Məhkəmə qərarları › İş №e-2(004)-1258/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1258/2023

15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1258/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Nəsirzadə Şərəbanı Ədalət qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı"xxxx" MMC Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2321,25 manat maddi ziyan məbləğinin, 43,62 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, olmaqla ümumilikdə 2364,87 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində təxminən saat 13:40 radələrində **-UD-*** DQN-lı “Toyota Prius” markal nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh Xətai rayonu, Xocalı prospektində BakuBus” MMC-nin balansında olan **- JH-*** DQN-lı avtobusun qabaq sağ hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilib. Hadisə Bakı şəhər Xətai rayonu DYPŞ null polis kapitanı X3 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun arşadırması nəticəsində sürücü Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması öz əksini tapdığından, barəsində İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması hər iki sürücünün verdiyi yazılı izahatlarında da təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X10 İdarəsində tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtobusun qabaq sağ hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün uzun müddət işdən kənar edilmiş, xəttə buraxılmamışdır. X8 tərəfindən verilən 8585 saylı Zərər Aktına əsasən ** JH *** DQN-lı avtobusa 7321,25 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yol nəqliyyat hadisəsi sənədləşdirilən zaman **-UD-*** DQN-lı “Toyota Prius” markal nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olduğundan, DYP-si tərəfindən online qaydada “Forma 4” və ona əlavə edilmiş avtobusa dəymiş maddi ziyanı əks etdirən zərər aktı aidiyyəti üzrə sığorta şirkətinə göndərilmişdir. Cavabdehin sığorta şirkəti tərəfindən avtobusa dəymiş maddi ziyan tam olaraq qəbul edilmiş və xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin bank hesabına 5000 manat ödəniş edilmişdir. Avtobusa 7321,25 manat maddi ziyan dəyib və 5000 manat sığorta şirkəti tərəfindən ödəniş edilib. Sığorta ödənişi edildikdən sonra, cəmiyyətə dəymiş 2321,25 manat maddi ziyan məbləği barədə məlumatı cavabdehə bildirməyinə baxmayaraq, cavabdeh ödənişin icra edilməsindən boyun qaçırır. Cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərə iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin katoçkasından görünür ki, buraxılış ili 2007 olan **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil X1 kimi qeydə alınmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil xx.xx.2022-ci il tarixdən X5 tərəfindən Cavabdeh etibar edilmişdir. AC seriyalı 353053 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" MMCnin adına qeydə alınmışdır. İş materiallarında olan Xətai rayon DYPŞ-nin polis kapitanı X2 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində həmin tarixli İXP4542715 nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə edilmə tənbeh növü seçilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 8585 nömrəli zərər aktından görünür ki, “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərər ümumilikdə 7321,25 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 6824 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış İddiaçı MMC-yə məxsus “İveco Crealis” markalı **- JH-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın əvəzi olaraq 108546 saylı sığorta aktına əsasən 5000 manat sığorta ödənişi edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin dəyməsinə görə baş vermiş hadisə nəticəsində ziyan dəymiş və bununla bağlı protokol tərtib edilmişdir. Hazırda İddiaçı MMC ona məxsus “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərərin əvəzi olaraq 2321,25 manatın Cavabdeh tərəfindən ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin dəyməsi nəticəsində zərər dəydiyindən və Cavabdeh təqsirli olduğundan iddia tələbi əsaslı hesab edilməlidir. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2321,25 manat maddi ziyan məbləğinin, 43,62 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 2364,87 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2321,25 manat maddi ziyan məbləğinin, 43,62 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 2364,87 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar