il tarixdə qanunla və ya digər normativ hüquq aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarını sökməklə ona 24457 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh2 rəsmi olaraq xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx"nda müşavir vəzifəsinə işə qəbul olunsa da, məhkəməyə təqdim etdiyi yazılı çıxışında “Azərbaycan” nəşriyyatında 2013-cü ildən işlədiyini, etibarnamə əsasında cavabdehin birbaşa şifahi tapşırıqlarını yerinə yetirdiyini bildirmiş, həmçinin məhkəmə iclaslarında verdiyi izahatlarında da qeyd edilənləri təsdiq etmişdir. Bu faktlar cinayət işinin materiallarında da öz təsdiqini tapmışdır. Belə ki, arxiv cinayət işində (səh. 290,333) Cavabdeh2 ifadəsində etiraf edərək göstərmişdir ki, o, 2008ci ildən etibarən ”Azərbayan” nəşriyyatının baş direktorun müşaviri olaraq çalışmış, etibarnamə və digər sənədlər əsasında həmçinin, rəhbərliyin tapşırıqlarına uyğun olaraq vacib proqram və layihələrə başçılıq etmişdir. İddiaçı məxsus 66 sot torpaq sahəsinin hasarlarının sökülməsi ilə bağlı bildirmişdir ki, o, “Azərbaycan” Nəşriyyatına məxsus olan torpaq sahəsində olan qanunsuz hasarları sökərkən həmin hasarların kimə məxsus olduğunu bilməmişdir. 180050250 nömrəli arxiv cinayət işinin materiallarında Cavabdeh2 ifadələrinə əsasən AR Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının səlahiyyətli nümayəndəsi kimi, Nəşriyyata məxsus olan Nardaran qəsəbəsində yerləşən 15 ha ərazinin təmizlənməsi, rəhbərlik tərəfindən ona həvalə edilmişdir. Ali Məhkəmənin 20 dekabr 2016cı il tarixli qərarına əsasən xx.xx.2017-ci il tarixdə sözügedən ərazidə qanunsuz tikilmiş hasarların aradan götürülməsi üçün texnikadan istifadə edərək uçurtdurmuş, AR Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının Baş direktoru A.M.Əsgərov xx.xx.2018-ci il tarixli məktubunda bildirmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatının 2008-ci ildən indiyədək tam səlahiyyətli nümayəndəsi olaraq, etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin şifahi tapşırıqlarına uyğun işini quraraq, vacib proqram və layihələrə başçılıq edir, hal-hazırda Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatının Baş direktorunun müşaviri vəzifəsində işləyir və geniş səlahiyyətlərə malikdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 “Azərbaycan“ nəşriyyatının 2008-ci ildən etibarən tam səlahiyyətli nümayəndəsi olaraq rəhbərliyin tapşırıqlarını yerinə yetirmişdir. Cavabdeh “Azərbaycan“ Nəşriyyatının nümayəndəsinin etiraz və izahatında Cavabdeh2 Məhəmməd oğlunun hərəkətlərinin "xxxx" MMC-nin hər hansı rəhbər şəxsinin və ya əməkdaşının tapşırığı və ya nəzarəti, həmçinin məlumatı olmaqla aparılmadığı, Cavabdeh2 ilə "xxxx" MMC arasında iddia predmeti üzrə münasibətləri tənzimləyən hüquqi əlaqənin olmadığı, xx.xx.2018-xx.xx.2022-ci il tarixlərində Cavabdeh2 "xxxx" MMCnin baş direktorunun müşaviri (layihələr üzrə) vəzifəsini icra edərək həmin vəzifə üzrə öhdəlikləri müəyyən edən sənədlərdə də Cavabdeh2 daşınmaz əmlaklarla bağlı hər hansı vəzifənin icrası həvalə olunmadığı qeyd olunmuşdur. Məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin gətirdiyi dəlillərlə bağlı qeyd edir ki, Cavabdeh2 hazırki izahatı, arxiv cinayət işinin materiallarında olan ifadələri və "xxxx"nın istintaq aparılan zaman təqdim etdiyi məktublarla təkzib edilir. Əksinə Cavabdeh2 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx"nın tam səlahiyyətli nümayəndəsi olaraq, etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin şifahi tapşırıqlarına uyğun işini quraraq, vacib proqram və layihələrə başçılıq etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə vurğulayır ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın zərər hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx"nın tapşırığı əsasında xx.xx.2017-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarını sökərək İddiaçı 24457 manat məbləğində zərər vurmuşdur. Bu səbəbdən cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" işçisi Cavabdeh2 İddiaçı 24457 manat məbləğində vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli, 111 nömrəli ekspert rəyinə əsaslanaraq iddia tələbinin həcmini artıraraq 36.720 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə, hadisənin xx.xx.2017-ci il tarixdə baş verməsini, xx.xx.2018-ci il tarixli, 368 saylı ekspert rəyinə əsasən İddiaçı məxsus torpaq sahəsinə çəkilmiş daş hasarın sökülməsi nəticəsində dəymiş ziyanın 24457 manat müəyyən edilməsini, bu müddət ərzində iddiaçının məhkəməyə müraciət etməməsini nəzərə alaraq hesab edir ki, iddia 24457 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddiaçının hüquqi yardıma görə ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 201 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat və iş üzrə ödənilmiş 201 manat məbləğində dövlət rüsumunun 164 manat məbləği cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının sökülməsinə görə cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-dən 24457 manat, hüquqi yardıma görə ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 164 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının sökülməsinə görə cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-dən 24457 (iyirmi dörd min dörd yüz əlli yeddi) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödənilmiş 164 (bir yüz altmış dörd) manat məbləğində məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar