Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1208/2023 29.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 7002,77 (yeddi min iki manat yetmiş yeddi qəpik) manat əsas, 896,53 (səkkiz yüz doxsan altı manat əlli üç qəpik) manat faiz, 46,44 (qırx altı manat qırx dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 7945,74 (yeddi min doqquz yüz qırx beş manat yetmiş dörd qəpik) manat pulun və ödənilmiş 99,46 (doxsan doqquz manat qırx altı qəpik) manat dövlət rüsumunun tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X2” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 22% dərəcəsi ilə 36 ay müddətinə 7295 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə “X2” ASC-yə 7002,77 (yeddi min iki manat yetmiş yeddi qəpik) manat əsas, 896,53 (səkkiz yüz doxsan altı manat əlli üç qəpik) manat faiz, 46,44 (qırx altı manat qırx dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 7945,74 (yeddi min doqquz yüz qırx beş manat yetmiş dörd qəpik) manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 491nkİNSH/22 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, “X2” ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 22% dərəcəsi ilə 36 ay müddətinə 7295 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 491nkİNSH/22 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə “X1” ASC-yə 7002,77 (yeddi min iki manat yetmiş yeddi qəpik) manat əsas, 896,53 (səkkiz yüz doxsan altı manat əlli üç qəpik) manat faiz, 46,44 (qırx altı manat qırx dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 7945,74 (yeddi min doqquz yüz qırx beş manat yetmiş dörd qəpik) manat borcu vardır. İş materiallarında olan “X2” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (cərimə borcuna münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” “X1” ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 462, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin təmin təmin olunması əsası ilə iddiaçı “X1” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 491nkİNSH/22 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, müqavilə əsasında yaranmış mübahisəyə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən əhəmiyyəti yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X1” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 491nkİNSH/22 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 22% dərəcəsi ilə 36 ay müddətinə 7295 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə “X1” ASC-yə 7002,77 (yeddi min iki manat yetmiş yeddi qəpik) manat əsas, 896,53 (səkkiz yüz doxsan altı manat əlli üç qəpik) manat faiz, 46,44 (qırx altı manat qırx dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 7945,74 (yeddi min doqquz yüz qırx beş manat yetmiş dörd qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 99,46 (doxsan doqquz manat qırx altı qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 491nkİNSH/22 nömrəli kredit müqaviləsi ləğv edilməklə iddia tələbi təmin edilməli, 7002,77 (yeddi min iki manat yetmiş yeddi qəpik) manat əsas, 896,53 (səkkiz yüz doxsan altı manat əlli üç qəpik) manat faiz, 46,44 (qırx altı manat qırx dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 7945,74 (yeddi min doqquz yüz qırx beş manat yetmiş dörd qəpik) manat pul və ödənilmiş 99,46 (doxsan doqquz manat qırx altı qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X1” ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. İddiaçı “X1” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 491nkİNSH/22 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 7002,77 (yeddi min iki manat yetmiş yeddi qəpik) manat əsas, 896,53 (səkkiz yüz doxsan altı manat əlli üç qəpik) manat faiz, 46,44 (qırx altı manat qırx dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 7945,74 (yeddi min doqquz yüz qırx beş manat yetmiş dörd qəpik) manat pul və ödənilmiş 99,46 (doxsan doqquz manat qırx altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X1” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1208/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1208/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver