Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1253/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Kapital Bank ASC-nin xeyrinə9093,05 manat əsas, 107,21 manat faiz borcu olmaqla, cəmi 9200,26 manat məbləğində borc və 112 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli RGRR2605688B122 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 9400 manat kredit verilmişdir. Kredit onlayn qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 9093,05 manat əsas; 107,21 manat faiz olmaqla cəmi 9200,26 manat borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə bütün məhkəmə iclaslarına iddiaçı tərəf olaraq onların iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Kapital Bank ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGRR2605688B122 saylıkredit müqaviləsinə əsasən görünür ki,bank borcalana 48 ay müddətinə, illik 23% olmaqla, 9400 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, RGRR2605688B122 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək sonuncu ay 307,76manat, hər ay 301,28manat olmaqla, ümumilikdə 9400 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh X4kredit müqaviləsində razılaşdırılmış9400 manat məbləğində pulu almışdır. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən cavabdeh X4 İddiaçı ASC-dən ona 9400 manat məbləğində, 48 ay müddətinə, RGRR2605688B122 saylı müqavilə ilə kredit verilməsini xahiş etmiş, özünün "xxxx" ASC və digər banklar tərəfindən onlarda olan hesabları,o cümlədən hesablarında olan pul vəsaitləri barədə məlumatın İddiaçı ASC-yəötürülməsinə dair razılığı təsdiq etmişdir. Cavabdehin İddiaçı ASC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nin Əhmədli filialından GTKR2094519B110 nömrəli kredit müqaviləsi üzrə 48 ay müddətinə 8300 manat məbləğində kredit götürdüyünü, eyni zamanda həmin kredit müqaviləsi üzrə "xxxx" ASC-dən sığorta şəhadətnaməsi əsasında həyat sığortası əldə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixində Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tam icra edərək, yeni kreditin alınması ilə bağlı Banka müraciət etmişdir. Ərizəsi ilə müvafiq sığorta şəhadətnaməsinə xitam verilməsini xahiş etmiş, habelə yeni kredit müqaviləsi üzrə həyat sığortası nəzərdə tutulmadığını və əlavə sığorta haqqı ödəməyəcəyini nəzərə alaraq, əvvəlki sığorta şəhadətnaməsi üzrə ödədiyi sığorta haqqının geri qaytarılması ilə bağlı hər hansı tələbinin olmadığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2023-cüil tarixli, RGRR2605688B122 saylıkredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 9093,05 manat əsas, 107,21 manat faiz olmaqla, cəmi 9200,26 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehX3 xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, **********saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 112 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, RGRR2605688B122 saylı kredit müqaviləsi ilə İddiaçı ASC üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, müqavilə üzə krediti cavabdeh X3 vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir. Bunun nəticəsində cavabdehin banka 12684.15 manat əsas, 107,21 manat faiz borcu olmaqla, cəmi 9200,26 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddiaçı cavabdehdən borcu tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 9093,05 (doqquz min doxsan üç manat beş qəpik) manat əsas; 107,21 (yüz yeddi manat iyirmi bir qəpik) manat faiz olmaqla, ümumilikdə 9200,26 (doqquz min iki yüz manat iyirmi altı qəpik) məbləğində pul və ödənilmiş 112 (bir yüz on iki) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 9093,05 (doqquz min doxsan üç manat beş qəpik) manat əsas; 107,21 (yüz yeddi manat iyirmi bir qəpik) manat faiz olmaqla, ümumilikdə 9200,26 (doqquz min iki yüz manat iyirmi altı qəpik) məbləğində pul və ödənilmiş 112 (bir yüz on iki) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1253/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1253/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver