Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1235/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı ASC cavabdehlər X2 və Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4457,66 manat borc və ödənilmiş 64,58 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1235/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-in cavabdehlər X1 və Cavabdeh qarşı «pul» tələbinə dair 2(004)-1235/2023 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək, cavabdeh X2 ilə bağlanmış zaminlik müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi nəzərə alınaraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1010***-*******01 nömrəli kredit müqaviləsinin ləğv olunması və həmin kredit müqaviləsi üzrə Cavabdeh 4646,81 manat əsas borc, 358,95 manat faiz borcu, 51,9 manat cərimə və 64,58 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 1010***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 21% dərəcəsi ilə 5500 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 4046,81 manat məbləğində əsas kredit borcu, 358,95 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 51,9 manat məbləğində cərimə olmaqla, cəmi 4457,66 manat məbləğində borcu qalmaqdadır. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1010***-*******01 saylı müqaviləyə əsasən bank tərəfindən müştəriyə illik 21% dərəcəsi ilə 36 ay müddətinə 5.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4046,81 manat əsas, 358,95 manat faiz borcu, 51,9 manat cərimə borcu olmaqla, cəmi 4457,66 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia borcun tutulması hissədə əsaslıdır. Lakin iddiaçı iddia tələbinin dəyişdirilməsi haqqında xx.xx.2023-cü il tarixli ərizəsində tələbin həcmini artıraraq müqavilənin ləğvi ilə yanaşı, borcun da həcmini artıraraq 4646,81 manat məbləğində əsas borcun onun xeyrinə tutulmasını xahiş etsə də, iş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 4046,81 manat təşkil edir. İddiaçı maliyyə arayışında qeyd olunandan artıq məbləğdə əsas borcun tutulmasını tələb etsə də, bunu əsaslandırmamış və bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissədə qismən təmin edilməli və cavabdehdən 4046,81 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 428.4-ci maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, kreditor tərəfindən cavabdehə kredit borcunun qaytarılması ilə bağlı müraciət olunmuşdur. Qeyd olunan müraciəti məhkəmə müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş təklifə bərabər tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 64,58 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 4046,81 manat əsas, 358,95 manat faiz borcu, 51,9 manat cərimə olmaqla, cəmi 5057,66 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 64,58 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1010***- *******01 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4046,81 manat əsas, 358,95 manat faiz borcu, 51,9 manat cərimə olmaqla cəmi 4457,66 (dörd min dörd yüz əlli yeddi manat altmış altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 64,58 (altmış dörd manat əlli səkkiz qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1235/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1235/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver