Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-121/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin kanalizasiya və su borularını söküb mənzilimə birdəfəlik çirkab su sızmanın aradan qaldırılması probleminin həll edilib, kanalizasiya və su borularını yenidən və keyfiyyətli bərpa edilməsi öhdəçiliyinin Cavabdeh üzərinə qoyulması və Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən su sızması nəticəsində mülkiyyətində olan həmin binanın 18 saylı mənzilinə vurduğu maddi ziyanın 25.000 (iyirmi beş min) manat məbləği, mənəvi ziyanın 10.000 (on min) manat məbləğində, 195 (bir yüz doxsan beş) manat ödənilmiş dövlət rüsumunun məbləği, vəkilə hüquqi yardım göstərilməsinə görə 300 (üç yüz) manat məbləği, ümumilikdə 35.495 (otuz beş min dörd yüz doxsan beş) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin edilməməsi öhdəçiliyin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin kanalizasiya və su borularını söküb mənzilimə birdəfəlik çirkab su sızmanın aradan qaldırılması probleminin həll edilib, kanalizasiya və su borularını yenidən və keyfiyyətli bərpa edilməsi öhdəçiliyinin Cavabdeh üzərinə qoyulması və Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən su sızması nəticəsində mülkiyyətində olan həmin binanın 18 saylı mənzilinə vurduğu maddi ziyanın 25.000 (iyirmi beş min) manat məbləği, mənəvi ziyanın 10.000 (on min) manat məbləğində, 195 (bir yüz doxsan beş) manat ödənilmiş dövlət rüsumunun məbləği, vəkilə hüquqi yardım göstərilməsinə görə 300 (üç yüz) manat məbləği, ümumilikdə 35.495 (otuz beş min dörd yüz doxsan beş) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin edilməməsi öhdəçiliyin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzil iddiaçının mülkiyyətindədir. Mənzilin yuxarı mərtəbəsindəki 22 saylı mənzildə yaşayan qonşu Cavabdeh mənzilindən daimi olaraq iddiaçının mülkiyyətində olan mənzilin mətbəxinə, sanitar qovşağına, hamam otağına, dəhlizə, otaqlara su damır. Su sızması kanalizasiya və su borusundan baş verir. Cavabdeh bir neçə dəfə iddiaçının yaşadığı mənzili suya basmışdır. Növbəti dəfə cavabdeh mənzili suya basandan sonra, iddiaçı mənzildə təmir işləri aparmışdır. Lakin bir müddət keçdikdən sonra cavabdeh yenə mənzili suya basmışdır. Sonuncu dəfə cavabdeh 13 may 2024-cü il tarixdə yenə də mənzili suya basmış, nəticədə mənzilin tavan və divarlarından su axmış və mənzildə üfunət və rütubət iyindən durmaq mümkün olmamışdır. Hər dəfə su sızması baş verdikdə iddiaçı bir neçə dəfə cavabdehə müraciət etmiş, lakin cavabdeh bildirmişdir ki, onun mənzilində döşəmə qurudur, baxmayaraq ki, mənzildə su sızmasına özü şahid olub. Bundan sonra iddiaçı «su sızma» mütəxəssisi dəvət etmiş, mütəxəssis həm iddiaçının , həm də cavabdehin mənzilinə baxış keçirmiş və mənzili su sızması cavabdehin mənzilindən olduğunu müəyyən etmişdir. Cavabdehin mənzilindən iddiaçının mülkiyyətində olan mənzili su sızması baş verməsi nəticəsində mənzil yararsız vəziyyətə düşmüş və buna görə də təmir işləri tələb olunur. Cavabdeh mənzili suya basması nəticəsində mətbəx və vanna otaqları, tavan, mənzilin parketli döşəməsi, elektrik xətləri, yaşayış otaqlarında divar kaqızları yararsız vəziyyətə düşmüş, divar tərəfdən bir neçə yerdə su izləri – sarımtıl ləkələr və boyada şişmələr əmələ gəlmiş, divar kağızları nəmlik nəticəsində kif atıb və qopmuş, mətbəx mebelinin üst hissəsi nəmişliyin təsirindən şişib genişlənmiş, dəhlizin yuxarı tavan hissəsi və çöl divarı daimi olaraq yaş vəziyyətdə qalır, eyni zamanda da üfunət və rütubət iyindən mənzildə durmaq mümkün deyil. Cavabdehin mənzilində kanalizasiya və su borularında hansısa problem olduğu üçün daimi olaraq mənzili çirkab su sızır. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə müraciət etmişdir ki, öz vanna, mətbəx otağı və ayaq yolunda olan kanalizasiya və su borularından mənziliə çirkab su sızma problemini həll etsin, lakin heç bir nəticə baş verməmişdir. Cavabdeh çirkab su sızma probleminin aradan qaldırılmasından imtina edir. Hər dəfə çirkab su sızması baş verdikdə mənim və ailə üzvləri əsəbiləşir, nəticədə qan təzyiqi qalxır, ürək nəbzi pozulur, hamı əsəb sarsıntısı keçirir. Hal-hazıra kimi də mənzildə daimi olaraq su sızması baş verir. İddiaçı nümayəndəsi və vəkili X1 məhkəmə hazırlıq iclaslarında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Müvafiq məhkəmə sənədləri və məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş və cavabdehə məhkəmə iclaslarının vaxtı barədə SMS bildirişlər göndərilmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 23 nömrəli akta əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə Cavabdeh məxsus həmin binada yerləşən 22 saylı mənzildən bir neçə dəfə su axıntısı olmuş, nəticədə 18-ci mənzilə zərər dəymişdir. 22-ci mənzilin sahibinə xəbərdarlıq edilmiş və öz mənzilində təmir işləri aparması tövsiyə edilmişdir. İş materiallarında olan 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 29 nömrəli arayışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil Cavabdeh məxsusdur və o, 5 nəfər ailə üzvü ilə birlikdə həmin mənzildə yaşayır. İş materiallarına mənzilin fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/5172 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 6-cı mərtəbəsində yerləşən 22 saylı mənzildən su axıdıldığı və nəticədə 18 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. ...... Su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2280 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü yerinə yetirilir, mübahisə üzrə MM-in 1096-cı maddəsində göstərilən əsaslar müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 23 nömrəli akta əsasən ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə Cavabdeh məxsus həmin binada yerləşən 22 saylı mənzildən bir neçə dəfə su axıntısı olmuş, nəticədə 18-ci mənzilə zərər dəymişdir. 22-ci mənzilin sahibinə xəbərdarlıq edilmiş və öz mənzilində təmir işləri aparması tövsiyə edilmişdir. 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 29 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil Cavabdeh məxsusdur və o, 5 nəfər ailə üzvü ilə birlikdə həmin mənzildə yaşayır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/5172 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 6-cı mərtəbəsində yerləşən 22 saylı mənzildən su axıdıldığı və nəticədə 18 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. ...... Su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2280 manat təşkil edir. Nəticə etibarilə, iddiaçıya məxsus olan mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi zərər vurulmuşdur. Müvafiq ekspertiza rəyi məhkəmə tərəfindən əsaslı və mötəbər hesab edilir. Bunun əskinə dair tərəflər də hər hansı mülahizə bildirməmişlər. İddia ərizəsində qeyd edilən xüsusatların ağlabatan, əsaslı olması və cavabdeh tərəfindən təkzib olunmaması əsas verir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının normal həyat ahəngi pozulmuşdur. O, öz mənzilində narahatlıqlar keçirir. Mübahisənin faktiki halları və zərərvurmaya səbəb olan hərəkətlərin mahiyyəti, insana təsiri, psixoloji-mənəvi zərərləri nəzərə alınır. Odur ki, iddia tələbi 500 (beş yüz) manat mənəvi zərərin vurulması hissəsində əsaslıdır. Məqsəd cavabdehin öz öhdəliklərini dərk etməsi və müvafiq hüquqa zidd hərəkətlərə gələcəkdə yol verməməsidir. Lakin, tələb üzrə 10.000 manat mənəvi zərərin müəyyən edilməsi ağlabatan, proporsional və ədalətli hesab edilə bilməz. Məhkəmə qərar qəbul edərkən delikt hərəkətlərinin mahiyyətini, ehtiyatsızlıqdan baş verməsini, xarakterini və gündəlik həyatda rastgəlinən hallara aid olmasını nəzərə alır. Həmçinin, iddia tələbi üzrə analoji halların təkrarlanmaması üçün cavabdeh tərəf mülki hüquq və vəzifələrindən hüquqi baxımdan vicdanla istifadə etməli, digər şəxslərə vurula biləcək zərərin qarşısının alınması istiqamətində əməli səylər göstərməli, zərərvurmaya əsas olan hallar aradan qaldırılmalıdır. Əks halda, pozuntular daimi xarakter almaqla məhkəmə qərarının icrası perspektivi heçə enər. Odur ki, cavabdehin öz mənzilində müvafiq təmir-bərpa işlərinin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Tələbin son hissəsi ilə bağlı “...gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin edilməməsi öhdəçiliyi...” ilə bağlı məhkəmə bildirir ki, mülki hüquq münasibətlərin subyektlərinə zərər vurulması qanunla qadağandır və bu, məhkəmə qərarından asılı olmayaraq qanunun tələbidir. Odur ki, həmin öhdəliyin məhkəmə qərarı ilə müəyyən edilməsi hər hansı hüquqi nəticə yaratmayacaqdır. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 300 manat pula dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Odur ki, iddia tələbində hüquqi yardıma görə ödənilmiş pulun 100 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş 195 manat dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin qüsurlu kanalizasiya və su borularını yenidən və keyfiyyətli (ağlabatan keyfiyyətdə) bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Cavabdeh 2280 (iki min iki yüz səksən) manat maddi, 500 (beş yüz) manat mənəvi zərərin əvəzi olmaqla ümumilik 2780 (iki min yeddi yüz səksən) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Dövlət rüsumu olaraq ödənilmiş 195 manat pulun 45 (qırx beş) manat hissəsi və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun 100 (yüz) manat hissəsi olmaqla ümumilikdə 145 (yüz qırx beş) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin kanalizasiya və su borularını söküb mənzilimə birdəfəlik çirkab su sızmanın aradan qaldırılması probleminin həll edilib, kanalizasiya və su borularını yenidən və keyfiyyətli bərpa edilməsi öhdəçiliyinin Cavabdeh üzərinə qoyulması və Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən su sızması nəticəsində mülkiyyətində olan həmin binanın 18 saylı mənzilinə vurduğu maddi ziyanın 25.000 (iyirmi beş min) manat məbləği, mənəvi ziyanın 10.000 (on min) manat məbləğində, 195 (bir yüz doxsan beş) manat ödənilmiş dövlət rüsumunun məbləği, vəkilə hüquqi yardım göstərilməsinə görə 300 (üç yüz) manat məbləği, ümumilikdə 35.495 (otuz beş min dörd yüz doxsan beş) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin edilməməsi öhdəçiliyin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin qüsurlu kanalizasiya və su borularını yenidən və keyfiyyətli (ağlabatan keyfiyyətdə) bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh 2280 (iki min iki yüz səksən) manat maddi, 500 (beş yüz) manat mənəvi zərərin əvəzi olmaqla ümumilik 2780 (iki min yeddi yüz səksən) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 195 manat pulun 45 (qırx beş) manat hissəsi və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun 100 (yüz) manat hissəsi olmaqla ümumilikdə 145 (yüz qırx beş) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-121/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-121/2025
07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver